Məhkəmə qərarları › İş №2(023)-7/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-7/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-7/2023 01.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO "xxxx" ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh1, kredit müqaviləsi üzrə yaranmış 5159, 38 manat əsas, müddət sonuna hesablanan 144.48 manat faiz, gecikdirilmiş vaxta görə 763.92 manat cərimə və kredit müqaviləsi bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiyasının xx.xx.2014-cü il tarixli Plenum qərarınına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-maddəsinə uyğun olaraq) hesablanmış 757.44 manat faiz məbləği olmaqla, cəmi 6825,22 manat məbləğində borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması və ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh4 Oqtay qızına, Cavabdeh3 və X2 məxsus olan Qazax r, Çaylı kəndində ümumi sahəsi 189.4 kv.m, yaşayış sahəsi 65.1 kv.m olan, yardımçı sahəsi 124.3 kv.m olan, 3 otaqlı iki mərtəbəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(023)-7/2023 saylı qərardadına əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 2(023)-7/2023 saylı xx.xx.2023-ci il tarixli qərardadına əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsinə dair qərardad qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC-nin nümayəndəsi Nəcəfzadə Anar Ziya oğlu ərizə ilə məhkəmyə müraciət edərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair icraatınızda 2(023)- 7/2023 saylı mülki iş vardır. Həmin iş üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxsə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanan kredit müqaviləsi yuxarıda adı qeyd olunan Fərmanın təsir dairəsinə düşdüyü üçün cavabdeh borcunun restrukturizasiya olunması üçün ərizə ilə banka müraciət etmiş, bankla müştəri arasında Fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlanmışdır. Bu səbəbdən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsllərinin geri götürülməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsllərinin LPO İddiaçı ASC-yə geri qaytarılması, həmçinin ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılmasını və ALAN: Adı: Ləğv prosesində olan İddiaçı ASC (VÖEN: **********, İBAN:AZ65NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod:501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C) hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 və qeyriləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.2-ci maddəsinə əsasən ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Bu Qanunun 5.4-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu iddia ərizəsinin geri qaytarılması barəsində ərizə verdiyindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsi ilə xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-yə (ALAN: Adı: Ləğv prosesində olan İddiaçı ASC (VÖEN: **********, İBAN: AZ65NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C) geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114.1, 114.2, 259.0.11, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun ərizəsi təmin edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsi ilə xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-yə (ALAN: Adı: Ləğv prosesində olan İddiaçı ASC-yə (VÖEN: **********, İBAN: AZ65NABZ********************, ALANİN BANKİ: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C) geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar