Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-643/2024 15.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16000 manat borc pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bir müddətdir ki, tanıyır və onunla yaxın yoldaşlıq münasibəti olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə şəxsi çətinliklərinin olduğunu bildirib, ondan 10000 (on min) manat pul istəmişdir və o həmin pulu cavabdehə borc vermişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Cavabdeh yenidən çətinliklərinin olduğunu bildirərək ondan 6000 (altı min) manat borc istəmişdir və o həmin pulu cavabdehə vermişdir. Cavabdeh ondan aldığı 16000 manat borcunu 2024-cü ilin fevral ayının sonuna qədər qaytaracağına söz versədə, müxtəlif bəhanələrlə borcunu qaytarmamışdır. Cavabdeh hazırda N nömrəli hərbi hissədə xidmət edir, yüksək əmək haqqı alır və borcunu qaytarmağa maddi imkanı vardır. İddiaçı məhkəməyə göndərdiyi ərizədə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, İddiaçı 2000 manat borc pul almışdır. Lakin pulu alarkən İddiaçı ona ümumilikdə 16000 manat pulun alınması ilə bağlı əlyazma qəbzlərə imza etdirmişdir. Həmin vaxt ehtiyacı olduğundan məcbur qalıb həmin qəbzlərə imza etmişdir. Lakin o, aldığı pulu tam olaraq İddiaçı qaytarmışdır. Onun hal-hazırda İddiaçı heç bir borcu qalmamışdır. İddiaçının ona qarşı qaldırdığı iddia tamamilə yalandır. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclaslarına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh şəxsiyyət vəsiqəsinin surətində yazılmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 10000 manat borc olaraq pul almasını qeyd etmiş, yanvar ayında qartaracağı barədə öhdəlik götürmüşdür. İş materiallarında olan Cavabdeh şəxsiyyət vəsiqəsinin surətində yazılmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə 6000 manat borc olaraq pul almasını qeyd etmiş, fevral ayında qartaracağı barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut kimi cavabdehlə telefon danışığına dair diski məhkəməyə təqdim etmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, ayrı-ayrı vaxtlarda 16000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları, yəni cavabdeh tərəfindən yazılaraq imza edilmiş qəbzləri məhkəməyə təqdim etmişdir. Belə ki, həmin qəbzlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən 16000 manat məbləğində pul cavabdehə verilmişdir. Lakin, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan həmin məbləğdə pul götürmədiyini, ümumilikdə 2000 manat borc aldığını və borc aldığı pulu iddiaçıya qaytardığını bildirmişdir. Eyni zamanda cavabdehin məhkəməyə təqdim etdiyi diskə baxış keçirilərkən yalnız cavabdehin iddiaçıdan borc aldığı müəyyən olunmuşdur. Lakin borcun qaytarılmasına dair heç bir hal müəyyən olunmamış və cavabdeh borcunu qaytarmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı qəbzlərlə müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan yazılı qəbzlər əsasında aldığı ümumilikdə 16000 manat pulun ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh 16000 manat pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən yazılı qəbzlər əsasında cavabdehə verdiyi 16000 (on altı min) manat pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 16000 (on altı min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Qazax Rayon Məhkəməsinin hesabına 140 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat pul və 140 (bir yüz qırx) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-643/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-643/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver