Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-64/2025 14.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Məmmədov Seymur Əliyusif oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Qazax rayon notariat ofisinə və "xxxx" KB ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə 14 yanvar 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Qazax rayon notariat ofisinə və "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-6543 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 8İ-6544 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 8İ-6545 reyestr nömrəli xx.xx.2024-cü il tarixli, 8İ-6546 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-6543, 8İ-6544, 8İ-6545 və 8İ-6546 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydlərinə əsasən mülkiyyətində olan daşınar əmlaklardan ibarət - **-ET-*** qeydiyyat nişanlı, İveco AS440T/FP-LT yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinə, **-ZB-*** qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsinə, **-ZB-*** qeydiyyat nişanlı, Krone SD yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsinə və **- BK-*** qeydiyyat nişanlı, Scania R 480 yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinə tutmanın yönəldilməsi müəyyən olunmuşdur. Qazax rayon notariat ofisi həmin icra qeydlərini "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsaslanaraq təsdiq etmişdir. Halbuki, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə "Daşınmaz əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yükliilük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Hazırkı iş üzrə ipoteka saxlayan "xxxx" Kommersiya Bankı ASC "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərinə riayət etmədən, yəni həmin maddədə nəzərdə tutulan müddət ərzində bildirişi onun ünvanına göndərməmiş, nə də onu ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə başqa qaydada xəbərdar etməmişdir. Həmçinin, ipoteka saxlayan "xxxx" Kommersiya Bankı ASC "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında müvafiq maddələrin də tələblərinə əməl etməmişdir. Qazax rayon notariat ofisi isə icra qeydlərini verməzdən əvvəl yuxarıda sadalanan halları qanunvericiliyin tələbinə əsasən araşdırmalı olduğu halda, nədənsə bunu etməmiş, işin mübahisəsiz olmasına əminlik göstərərək, əsassız və qanunsuz icra qeydlərini təsdiqləyərək, Qazax rayon icra və probasiya şöbəsinə göndərmişdir. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə görə icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. O, mübahisəli icra qeydlərinin mövcud olması barədə məlumatı Qazax rayon icra və probasiya şöbəsindən xx.xx.2024-cü il tarixdə almışdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, "xxxx" Kommersiya Bankı ASC "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərinə əməl etməmişdir. Qazax rayon notariat ofisi isə icra qeydlərini verməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən araşdırmalı olduğu halları araşdırmayaraq, əsassız və qanunsuz icra qeydlərini təsdiqləyərək, Qazax rayon icra və probasiya şöbəsinə göndərmişdir. Eyni zamanda Qazax rayon notariat ofisi tərəfindən bir kredit borcu üzrə 4 əmlakdan ibarət olan ipoteka predmeti üzrə ayrı-ayrı icra qeydi verilmişdir ki, bu da hal da gələcəkdə icra qeydi icra edilərkən borcludan hər bir icra qeydi üzrə 59862,79 manat məbləğində borcun tutulması deməkdir. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi ərizədə və məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, ipoteka saxlayan "xxxx" KB ASC ilə borc alan İddiaçı arasında xx.xx.2023-ci il tarixli 14TV/23 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2023-ci il tarixli 14TV/23-1 saylı əlavə kredit müqaviləsinə əsasən 24 ay müddətinə xx.xx.2025-ci il tarixədək illik 17% ödəmək şərti ilə 75000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 14TVZ/23-1 saylı zaminlik müqaviləsinə əsasən X3 zamin kimi qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsinə görə borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bundan əlavə, kreditin təminatı qismində, ipoteka saxlayan ”Unibank” KB ASC ilə İddiaçı arasında Ağstafa rayon notariat ofisində bağlanmış xx.xx.2023-ci il tarixli, 14TVİ/23 saylı, 3M-195 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan: **-ET-*** qeydiyyat nişanlı, istehsal ili 2013, qara rəngli, WJMM1VTH4EC281524 şassi nömrəli, İveco AS440T/FP-LT yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsi, **-ZB-*** qeydiyyat nişanlı, istehsal ili 2012, qara rəngli, WKESD**********27 şassi nömrəli, Krone SDP 27 yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsi, **-ZB-*** qeydiyyat nişanlı, istehsal ili 2010, boz gümüşü rəngli, WKESD**********05 şassi nömrəli, Krone SD yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsi və **-BK-*** qeydiyyat nişanlı, istehsal ili 2008, göy rəngli, YS2R4X**********5 şassi nömrəli, Scania R 480 yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülüklər Azərbaycan Respublikası DİN BDYPİ X4 İmtahan və X5 xx.xx.2023-ci il tarixində daşmar əmlakın müvafiq rəsmi reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu İddiaçı 14TV/23-1 saylı əlavə kredit müqaviləsinə görə banka əsas kredit borcu üzrə 59141,54 manat, faiz borcu üzrə 650,15 manat, cərimə borcu üzrə 71,10 manat, cəmi 59862,79 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixində iş üzrə zamin olan X2 müvafiq bildiriş göndərilmiş və İddiaçı qeydiyyat ünvanına ipoteka predmetinə tutumanın yönəldilməsinə dair poçt vasitəsilə bildirişlər göndərilmişdir. “İpoteka haqqında” AR Qanunun 36.1-ci maddəsinin tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra bildiriş təqdim olunmuş sayılmışdır. Bundan əlavə, İddiaçı ipoteka müqaviləsində göstərilən elektron poçt ünvanına da bildirişlər göndərilmişdir. xx.xx.2024 tarixində isə Azərbaycan Respublikası DİN BDYPİ X4 İmtahan və X6 ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş və bildirişlər qeydə alınmışdır. Tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün 2 (iki) hal nəzərdə tutulmuşdur ki, birinci hal ilə bağlı bank tərəfindən həmin müddətlərə tam riayət olunmuş, ikinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün müddətində nə şikayət edilib, nə də həmin bildiriş məhkəmə tərəfindən etibarsız hesab edilməmişdir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Notarius tərəfindən borcun mühahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin qərarla nəzərdə tutulmuş sənədlər "xxxx" KB ASC tərəfindən notariusa təqdim edilmişdir. Bundan əlavə, iddiaçı tərəfin bir kredit borcu üzrə 4 (dörd) əmlakdan ibarət olan ipoteka predmeti üzrə hər birinə ayrı-ayrı icra qeydinin alınmasını qanun pozuntusu hesab edilməsi ilə bağlı qeyd edir ki, bu halın qanun pozuntusu olması ilə bağlı qanunvericilikdə heç bir müddəa yoxdur. Həmçinin ipoteka predmeti qismində yüklü edilmiş 4 (dörd) əmlakın elektron icra qeydi zamanı bir icra qeydində verilməsi texniki tərəfdən mümkün olmadığını, icra qeydlərinin qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparıldığını bildirmişdir. Eyni zamanda bir kredit borcu üzrə 4 əmlakdan ibarət olan ipoteka predmeti üzrə ayrı-ayrı icra qeydi verilməsinə baxmayaraq, icra qeydi icraya yönəldikdən sonra "xxxx" KB ASC tərəfindən işin bir icraatda birləşdirilərək icra edilməsi barədə İcra şöbəsinə ərizə təqdim edilir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qazax rayon notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC (borcverən) ilə İddiaçı (borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14TV/23 nömrəli kredit müqaviləsindən görünür ki, Bank borclana 25.000 manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2033-cü il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə kredit Müqavilələri bağlanılmaqla kredit verir. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14TV/23-1 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı Bank İddiaçı illik 17 faiz olmaqla 24 ay müddətinə 75000 manat kredit verməyi, cavabdeh isə kredit müqaviləsində göstərilmiş şərtlər daxilində əsas kredit borcunu və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14TVZ/23-1 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 14TV/23-1 nömrəli əlavə kredit müqaviləsi üzrə İddiaçı üzərinə götürdüyü öhdəliyi tam və keyfiyyətli icrası üçün məsuliyyəti öhdəsinə götürmüşdür. "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2023-cü ildə bağlanmış 14TV/23 saylı ipoteka müqaviləsindən görünür ki, bağlanmış xx.xx.2023-cü il tarixli, 14TV/23 nömrəli əsas kredit müqaviləsinin və əsas kredit müqaviləsi üzrə bağlanmış əlavə kredit müqaviləsinin icrasının təminatı olaraq İddiaçı mülkiyyətində olan **-ET-*** qeydiyyat nişanlı, İveco AS440T/FP-LT yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinə, **-ZB-*** qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsinə, **-ZB-*** qeydiyyat nişanlı, Krone SD yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsinə və **-BK-*** qeydiyyat nişanlı, Scania R 480 yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsi iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Maliyyə arayışından görünür ki, İddiaçı 14TV/23 saylı kredit müqaviləsi üzrə 59141,54 manat əsas, 650,15 manat faiz borcu, 71,10 manat cərimə borcu olmaqla, cəmi 59862,79 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli icra qeydinin aparılacağı barədə bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış kredit borcunu 20 gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. Qeyd edilən bildiriş borclunun yaşadığı Qazax rayonu Yuxarı Salahlı kəndindəki ünvanına göndərilmiş, poçt xəbərnaməsinə xx.xx.2024-cü il tarixdə “ünvanda yaşamır” qeyd edilərək qaytarılmışdır. Bundan sonra "xxxx" KB ASC tərəfindən həmin bildiriş xx.xx.2024-cü il tarixdə saat 15:50-də mailto:veliyev86@mail.ruElektron ünvan elektron ünvanına göndərilmişdir. "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli icra qeydinin aparılacağı barədə bildirişlər tərtib edilərək, X2 zamin kimi Bank qarşısında yaranmış kredit borcunu 20 gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. Qeyd edilən bildiriş borclunun yaşadığı Qazax rayonu Yuxarı Salahlı kəndindəki ünvanına göndərilmiş, poçt xəbərnamələrinə “ünvanda yaşamır” qeyd edilərək qaytarılmışdır. "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixli hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildirişlər tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış kredit borcunun 21 gün müddətində ödəmədiyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan **-ET-*** qeydiyyat nişanlı, istehsal ili 2013, qara rəngli, WJMM1VTH4EC281524 şassi nömrəli, İveco AS440T/FP-LT yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsi, **-ZB-*** qeydiyyat nişanlı, istehsal ili 2012, qara rəngli, WKESD**********27 şassi nömrəli, Krone SDP 27 yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsi, **-ZB-*** qeydiyyat nişanlı, istehsal ili 2010, boz gümüşü rəngli, WKESD**********05 şassi nömrəli, Krone SD yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsi və **-BK-*** qeydiyyat nişanlı, istehsal ili 2008, göy rəngli, YS2R4X**********5 şassi nömrəli, Scania R 480 yük markalı yəhərli dartıcı nəqliyyat vasitələrinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduruna başlanacağı barədə məlumat verilmişdir. Qeyd edilən bildiriş borclunun yaşadığı Qazax rayonu Yuxarı Salahlı kəndindəki ünvanına göndərilmiş, poçt xəbərnaməsinə “ünvanda yaşamır” qeyd edilərək qaytarılmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd xx.xx.2023-cü il tarixli, 14TV/23 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli, 14TV/23-1 saylı əlavə kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 59141,54 manat əsas, 650,15 manat faiz borcu, 71,10 manat cərimə borcu olmaqla, cəmi 59862,79 manat borcu vardır. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8İ-6543 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 8İ-6544 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 8İ-6545 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli, 8İ-6546 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydlərinin surətindən görünür ki, "xxxx" KB ASCnin tələbi ilə İddiaçı və X1 ipoteka predmeti olan, İddiaçı mülkiyyətində olan **-ET-*** qeydiyyat nişanlı, İveco AS440T/FP-LT yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinə, **-ZB-*** qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsinə, **-ZB-*** qeydiyyat nişanlı, Krone SD yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsinə və **-BK-*** qeydiyyat nişanlı, Scania R 480 yük markalı yəhərli dartıcı nəqliyyat vasitələrinə tutma yönəldilməsi qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh "xxxx" KB ASC arasında xx.xx.2023-cü il tarixli, 14TV/23 saylı əsas kredit müqaviləsinin çərçivəsində xx.xx.2023-cü il tarixli, 14TV/23-1 saylı əlavə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya 75000 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 14TV/23 nömrəli əsas kredit müqaviləsinin və əsas kredit müqaviləsi üzrə bağlanmış əlavə kredit müqavilələrinin icrasının təminatı olaraq İddiaçı mülkiyyətində olan **-ET-*** qeydiyyat nişanlı, İveco AS440T/FP-LT yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsinə, **-ZB-*** qeydiyyat nişanlı, Krone SDP 27 yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsinə, **-ZB-*** qeydiyyat nişanlı, Krone SD yarımqoşqu markalı tentli furqon nəqliyyat vasitəsinə və **-BK-*** qeydiyyat nişanlı, Scania R 480 yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsi iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Bank tərəfindən xx.xx.2024-ci il tarixdə borcluya və zaminə yaranmış borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildirişlər göndərilmiş, poçt xəbərnamələrinə “ünvanda yaşamır” qeyd edilərək qaytarılmışdır. "xxxx" KB ASC tərəfindən həmin bildiriş xx.xx.2024-cü il tarixdə saat 15:50-də mailto:veliyev86@mail.ruElektron ünvan elektron ünvanına göndərilmişdir və çatmışdır. Lakin, borclular tərəfindən onlara verilmiş müddət ərzində borc öhdəliyi icra edilməmişdir. Bundan sonra "xxxx" KB ASC iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Qazax rayon notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq icra qeydləri verilmişdir. Qazax rayon Notariat ofisinin 26 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, 3M-195 reyestr nömrəli ipoteka müqaviləsinin ipoteka predmeti qismində 4 əmlak girov qoyulmuşdur. Belə olan halda elektron icra qeydi zamanı texniki tərəfdən icra qeydlərinin bir yerdə verilməsi mümkün olmamışdır. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biridir. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 14TV/23 saylı əsas kredit müqaviləsinin çərçivəsində xx.xx.2023cü il tarixli, 14TV/23-1 saylı əlavə kredit müqaviləsinə əsasən İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində 75000 manat əsas borc və 13993 manat faiz borcu olmaqla, cəmi 88993 manat məbləğində ödəməli olması, icra sənədində qeyd edilən borc məbləğinin mübahisəsiz olduğunu sübut edir. Belə ki, həm iddiaçının vəkilinin məhkəmə iclasında verdiyi izahatından, həm də iş materiallarından məlum oldu ki, iddiaçı kredit müqaviləsi üzrə cəmi 29201,31 manat ödəniş etmişdir ki, həmin məbləğin 15858,46 manat məbləği əsas borcun ödənilməsinə, 13342,85 manat faiz borcunun ödənilməsinə yönəlmişdir. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" KB ASC icra qeydinə əsasən borcludan 59141,54 manat əsas, 650,15 manat faiz borcu, 71,10 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, “Notariat haqqında” qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh "xxxx" KB ASC icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin poçt və elektron daşıyıcılar vasitəsi ilə göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, İddiaçı cavabdehlər Qazax rayon notariat ofisinə və «Unibank” KB ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia isə rədd edildiyindən, məhkəmə xərci olan 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Qazax rayon notariat ofisinə və "xxxx" KB ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-64/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-64/2025
14.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver