Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-676/2025 14.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının özünün, özü yoxdursa dəyərinin ödənilməsi tələbinə dair mülki işə 14 may 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4 ədəd öz xətti ilə yazdığı qəbzlər üzrə ona məxsus qızılların özlərini, özləri yoxdursa onların 14893 manat dəyərinin və 135,40 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qızıl-zinət əşyaları lazım olduğunu bildirərək, qızıl almaq istədiyini bildirmişdir. O işlədiyi müddətdə qazancının bir hissəsinə qızıl-zinət əşyaları almışdır və övladına ev alınması üçün qızılların bəzilərinin satılması zərurəti yaranmışdır. Həmin vaxtlarda Cavabdeh özünə və yaxın qohumlarına qızıl almaq istədiyini bildirmiş və o razılaşmışdır. Cavabdeh ayrıayrı vaxtlarda və tarixlərdə ondan 4 dəfə qızıl-zinət əşyaları almışdır. Belə ki, xx.xx.2022-ci ildə onun yaddaş kitabının səhifələrində öz xətti ilə -1 ədəd sırğa 2,7 qram qiyməti 324 manat, 1 ədəd sep çəkisi 16,45 qram qiyməti 1974 manat, 1 tros sep çəkisi 14,23 qram qiyməti 1749 manat, 1 ədəd bilərzik çəkisi 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat, 1 ədəd sep klon çəkisi 8,1 qram qiyməti 972 manat və 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat olmaqla, bu qəbz üzrə 4058 manat dəyərində qızıl-zinət əşayaları götürmüşdür və həmin məbləğdən 1245 manat pul ödəmişdir. Bundan başqa xx.xx.2022-ci ildə cavabdeh güya anası üçün qızıl aldığını bildirmiş və özü yenə də tək gələrək - 1 ədəd qadın saatı çəkisi 15,1 qram qiyməti 1812 manat, 1 ədəd bilərzik çəkisi 13 qram qiyməti 1560 manat, 1 ədəd briliyant komplekt çəkisi 7,9 qram qiyməti 1213 manat, 1 ədəd sep çəkisi 1,54 qram qiyməti 184 manat və 1 ədəd sep çəkisi 14,7 qram qiyməti 1768 manat olmaqla, cəmi 5937 manat dəyərində qızıl-zinət əşayaları götürmüşdür və həmin məbləğdən 700 manat ödəmişdir. Bundan başqa xx.xx.2022-ci ildə cavabdeh yenə də 1 ədəd sep çəkisi 13,89 qram qiyməti 1666 manat, 1 ədəd bilərzik çəkisi 5,64 qram qiyməti 676 manat, 1 ədəd sırğa çəkisi 2,5 qram qiyməti 300 manat, 1 ədəd salxant sırğa çəkisi 1,41 qram qiyməti 170 manat, 1 ədəd sırğa çəkisi 1 qram qiyməti 120 manat və 1 ədəd gümüş açar 39 manat, cəmi 2969 manat dəyərində zinət əşayaları götürmüşdür, həmin məbləğdən 200 manat ödəmişdir. Bundan başqa xx.xx.2023-cü ildə cavabdeh yenə də 1 ədəd sep çəkisi 23 qram qiyməti 2772 manat, 1 ədəd bilərzik çəkisi 3,91 qram qiyməti 469 manat, 1 ədəd Ayətəl kürsü seplə birlikdə və bilərzik çəkisi 2,32 qram qiyməti 278 manat və 1 nazik sep 2,7 qram qiyməti 324 manat olmaqla, cəmi dəyəri 4074 manat dəyərində qızıl-zinət əşayaları götürmüşdür, həmin puldan ödəniş edilməmişdir. Cavabdeh tərəfindən 4 ədəd qəbz üzrə, ayrı-ayrı vaxtlarda və tarixlərdə ondan alınmış qızıl-zinət əşyalarının dəyəri ümumilikdə 17038 manat təşkil edir və həmin məbləğdən 2145 manat ödəniş edilmiş və hazırda cavabdehin ona qalıq borcu 14893 (on dörd min səkkiz yüz doxsan üç) manat təşkil edir. Cavabdeh güya anası üçün götürdüyü qızılların pulundan az miqdarda, hətta onun doğma qardaşı Şərif adlı şəxs ona “WhatsApp” sosial şəbəkəsində yazaraq, müxtəlif vaxtlarda cavabdehin əvəzinə 700 manat ödəniş etmiş və sonradan yenədə ödəniş etməmişdir. Onun cavabdehin yerinə ödədiyi pul da ərizədə qeyd olunan 2145 manat pulun tərkibindədir. Bundan başqa cavabdehə dəfələrlə ona məxsus qızıl-zinət əşyalarının özlərini və ya dəyərini ödəməsini bildirsədə, o yalanlar danışmağa davam etmişdir. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh hazırda Qazax rayon Mərkəzi Xəstəxanasında işləyir. O özü də əvvəllər xəstəxanada işlədiyi üçün cavabdehə inandığı və etibar etdiyi üçün ona bu qızılları vermişdir. Həmçinin cavabdehlə həmin qəbzlər üzrə qızılların pullarını qısa zamanda ödəyəcəyi barədə razılaşmaları olmuşdur. Lakin cavabdeh onun inamından və etibarından sui-istifadə edərək onu çətin vəziyyətə salmışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 1 ədəd sırğa 2,7 qram qiyməti 324 manat, 1 tros sep çəkisi 14,23 qram qiyməti 1749 manat, 1 ədəd bilərzik çəkisi 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat, 1 ədəd sep klon çəkisi 8,1 qram qiyməti 972 manat, 1 ədəd sep-klon 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat, 1 ədəd qadın saatı çəkisi 15,1 qram qiyməti 1812 manat, 1 ədəd bilərzik çəkisi 13 qram qiyməti 1560 manat, 1 ədəd briliyant komplekt çəkisi 7,9 qram qiyməti 1213 manat, 1 ədəd sep çəkisi 14,7 qram qiyməti 1768 manat, 1 ədəd sep çəkisi 13,89 qram qiyməti 1666 manat, 1 ədəd bilərzik çəkisi 5,64 qram qiyməti 676 manat, 1 ədəd sırğa çəkisi 2,5 qram qiyməti 300 manat, 1 ədəd salxant sırğa çəkisi 1,17 qram qiyməti 170 manat, 1 ədəd sırğa çəkisi 1 qram qiyməti 120 manat və 1 ədəd gümüş açar 39 manat, 1 ədəd sep çəkisi 23 qram qiyməti 2772 manat, 1 ədəd bilərzik çəkisi 3,91 qram qiyməti 469 manat, 1 ədəd Ayətəl kürsü seplə birlikdə və bilərzik çəkisi 2,32 qram qiyməti 278 manat, 1 ədəd bilərzik 2 qram qiyməti 240 manat və 1 nazik sep 2,7 qram qiyməti 324 manat dəyərində qızıl-zinət əşayalarının özlərini, özləri yoxdursa onların 14884 manat dəyərinin və 135,40 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, iddiaçı mütəmadi olaraq Qazax RMX-na gələrək qızıl-zinət əşyaları satmışdır. Ruqiyyə adlı iş yoldaşı onu İddiaçı ilə tanış etmişdir. Bundan sonra 7 min manat dəyərində, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarını alaraq Ruqiyyəyə vermişdir. Daha sonra həmin qızıllardan birinci dəfə 4 min manat dəyərində, sonra isə 1400 manat dəyərində qızıl-zinət əşyası alaraq anasına vermişdir. Həmin qızıl-zinət əşyalarının dəyərindən həy ay 200 manat ödəniş etmişdir. Daha sonra borcundan ödəniş edə bilməmişdir. İddiaçı borcunu tələb etdikdə, o qızılları Ruqiyyəyə verdiyini bildirmişdir. Ruqiyyə isə hazırda Türkiyə Respublikasında yaşayır. İddia ərizəsinə əlavə olunan qızıl-zinət əşyalarının alınmasına dair qəbzləri özü yazmışdır, həmin xətt və imza ona məxsusdur. Anasına aldığı qızılların borcunu isə qardaşı bir neçə dəfə ödəmiş, qalan borcunu da onlar özləri ödəyəcəkdir. Hazırda onun iddiaçıya 2800 manat borcu qalmışdır ki, onu da ödəməkdən boyun qaçırmır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ondan bir neçə dəfə qızıl-zinət əşyaları almışdır. Ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarından müəyyən məbləğlər ödədikdən sonra onun hazırda 14884 manat borcu vardır və həmin pulu ödəməkdən yayınır. Belə ki, dəfələrlə ona olan borcunu tələb etdikdə Nuridə aldığı qızılların bir qismini Ruqiyyəyə verdiyini və onun hazırda Türkiyədə olduğunu, digər qızılları isə anasına aldığını bildirərək, qızılların pulunu ödəməkdən yayınmışdır. Cavabdehin qardaşı Şərif adlı şəxs müxtəlif vaxtlarda cavabdehin əvəzinə 700 manat ödəniş etmiş və sonradan ödəniş etməmişdir. O isə cavabdehə həmin qızılları ona verdiyini, Ruqiyyəni tanımadığını, nisyə dəftərində onun adı qeyd olunduğunu bildirərək, borcunu ödəməyini tələb etsədə, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Həmin qızıl-zinət əşyalarına görə ona olan 17038 manat borcundan ümumilikdə 2145 manat ödəniş etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ondan əsassız olaraq ümumilikdə 14893 manat pul tələb etmişdir. Hansı ki, o iddiaçıdan özü üçün yalnız 2022-ci ilin iyul ayında qızıl-zinət əşyaları götürmüşdür və həmin qızıl əşyaları üçün iddiaçıya 2813 manat borcu vardır. İddiaçı isə iddia ərizəsində ona heç bir dəxli olmayan qızıl-zinət əşyaları yazmaqla pul tələb etmişdir. İddiaçı məhkəməyə guya onun yazdığı qəbzləri təqdim etmişdir, hansı ki, o heç bir qəbz yazmamışdır. Bundan başqa iddiaçı onun qardaşı ilə WhatsApp yazışmaları təqdim etmişdir. Odur ki, onun iştirakı olmadan iddia tələbinə baxaraq, ona qarşı verilmiş iddianı qismən, yəni 2813 manat hissəsində təmin edilməsi və digər hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut kimi Şerifff adlı şəxslə “WhatsApp” sosial şəbəkəsində yazışmalarını, səs yazısı olan diski və nisyə dəftərindən Cavabdeh aid səhifələri məhkəməyə təqdim etmişdir. İddiaçının təqdim etdiyi nisyə dəftərinin Cavabdeh aid vərəqələrindən görünür ki, 1 ədəd sırğa 2,7 qram qiyməti 324 manat, 1 ədəd sep çəkisi 16,45 qram qiyməti 1974 manat, 1 tros sep çəkisi 14,23 qram qiyməti 1749 manat, 1 ədəd bilərzik çəkisi 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat, 1 ədəd sep klon çəkisi 8,1 qram qiyməti 972 manat, 1 ədəd sep-klon 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat və 1 ədəd bilərzik 4.3 qram qiyməti 516 manat, 1 ədəd qadın saatı çəkisi 15,1 qram qiyməti 1812 manat, 1 ədəd bilərzik çəkisi 13 qram qiyməti 1560 manat, 1 ədəd briliyant komplekt çəkisi 7,9 qram qiyməti 1213 manat, 1 ədəd sep çəkisi 1,54 qram qiyməti 184 manat, 1 ədəd sep çəkisi 14,7 qram qiyməti 1768 manat, 1 ədəd sep çəkisi 13,89 qram qiyməti 1666 manat, 1 ədəd bilərzik çəkisi 5,64 qram qiyməti 676 manat, 1 ədəd sırğa çəkisi 2,5 qram qiyməti 300 manat, 1 ədəd salxant sırğa çəkisi 1,17 qram qiyməti 170 manat, 1 ədəd sırğa çəkisi 1 qram qiyməti 120 manat və 1 ədəd gümüş açar 39 manat, 1 ədəd sep çəkisi 23 qram qiyməti 2772 manat, 1 ədəd bilərzik çəkisi 3,91 qram qiyməti 469 manat, 1 ədəd Ayətəl kürsü seplə birlikdə və bilərzik çəkisi 2,32 qram qiyməti 278 manat, 1 ədəd bilərzik 2 qram qiyməti 240 manat və 1 nazik sep 2,7 qram qiyməti 324 manat dəyərində qızıl-zinət əşayalarını nisyə alması qeyd edilmişdir. Həmçinin iddiaçının Şərif adlı şəxslə “WhatsApp” sosial şəbəkəsində yazışmalarından və səs yazısından görünür ki, həmin şəxs iddiaçıya pul ödəyəcəyi barədə vəd vermişdir. Lakin Cavabdeh məhkəmə hazırlıq iclasında iddia ərizəsində qeyd olunan qızılzinət əşyalarını götürüb başqa şəxslərə verdiyini, həmin qızıl-zinət əşyalarını aldığına dair qəbzləri özünün yazdığını bildirsə də, məhkəməyə göndərdiyi ərizədə 2022-ci ilin iyul ayında iddiaçıdan yalnız özü üçün qızıl-zinət əşyaları götürdüyünü və həmin qızıl əşyaları üçün iddiaçıya 2813 manat borcu olduğunu, iddiaçının iddia ərizəsində ona heç bir dəxli olmayan qızıl-zinət əşyaları yazmaqla pul tələb etdiyini, qızıl-zinət əşyaları götürərkən heç bir qəbz yazmadığını, iddianın yalnız 2813 manat hissədə təmin edilməsini və digər hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdehin arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqı münasibəti olmuşdur. Cavabdeh aldığı qızıl-zinət əşyalarına görə iddiaçıya olan borcundan müəyyən ödənişlər etmiş, qalan 14884 manat borcu qaytarmağı öhdəsinə götürsədə, borcunu qaytarmamışdır. İddiaçı dəfələrlə pulu tələb etsə də, cavabdeh borcunu qaytarmır. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Cavabdeh İddiaçı nisyə olaraq qızıl-zinət əşyaları almışdır və hazırda ona 14884 manat borcu qalmışdır. Yuxarıda göstərilənlər baxımından məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər alqı-satqı müqaviləsindən yarandığından, həmin münasibətlərə də alqı-satqı müqaviləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə sübutetmə vəzifəsinin bölgüsü baxımından alqı-satqı müqaviləsi üzrə əşyanın alıcıya verilməsini satıcı (iddiaçı), satılan əşyanın dəyərinin ödənilməsini isə alıcı (cavabdeh) sübut etməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Sübutetmə vəzifəsinin bölgüsü baxımından alqı-satqı müqaviləsi üzrə əşyanın verildiyini iddiaçı, həmin əşyanın pulunun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı şifahi alqı-satqı müqaviləsi üzrə qızıl-zinət əşyalarını cavabdehə verməsini təsdiq edən sübutları, yəni nisyə dəftərində cavabdehin öz xətti ilə yazılmış səhifələri məhkəməyə təqdim etmişdir. Belə ki, həmin sənədlərlə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyaları verilmişdir. Cavabdeh həmin borcdan müəyyən ödənişlər etmiş, qalan 14884 manat borcunu ödəməkdən boyun qaçırmışdır. Lakin Cavabdeh məhkəməyə göndərdiyi ərizədə 2022-ci ilin iyul ayında iddiaçıdan yalnız özü üçün qızıl-zinət əşyaları götürdüyünü, həmin qızıl əşyaları üçün iddiaçıya 2813 manat borcu olduğunu, qızılzinət əşyaları götürərkən heç bir qəbz yazmadığını bildirsə də, həmin faktı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MMnin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkəti nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh 1 ədəd sırğa 2,7 qram qiyməti 324 manat, 1 tros sep çəkisi 14,23 qram qiyməti 1749 manat, 1 ədəd bilərzik çəkisi 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat, 1 ədəd sep klon çəkisi 8,1 qram qiyməti 972 manat, 1 ədəd sep-klon 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat, 1 ədəd qadın saatı çəkisi 15,1 qram qiyməti 1812 manat, 1 ədəd bilərzik çəkisi 13 qram qiyməti 1560 manat, 1 ədəd briliyant komplekt çəkisi 7,9 qram qiyməti 1213 manat, 1 ədəd sep çəkisi 14,7 qram qiyməti 1768 manat, 1 ədəd sep çəkisi 13,89 qram qiyməti 1666 manat, 1 ədəd bilərzik çəkisi 5,64 qram qiyməti 676 manat, 1 ədəd sırğa çəkisi 2,5 qram qiyməti 300 manat, 1 ədəd salxant sırğa çəkisi 1,17 qram qiyməti 170 manat, 1 ədəd sırğa çəkisi 1 qram qiyməti 120 manat və 1 ədəd gümüş açar 39 manat, 1 ədəd sep çəkisi 23 qram qiyməti 2772 manat, 1 ədəd bilərzik çəkisi 3,91 qram qiyməti 469 manat, 1 ədəd Ayətəl kürsü seplə birlikdə və bilərzik çəkisi 2,32 qram qiyməti 278 manat, 1 ədəd bilərzik 2 qram qiyməti 240 manat və 1 nazik sep 2,7 qram qiyməti 324 manat dəyərində qızıl-zinət əşayalarının özlərini, özləri yoxdursa onların dəyəri olan 14884 (on dörd min səkkiz yüz səksən dörd) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 135,40 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1 ədəd sırğa 2,7 qram qiyməti 324 manat, 1 tros sep çəkisi 14,23 qram qiyməti 1749 manat, 1 ədəd bilərzik çəkisi 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat, 1 ədəd sep klon çəkisi 8,1 qram qiyməti 972 manat, 1 ədəd sep-klon 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat, 1 ədəd qadın saatı çəkisi 15,1 qram qiyməti 1812 manat, 1 ədəd bilərzik çəkisi 13 qram qiyməti 1560 manat, 1 ədəd briliyant komplekt çəkisi 7,9 qram qiyməti 1213 manat, 1 ədəd sep çəkisi 14,7 qram qiyməti 1768 manat, 1 ədəd sep çəkisi 13,89 qram qiyməti 1666 manat, 1 ədəd bilərzik çəkisi 5,64 qram qiyməti 676 manat, 1 ədəd sırğa çəkisi 2,5 qram qiyməti 300 manat, 1 ədəd salxant sırğa çəkisi 1,17 qram qiyməti 170 manat, 1 ədəd sırğa çəkisi 1 qram qiyməti 120 manat və 1 ədəd gümüş açar 39 manat, 1 ədəd sep çəkisi 23 qram qiyməti 2772 manat, 1 ədəd bilərzik çəkisi 3,91 qram qiyməti 469 manat, 1 ədəd Ayətəl kürsü seplə birlikdə və bilərzik çəkisi 2,32 qram qiyməti 278 manat, 1 ədəd bilərzik 2 qram qiyməti 240 manat və 1 nazik sep 2,7 qram qiyməti 324 manat dəyərində qızıl-zinət əşayalarının özlərini, özləri yoxdursa onların dəyəri olan 14884 (on dörd min səkkiz yüz səksən dörd) manat pul və 135,40 (bir yüz otuz beş manat 40 qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-676/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-676/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver