Məhkəmə qərarları › İş №2(023)-688/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-688/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-688/2025 07.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zaminlik əsnasında onun kart hesabından tutulmuş 3598,39 manat məbləğin və məhkəmə xərclərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə tanış olmuş və bir müddət sonra cavabdeh ondan kredit götürdüyü üçün ona zamin olmağını xahiş etmişdir. O cavabdehin səmimiliyinə inanaraq xx.xx.2019-cu il tarixli GTKR0 199768A181 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 20000 (iyirmi min) manat nağd pul krediti götürərkən ona zamin olmuşdur. Bir müddət sonra onun kart hesabından ayrı-ayrı vaxtlarda götürülmüş kreditin aylıq ödənişinə uyğun olaraq bank tərəfindən müvafiq tutulmalar olmuşdur. Buna səbəb cavabdehin aylıq kredit ödər işi müxtəlif bəhanələrlə gec-gec ödəməsi idi. Nəzərə alınsa ki, həmin dövrdə özünun də kredit ödəyirdi, göstərilən səbəbdən dolayı onun maddi cəhəddən təminatında bir sıra problemlər yaranmağa başlamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, Cavabdeh ona heç pul verməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Əvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildridi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, onun iddiaçıya cəmi 1000 manat borcu vardır. O krediti götürən zaman iddiaçıya 5000 manat pul vermişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. İddiaçı məhəkəmə teleqram ünvanlayaraq göstərmişdir ki, məhkəmə iclasında iştirak edə bilmir. Ona görə də, onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, 20000 manat məbləğində, 48 ay müddətinə nağd pul kreditin verilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli GTKR0199768A181 saylı kredit müqaviləsi üzrə zamin olmuşdur. İş materiallarında olan xx.xx.2019-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli GTKR0199768a181 saylı kredit müqaviləsi üzrə zamin olmuşdur. İş materiallarında olan "xxxx" ASC xx.xx.2025-ci il tarixli arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli GTKR0199768A181 saylı kredit müqaviləsi üzrə zamin İddiaçı məxsus əmək haqqı kartından 3598,60 manat vəsaiti tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı və işin digər materialları ilə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə zaminlik müqaviləsi bağlamışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, İddiaçı əmək haqqısından ümumilikdə 3598,39 manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı zamin kimi ödədiyi pul məbləğini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı tələbində cavabdehdən onun əmək haqqısından kreditorun xeyrinə tutulan pulun 3598,39 manat hissəsini tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3598,39 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 56 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 3598,39 manat və dövlət rüsumunun əvəzi qismində 56 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar