Məhkəmə qərarları › İş №2(023)-661/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-661/2025

19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-661/2025 19.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh onun xeyrinə 4200 manat məbləğində pul vəsaitinin tutulmasına, həmçinin ödənilmiş 63 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 87,7 kv.m ola 3 otaqlı, 1 saylı mənzil onun tam xüsusi mülkiyyətindədir. Mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı ərazi idarəsində **********53-05101-093029 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmaqla MA seriyalı ******* saylı çıxarış verilmişdir. Onlar binada yaşayır və hazırki iş üzrə Cavabdeh mənzili onların üst mərtəbəsində yerləşir. Belə ki, 2-ci mərtəbədə onlar, 3-cü mərtəbədə cavabdeh yaşayır. Təxminən bir neçə ay idi ki, Bakı şəhərində olmuşdur. 2025-ci ilin yanvar ayında evə gələrkən mənzilin bərbad hala düşdüyünün şahidi olmuşdur. Mənzilin koridoruna, mətbəxinə, hamam, ayaqyoluna və yataq otağına yuxarı mərtəbədən axıdılmış surun nəticəsində xeyli ziyan dəymişdir. Evin tavanı, qapıları, mətbəx mebeli, oboy və rəngi (kraskası) tam yararsız hala düşmüşdür. Cavabdeh öz mənzilindən onun mənzilinə su axıtması nəticəsində xeyli miqdarda zərərə düşmüşdür. Bundan əvvəl də bir necə dəfə onlar mənzilə su axıtmışdı və hər dəfə deyirdi ki, bir daha olmayacaq. Ancaq sonuncu dəfə evi bərbad hala düşmüşdür. Evin təmir edilməsi üçün dəfələrlə bildirsə də, xeyri olmamışdır. “X11” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, onlara dəymiş zərərin həcmi 4.200 manat təşkil edir və ondan mətbəx mebeli- 1400 manat, mətbəxtin qapısı 460 manat, divar kağızı (oboy) - 220 manat,tavan - 300 manat, tavanın işıqları - 105 manat, taxta döşəmə - 120 manat, astar üzlük - 35 manat, emulsiya və rəng- 60 manat, usta xərci - 1500 manatdır. Cavabdeh mülki hüquq pozuntusu nəticəsində mülkiyyətində olan mənzilə 4.200 (dörd min iki yüz) manat məbləğində zərər dəymişdir. Dəfələrlə Cavabdeh onlara vurduğu zərəri ödəməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh evi onun evinin yuxarı mərtəbəsində yerləşir. Cavabdehin evinin kanalizasiya xətlərinin yararsız vəziyyətdə olması nəticəsində onun evinə maddi ziyan dəymişdir. Cavabdehə ziyanın ödənilməsi barədə xəbərdarlıq edilsədə cavabdeh ziyanın ödənilməsindən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, o hərbiçidir və 2018-ci il tarixdən Bakı şəhərində yerləşən hərbi hissədə işləyir. ünvan 2 ünvanının mülkiyyətçisi anası X5r. Anasına məxsus olan evdə yaşamır. Həmin ev xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı ilədək X2 müqaviləsi əsasında kirayəyə verilmişdir. İddiaçı evinə dəymiş ziyan kirayəçi X6 yaşadığı dövr ərzində olmuşdur. Bundan başqa kirayəyə verilən evin kanalizasiya və su xətləri kirayəyə verilməmişdən qabaq düzəltirilib bərpa edilmişdir. İddiaçıya məxsus evə anam X4 evinin su xətinin sızması ilə zərər vurula bilməz. Belə ki, kirayəçi yaşayın dövr ərzində belə həmin evin bütün su və kanalizasiya xətləri təmir etdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, o anası İddiaçı ilə Bakı şəhərində yaşayır. ünvan 1 nömrəli evə gələn zaman evə yuxarı mərtəbədə yerləşən evdən su axıdılmasını görmüşdür. Həmin evdə sonuncu səfə 2-3 il əvvəl olmuşdur. İddiaçı evinin yuxarı mərtəbəsində yerləşən evin mülkiyyətçisi Cavabdehdur. Ziyanın ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq edilsədə o ziyanın ödənilməsindən boyun qaçırmışdır. İş üzrə cavabdehin yəni Cavabdeh əsl cavabdehlə əvəz olunmasına razı olmadığını qeyd edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestri xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bərdə şəhəri, Heydər Əliyev prospekti ev 7 mənzil 1də yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mütəxəsis rəyindən görünür ki, mənzilə dəymiş ziyan 4200 manat təşkil edir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/2952 nömrəli rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: rəyin təsviri hissəsində yazılanları nəzərə alaraq, Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 7 nömrəli evin 1 nömrəli mənzilə baxış zamanı su sızmanın əlamətləri müşahidə olunmuşdur. Belə ki, mənzilin dəhliz hissəsində taxta döşəmənin şişmiş vəziyyətdə olduğu, divarda aboyun qopduğu, hamam-ayaqyolunun divarında kafel və tavan hissəsində susızmaya bənzər izlərin, hamam otağının giriş qapısının şişmiş vəziyyətdə olduğu, asma tavanında şişlərin olduğu, texniki pasport üzrə 4-cü literində (yaşayış otağında) aboyun qopduğu, tavanda və plastik künclüyündə (paduqasında) susızmaya bənzər sarımtıl izlərin olduğu, mətbəxin asma tavanı və plastik künclüyündə, divar hissəsində, divarında quraşdırılmış mebelində, mətbəxin giriş qapısının şişmiş vəziyyətdə olduğu rənginin korlandığı aşkar olunmuşdur. Eksperiment keçirilsə də, 3 saylı mənzildən su axıntısının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Qərardadın 2-ci sualı üzrə: Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 7 nömrəli evin 3 saylı mənzilindən su axıntısının texniki səbəbini müəyyən etmək mümkün olmadığı səbəbindən həmin mənzildə su xəttinin konkret olaraq hansı hissəsinin təmir olunmasının müəyyən edilməsinə dair tədqiqat aparılması mümkün olmamışdır. Qərardadın 3-cü sualı üzrə: qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertiza fəaliyyətinə aid olmadığından və qanunverçiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, LP-198/2025 nömrəli qiymətləndirmə ekspertizasına əsasən verilən rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən 1 saylı mənzilin təmiri üçün 11151 manat, mətməx mebelinin yenisi ilə əvəz olunması üçün 1200 manat, ümumilikdə isə dəymiş ziyanın məbləği 12351 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli, 3M-647 reyestr nömrəli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi barədə kirayə müqaviləsindən görünür ki, X3 şəhəri Heydər Əliyev prospekti ev 7, mənzil 3 ünvanından yerləşən mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini X1 vermişdir.Müqavilənin 3-cü bəndinə əsasən kirayə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə kirayə müddəti daha bir il müddətinə üzadılmış hesab edilir. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqavilədən görünür ki, X4 və X6 qarşılıqlı razılığı əsasında xx.xx.2023-cü il tarixli, 3M-647 reyestr nömrəli müqaviləsində qeydedilmiş xx.xx.2024-cü il tarix müddəti 3-cü bəndində xx.xx.2026-cı il hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 87,7 kv.m ola 3 otaqlı, 1 saylı mənzil İddiaçı tam xüsusi mülkiyyətindədir. Həmin mənzilin koridoruna, mətbəxinə, hamamına, ayaqyoluna və yataq otağına yuxarı mərtəbədən axıdılmış surun nəticəsində xeyli ziyan dəymişdir. Evin tavanı, qapıları, mətbəx mebeli, oboy və rəngi (kraskası) tam yararsız hala düşmüşdür. Həmin evin üst mərtəbəsindən İddiaçı mənzilinə su axıtması nəticəsində xeyli miqdarda zərərə düşmüşdür. Sonradan İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmədə baxılarkən Cavabdeh iddianı qəbul etməmiş və etirazının əsası kimi qeyd etmişdir ki, ünvan 5 onun anası X4 tam mülkiyyətindədir və həmin ev X1 verilmişdir. Tikinti-texniki obyektlərinin tədqiqi ekspertizası rəyindən müəyyən edilir ki, Bərdə şəhəri, H.Əliyev prospekti 7 nömrəli evin 3 saylı mənzilindən su axıntısının səbəbini müəyyən etmək mümkün olmadığı üçün mənzildə su xəttinin konkret olaraq hansı hissəsinin təmir olunmasının müəyyən edilməsinə dair tədqiqat aparılmasıda mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 54.1 və 54.2-ci maddələrinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki işin məhkəmə iclasında tədqiq edilməklə müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 87,7 kv.m ola 3 otaqlı, 1 saylı mənzilnin üst mərtəbəsində yerləşən ev X4 tam mülkiyyətindədir. X4 mülkiyyətində olan ev kirayə müqaviləsi əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək kirayəyə verilmişdir. Beləliklə də, İddiaçı məxsus evə dəymiş ziyan X6 həmin mənzildə kirayə yaşadığı dövr ərzində baş vermişdir. Bundan başqa məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, mübahisələ mənzildə yaşamamış və həmin ev kirayə müqaviləsi əsasında X9 verilmişdir. Hazırki vaxtada həmin evdə Fehruz Bağırov yaşayır. Həmin hal iş materiallarında olan kirayə müqaviləsində ilə təsbit olunmuşdur. Hazırki iş üzrə Cavabdeh ünvan 5 ünvanında yaşamadığı və həmin mənzilin mülkiyyətçisi olmadığı işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Beləliklə, İddiaçı tərəfindən iddia tələbi iddiaya cavab verməli olmayan Cavabdeh yönəlmiş, mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Nümayəndə iş üzrə cavabdehin yəni Cavabdeh əsl cavabdehlə əvəz olunması ona təklif edilsdə, cavabdehin dəyişilməsinə razı olmadığını bildirmişdir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına əsasən iddianın, iddiaya cavab verməli olmayan cavabdehə verilməsini nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin tutulması» tələbi barədə iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin tutulması» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar