Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-696/2023 08.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 iştirak nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı “məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsində 27 may 2017-ci il tarixli, ********** qeydiyyat və **********29-10301 reyestr nömrəsi ilə 9/10 hissəsi onun və 1/10 hissəsi cavabdeh Cəfər-X1 adın paylı mülkiyyət hüququ ilə qeydiyyata alınan tam məhv olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən və məhv olmuş fərdi yaşayış evin 9/10 hissəsi onun, 1/10 hissəsi üçüncü şəxs Cəfər-X1 paylı mülkiyyətində qeydiyyata alınmışdır. Həmin evə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsində xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat və**********29-10301 reyestr nömrəsi ilə qeydiyyata alınaraq, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu ünvanda yerləşən fərdi yaşayış evi qəzalı vəziyyətdə olmuş və məhv olmuşdur. Bununla bağlı hələ anası sağlığında 07 aprel 2017-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyətinə üraciət edərək qəzalı vəziyyətdə olan evlərinin təmir edilməsinə köməklik edilməsini xahiş etmişdir. Bununla bağlı akt tərtib edilmiş və evin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. Buna baxmayaraq heç bir köməklik olmamış və ev bu vəziyyətindən dolayı dağılıb məhv olmuşdur.O, 30 avqust 2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi ünvan 2 ünvanında yerləşən məhv olmuşfərdi yaşayış evinin qeydiyyatının ləğv edilməsi barədə müraciət etsə də, və sonradan ona ünvanlanan 22 sentyabr 2022-ci il tarixli, **********50 nömrəli məktubun sürətini alıb. Bu məktubda tələb etdiyi məhv olmuş daşınma əmlakın qeydiyyatının ləğv edilməsindən imtina edilmişdir.Əsas olaraqda bu əmlakın paylı mülkiyyətdə olduğu qeyd edilərək və yalnız mülkiyyətçilərin hamısının birgə ərizəsi əsasında bu qeydiyyatın ləğv edilməsi göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, hazırkı iddia ərizəsinə baxılması ümumi məhkəmənin deyil, inzibati məhkəmənin səlahiyyətinə aiddir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib dinləyib, iddia ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək nəzərdən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati və mülki huquq münasibətlərindən irəli gələn mubahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizǝyə mülki məhkəmə icraatı qaydasinda ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid is səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə MPM-nin 261.0 251.0 1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında umumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmek hüququ izah olunmalıdır Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.2-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Sadalanan qanunvericilik normalarna asasan məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin “məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi”nə dair işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək huququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh1 qarşı “məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-696/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-696/2023
08.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver