Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-662/2023 14.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Nemət Əlimusa oğlu Musayev Tələbkar Lənkəran şəhəri, Hirkan qəsəbəsində qeydiyyatda olan və Qazax şəh, H.Əliyev pr, bina 173, mənzil 21-də yaşayan Kreditor borclu Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” X1 həqiqi hərbi xidmətdədir və N №li hərbi hissəsində müvəqqəti qeydiyyatda olan və yaşayan Borclu qarşı aliment tələbinə dair ərizəsinə baxaraq müəyyən etdim: Kreditor məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, cavabdeh Borclu ilə 28 iyun 2012-ci il tarixində el adəti ilə evlənmiş, nikahlarını 28 iyul 2012-ci il tarixdə rəsmi qeydiyyatdan keçirmişlər. Birgə nikah nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X3, xx.xx.2014-cü ildə anadan olmuş X4, xx.xx.2017-ci ildə anadan olmuş X5 və xx.xx.2020-ci ildə anadan olmuş X6 doğulmuşdur. Cavabdeh Borclu Qazax rayonu Daş Salahlı kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin ƏSD-nin N saylı hərbi hissəsində işləyir. Cavabdeh heç bir maddi köməklik etmir. Dörd uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Odur ki, birgə nikahlarından doğulmuş həmin uşaqların yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər ay, dörd uşağa görə-qazancın və başqa gəlirlərinin yarısı (50%) hissəsi miqdarında aliment tutularaq ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N №li hərbi hissə Qazax Şəhəri xx.xx.2019-cu il tarixli arayışına əsasən, həqiqətən Borclu həmin hərbi hissədə xidmətdədir və N №li hərbi hissənin müvəqqəti qeydiyatındadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 76.1.3-cü madddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Göstərilən Məcəllənin 25-ci maddəsinə əsasən əmr icraatı qaydasında işlərə ümumi məhkəmələrdə baxılır. Göstərənlərə əsasən Kreditor tələbi üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilən qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumunu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də hazırkı iş üzrə cavabdeh Borclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-76, Mülki Prosessual Məcəlləsinin 275-282-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.1987-ci ildə anadan olmuş, hazırda Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” X1 həqiqi hərbi xidmətdə olan və N №li hərbi hissəsində müvəqqəti qeydiyyatda olan və yaşayan Borclu aylıq qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutularaq xx.xx.2013-cü il tarixində X3, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Kreditor verilsin. Borclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmə əmri dərhal icra edilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin hakimi: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-662/2023
Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-662/2023
14.04.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver