Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-661/2023 30.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus qonaq otagi dəsti, künc divanı (1,85x1,65 ölçüdə), 2 ədəd 3x2 ölçülərdə gəvə, 1 ədəd qabaq stolu və 6 ədəd stul, qonaq otağı üçün çilçıraq, televizor Samsung 82 ekran, 2 ədəd yerli xalça, 1 ədəd 2x3 ölçüdə xalça, bir dəst iki nəfərlik yataq üçün pastel, yataq otağı üçün çilçıraq, uşaq üçün çarpayı, soyuducu (Atlant), paltaryuyan (Midea), ütü və ütü altı, 1 ədəd çuda soba, tozsoran (Blacn-Bird), təbii şirəçəkən maşın, mikser, elektrikli samovar, elektrikli çaydan, sandiq, qonaq otağı üçün pərdə, yataq otağı üçün pərdə, 2 ədəd yataq otağı üçün yataq örtüyü, qab qacaq və qazandan ibarət cehiz əşyalarının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 onun oğlu ilə evli olmuşdur və məhkəmənin qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehin aşağıda qeyd etdiyi cehiz aşyalarını ünvan 1 ünvanda yerləşən onun mülkiyyətimdə olan fərdi yaşayış evindən çıxarmır. Həmin ev Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********79-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ əsasında adına qeydiyyata alınmışdır. Cavabdehin onun mülkiyyətində olan evə hər hansı bir hüququ yoxdur və oğlu ilə nikahları da pozulmuşdur. Buna görə də onun mülkiyyətində olan evdən cavabdehin əşyaları çıxarılmalıdır. Cavabdehlə onun qohumluq əlaqəsi yoxdur. Cavabdeh başqa ünvanda qeydiyyatdadır və onun evində qeydiyyatı belə yoxdur. O, cehiz aşyalarının evindən çıxarılması tələbi ilə bağlı cavabdehə könüllü olaraq mediasiya prossesinin tətbiqi barədə təklif göndərmişdir. Cavabdeh onun təklifinə cavab verməmiş, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərci olan 50 (alli) manatı tam olaraq o ödəmişdir. Bundan başqa 50 (alli) manat dövlət rüsumu ödəmişdir. Mediasiya xərcinə ödədiyi 50 (əlli) manat və 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tam olaraq tutulub ona ödənilməlidir. Cavabdehin onun evində qanunsuz saxladığı cehiz əşyaları - qonaq otagi dəsti, künc divanı (1,85x1,65 ölçüdə), 2 ədəd 3x2 ölçülərdə gəvə, 1 ədəd qabaq stolu və 6 ədəd stul, qonaq otağı üçün çilçıraq, televizor Samsung 82 ekran, 2 ədəd yerli xalça, 1 ədəd 2x3 ölçüdə xalça, bir dəst iki nəfərlik yataq üçün pastel, yataq otağı üçün çilçıraq, uşaq üçün çarpayı, soyuducu (Atlant), paltaryuyan (Midea), ütü və ütü altı, 1 ədəd çuda soba, tozsoran (Blacn-Bird), təbii şirəçəkən maşın, mikser, elektrikli samovar, elektrikli çaydan, sandiq, qonaq otağı üçün pərdə, yataq otağı üçün pərdə, 2 ədəd yataq otağı üçün yataq örtüyü, qab qacaq və qazandan ibarətdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, eləcə də üzrlü səbəbdən gəlməməsinin səbəbləri barədə sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Qazax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-625/2022 saylı qətnaməsindən görünür ki, X5 X3 qarşı “nikahın pozulması və uşaq” tələbinə dair iddiası qismən təmin edilməsi, X11 ilə X7 arasında 20 iyun 2018-ci ildə Qazax rayon Qeydiyyat Şöbəsində 190 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, X2 X8 qarşı “uşağın himayədə saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 Həmayə Əbülfəz qızının yanında saxlanılması, X4 xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment 04 mart 2022-ci il tarixdən başlayaraq tutulub X3 ödənilməsi qət edilmişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının oğlu ilə 20 iyun 2018-ci il tarixdə nikaha daxil olmuş və gəlin kimi iddiaçıya məxsus evə köçərək birlikdə yaşamışlar. Bundan sonra, cavabdeh ilə iddiaçının oğlu arasında ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçıya məxsus evi tərk edərək valideynlərinin yanında yaşamağa başlamış, daha sonra məhkəmənin 22 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Cavabdeh iddiaçıya məxsus evi tərk etsə də, ona məxsus olan cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. İddiaçı həmin əşyaların onun evində qalmasını mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir və qeyd olunan əşyaların evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehə aid əşyaların iddiaçıya məxsus evdən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin evdən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh 20 iyun 2018-ci il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan iddiaçıya məxsus fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən bu halda mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü hesab olunmadığından, onun iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, X12 küçəsi 142 saylı evin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı Qazax şəhəri, N.Tusi küçəsi döngə 3, 17 saylı evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehə aid əşyaların iddiaçıya məxsus yaşayış sahəsində olması iddiaçının mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində hər hansı bir hüququ mövcud olmayan cavabdehə məxsus əşyaların həmin yaşayış sahəsində qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehə məxsus iddia ərizəsinə əlavədə göstərilən əşyalar iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar - qonaq otagi dəsti, künc divanı (1,85x1,65 ölçüdə), 2 ədəd 3x2 ölçülərdə gəvə, 1 ədəd qabaq stolu və 6 ədəd stul, qonaq otağı üçün çilçıraq, televizor Samsung 82 ekran, 2 ədəd yerli xalça, 1 ədəd 2x3 ölçüdə xalça, bir dəst iki nəfərlik yataq üçün pastel, yataq otağı üçün çilçıraq, uşaq üçün çarpayı, soyuducu (Atlant), paltaryuyan (Midea), ütü və ütü altı, 1 ədəd çuda soba, tozsoran (Blacn-Bird), təbii şirəçəkən maşın, mikser, elektrikli samovar, elektrikli çaydan, sandiq, qonaq otağı üçün pərdə, yataq otağı üçün pərdə, 2 ədəd yataq otağı üçün yataq örtüyü, qab qacaq və qazandan - İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-661/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-661/2023
30.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver