Məhkəmə qərarları › İş №2(023)-648/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-648/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-648/2023 27.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40011176 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1090.61 manat borcun, 0 manat cərimə borcunun, 30.92 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC bağlanmış 40011176 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1090,61 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1090.61 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquq formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilə üzrə 1090.61 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə (vəsatət) iddianı qəbul etmədiyini bildirərək, göstərmişdir ki, qeyd olunan müqavilə üzrə sifariş etdiyi məhsuldan imtina etdiyini və məhsulu geri qaytardığın, nəticədə "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 40011176 nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Onun həmin müqavilə üzrə heç bir öhdəliyi və borcu yoxdur. Bu halı "xxxx" MMC-nin nümayəndəsi təsdiq edə bilər. Odur ki, mülki iş üzrə "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Fərid İbrahimxəlilli məhkəməyə göndərdiyi ərizədə göstərmişdir ki, Cavabdeh sifariş edib geri qaytardığı məhsul ilə bağlı İddiaçı QSC-yə heç bir məlumat verməmişdir. Halbuki tələbin İddiaçı QSC-yə güzəşt edilməsi ilə bağlı bildiriş cavabdehə müqavilə bağlandığı zaman təqdim edilmişdir. Tələb güzəşt edilərkən “Ferrum Kapital» tərəfindən "xxxx" MMC-yə ödəniş edilmişdir. Hal-hazırda İddiaçı QSCnin sistemində Cavabdeh adına 1090.61 manat borc mövcuddur. İddiaçının nümayəndəsi Fərid İbrahimxəlilli məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə üçüncü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə üçüncü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40011176 nömrəli nisyə alqı-satqı müqaviləsindən və 1 saylı Əlavədən görünür ki, "xxxx" MMC dəyəri 1090,61 manat olan əşyanı Cavabdeh “Ödəniş Cədvəlinə” uyğun olaraq hər ay 91 manat, sonuncu ayı isə 89,61 manat olmaqla, 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli, 40011176 nömrəli nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan məişət avadanlığı alıcıya təhvil verilmişdir. Cavabdeh həmin aktı imzasıyla təsdiq etmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 40011176 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı QSC-yə güzəşt edilmişdir. Ona görə də Növbəti ödənişlərin hər ay İddiaçı QSC-yə ödənilməsi tələb olunur. Cavabdeh həmin bildirişi imzasıyla təsdiq etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh 1090,61 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, Cavabdeh ilə "xxxx" MMC qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlamış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1090.61 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir və bununla bağlı nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Lakin Cavabdeh sifariş edib geri qaytardığı məhsul ilə bağlı İddiaçı QSC-yə heç bir məlumat verməmişdir. Tələb güzəşt edilərkən “Ferrum Kapital» tərəfindən "xxxx" MMC-yə ödəniş edilmişdir. Hal-hazırda İddiaçı QSC-nin sistemində Cavabdeh adına 1090.61 manat borc mövcuddur. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli, 40011176 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1090.61 manat borc, 0 manat cərimə olmaqla, cəmi 1090.61 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,92 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 40011176 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1090.61 manat borc, 0 manat cərimə olmaqla, cəmi 1090.61 (bir min doxsan manat altmış bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,92 (otuz manat doxsan iki qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar