Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-698/2025 22.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş 574 manat əsas, 50 manat cərimə borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 29 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ona məqsədli istifadə üçün 1386 manat dəyərində məişət əşyası verilmişdir. Bu müqavilələr üzrə cəmi 574 manat borc yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh bu müqavilə əsasında verilmiş borcu və ona hesablanmış dəbbə pulu ödənişi cədvəlinə əsasən mağazanın kassasına nəğd şəkildə, müqavilə üzrə müəyyən olunmuş müddət ərzində tam qaytarılmasını öhtəsinə götürmüşdür. Ona görə də Cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş 574 manat əsas, 30 manat cərimə borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 29 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətində, 1386 manat məbləğində məişət əşyaları nisyə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 29 fevral 2024-cü il tarixli alqı-satqı müqavilələr üzrə 01 mart 2025-ci il tarixə əsas borcu 574 manat hesablanmış peniya 50 manat və dövlət rüsumu 30 manat olmaqla, cəmi 654 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 574 manat əsas, 50 manat cərimə məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM)-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 10.8-1-ci maddəsinə əsasən həmin Məcəllənin 284-5-ci maddəsində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448 və 567-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, dəbbə pulu azaldılaraq 5 (beş) manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ümumilikdə əsas borc kimi 574 manat, dəbbə pulu kimi 5 manat, cəmi 579 manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-698/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-698/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver