Məhkəmə qərarları › İş №2(023)-7/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-7/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-7/2024 22.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil Namiq oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə Rza qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə 22 fevral 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Kreditor İddiaçı borclu Cavabdeh qarşı alqı-satqı müqaviləs üzrə 001-saylı 11 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc qismində 1900 manat məbləğində pulun, cərimə (peniya) olaraq 304,95 manat məbləğində pulun və ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 2304,95 manat məbləğində pulun ödənilməsi tələbi üzrə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə əmrinə etiraz vermiş və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə əmr ləğv edilərək işə iddia icraatında baxılır. Kreditor tələbini onunla əsaslandırmışdır ki, borclu ilə bağlanmış 001 saylı 11 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya ümumi dəyəri 4200 manat təşkil edən 1 ədəd mətbəx mebeli satmışdır. Müqavilənin şərtlərinə əsasən həmin məbləği müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlində göstərilən qaydada hissəhissə hər ay 300 manat olmaqla, 14 ay müddətində həyata keçirməli idi. Lakin borclu tərəfindən indiyədək 2300 manat pul ödənilmiş, qalan 1900 manat pul ödənilməmişdir. Nəticədə cavabdehin 1900 manat borcu yaranmışdır. Müqavilə üzrə satılan malın qiyməti və həmin malın borcluya verilməsi tərəflər arasında qiymət razılaşması və malın Təhvil aktı ilə təsdiq olunur. Bundan əlavə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 4.2-ci maddəsinə əsasən borclu vaxtında ödəniş etmədiyi üçün hər gecikmə gününə görə müqavilə üzrə cəmi qalıq məbləğin 0,5 faiz miqdarında cərimə ödəməyə borcludur. Borclunun ödəniş cədvəli üzrə növbəti ödənişi həyata keçirməli olduğu tarixdən hazırki ərizənin verildiyi tarixədək olan gecikmə günü 107 gün təşkil edir. Borclunun kreditora olan müqavilə üzrə cərimə borcu 1016,5 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 70 faizi güzəşt edilmişdir və borclu tərəfindən 304,95 manat İddiaçı ödənilməlidir. Borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyinə və müqavilə şərtlərini kobud şəkildə pozduğuna görə əsas və cərimə məbləğini tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq, 001-saylı 11 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc qismində 1900 manat məbləğində pulun, cərimə (peniya) olaraq 304,95 manat məbləğində pulun və ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 2304,95 manat məbləğində pulun alınıb ona verilməsi barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizədə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə əmrinə əsasən 12 iyul 2023-cü il tarixədək borclunun pensiyasından ümumiılikdə 824,36 manat pul tutulub ödənildiyini, hazırda Cavabdeh ona 1580,64 manat borcu qaldığını bildirmişdir. Cavabdeh Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə əmrinə verdiyi etirazın məqsədi süründürməçiuliyə yol verməkdən ibarətdir. Odur ki, işə onun iştirakı olmadan baxılaraq ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 001 saylı 11 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya ümumi dəyəri 4200 manat təşkil edən 1 ədəd mətbəx mebeli satılmışdır. Borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyinə və müqavilə şərtlərini kobud şəkildə pozduğuna görə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə əmrinə əsasən ümumilikdə 2304,95 manat məbləğində pulun ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəsini aldıqdan keçən vaxt ərzində müəyyən hissədə ödənişlər olunmuşdur. Cavabdeh sözügedən qədi bəyənmiş və müəyyən hissədə icra etmişdir. Cavabdehində izahatında qeyd etdiyi kimi, müqavilədə göstərilən əmlaklar ona təhvil verilmişdir. Hazırda kreditor ərizənin 1000 manat borc hissəsində təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə ərizəni etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, 001 saylı 11 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 4200 manat təşkil edən 1 ədəd mətbəx mebeli İddiaçı almışdır. O qeyd edilən mətbəx mebelinin 3200 manatını qabaqcadan ödəmişdir. Lakin həmin mətbəx mebeli evə gətirilib quraşdırıldıqdan sonra natamam olduğundan təhviltəslim aktını nə o, nə də anası imzalamamışdır, həmin sənəddəki imza onlara aid deyil. Hətta mebel quraşdırıldıqdan sonra da hissə-hissə ödəniş etmişdir. Lakin mebelin müəyyən çatışmamazlıqlar vardır. Mebel tam şəkildə təhvil təslim edilməmişdir. Qeyd edilənlərlə əlaqədar iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materallarına əlavə edilmiş kreditor İddiaçı ilə Cavabdeh arasında bağlanmış 001 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı 4200 manat olan məişət avadanlığını 14 ay müddət müəyyən etməklə Cavabdeh satmağı, borclu isə həmin məbləği ayda 300 manat olmaq şərti ilə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli, 4/1570 saylı rəyindən görünür ki, mülki işin 12-15-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlində, təhvil-təslim aktındakı və 001 saylı nisyə alqısatqı müqaviləsində “Alıcı” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Mülki işin 12-15-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlində, təhvil-təslim aktındakı və 001 saylı nisyə alqı-satqı müqaviləsində “Alıcı” qräfalarındakı imzalar - X1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, kreditor ilə borclunun bağladığı 001 saylı 11 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya ümumi dəyəri 4200 manat təşkil edən 1 ədəd mətbəx mebeli satmışdır. Müqavilənin şərtlərinə əsasən həmin məbləği Ödəniş cədvəlinə uyğun olaraq hər ay 300 manat olmaqla, 14 ay müddətində həyata keçirməli idi. Ərizəçi borclunun indiyədək 2300 manat ödədiyini, qalan 1900 manat pulu vermədiyini qeyd edərək 1900 manat pulun və 304,95 manat məbləğində cərimənin (peniya) alınıb verilməsini xahiş etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər alqı-satqı münasibətləri ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin borc münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88 -ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlanır. Həmin Məcəllənin 329.3–cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 567–ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 14.2.1–ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə iddia tələbi bağlı qeyd edir ki, İddiaçı ümumi dəyəri 4200 manat təşkil edən 1 ədəd mətbəx mebelini 11 dekabr 2021-ci il tarixli 001 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satmasını qeyd etsə də, iş üzrə təyin edilmiş xətşünaslıq ekspertizasının rəyindən görünür ki, mülki işin 12-15-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlində, təhvil-təslim aktındakı və 001 saylı nisyə alqı-satqı müqaviləsində “Alıcı” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Eyni zamanda mülki işin 12-15-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli ödəniş cədvəlində, təhvil-təslim aktındakı və 001 saylı nisyə alqısatqı müqaviləsində “Alıcı” qrafalarındakı imzalar - X1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Həmin rəylə həmin alqı satqı müqaviləsinin və təhvil-təslim aktının Cavabdeh tərəfindən imzalanmaması bir daha təsdiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, iş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar