Məhkəmə qərarları › İş №2(023)-684/2025

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-684/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-684/2025 16.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu İddiaçı Cavabdeh QİZİNA qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə iddia ərizəsinə dair mülki işi məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı Cavabdeh QİZİNA qarşı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 cavabdehlə razılıq əldə olunduğundan iddianın baxılmamış saxlanılmasını və geri qaytarılmasını xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 38 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı -yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh QİZİNA qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2025, qəbz nömrəsi:**********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev İş № e-2(023)-684/2025 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) Qazax Rayon Məhkəməsi xx.xx.2025-ci il Qazax şəhəri Hakim Musayev Nemət Əlimusa oğlu İddiaçı Cavabdeh QİZİNA qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq etdi. Prosessual hərəkəti saat 12:00-da başladı. Ərizəni və iş materiallarını nəzərdən keçirib, İddiaçı Cavabdeh QİZİNA qarşı alqısatqı müqaviləsi üzrə mübahisələr barədə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul etdi. Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkəti xx.xx.2025-ci il tarixdə saat 12:10-da qurtardı. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar