Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-710/2024 17.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə 17 sentyabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 21500 (iyirmi bir min beş yüz) manat pulun və ödədiyi 154.50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 ərizəsini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, cavabdehlə iş qurmuş və onunla işləmişdir. Cavabdeh pula ehtiyacı olduğunu bildirib ondan 21500 manat pul istəmişdir. O cavabdehlə olan müansibətə, qohumluğa, dostluğa görə 21500 manat pul vermişdir. Həmin pulu cavabdehə məxsus 416973+++++3955 nömrəli plastik kart hesabına xx.xx.2022-ci il tarixdə 8000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat göndərmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə öz şəxsi kart hesabı olan 416974++++222 nömrəli kart hesabından 416973+++++3955 nömrəli plastik kart hesabına göndərmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə hazırlıq iclasında iddiaçı X3 iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyul ayına kimi onun adından cavabdehin adına göndərilən pulların köçməsi barədə məlumatların "xxxx" ASC-dən götürülməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bankdan gələn məlumatlarla tanış olduqda ona məlum olmuşdur ki, o Cavabdeh bank hesabı vasitəsi ilə ayrı-ayrı vaxtlarda 16300 manat, Millön elektron ödəmə vasitəsi ilə 10000 manat pul göndərmişdir. Ümumilikdə Cavabdeh 26.300 manat borcu vardır. Odur ki, Cavabdeh 26.300 (iyirmi altı min üç yüz) manat pulun və ödədiyi 222.50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində iddianı qəbul etməmiş və göstərmişdir ki, aşağıda göstərilənlərə əsasən qeyd olunan iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçının iddia ərizəsində göstərmiş olduğu dəlilləri cəfəngiyyatdan başqa bir şey deyildir. İddiaçı bundan əvvəl də ona qarşı məhkəmədə iddia qaldırmış və ondan cəmi 165.000 manat məbləğində pul tələb etmişdir. Həmin pulların 150.000 manatını aralarında bağlanmış kredit müqaviləsinə əsasən verildiyini, qalan 12.000 manatı qohumuna məxsus kart hesabına göndərərək, onun vasitəsi ilə ona verildiyini, qalan 3.000 manatı isə şəxsən ona verdiyini iddia etmişdir. Amma nədənsə iddiaçı hazırkı iddia tələbində nəzərdə tutduğu 21.500 manat pulu əvvəlki iddiası ilə tələb etmək niyyətində olmamışdır. İddiaçının hazırda ondan tələb etdiyi 21.500 manat pul ona verilməmişdir. Bunlar yalan və böhtandır. Əgər verilmiş olsaydı iddiaçı həmin pulları da əvvəlki iddiası ilə ondan tələb edərdi. Bundan əlavə iddiaçının sübut növü kimi məhkəməyə təqdim etdiyi pul köçürülmələrinə dair qəbzlər iddianın əsası kimi istinad olunan halları təsdiq etmir, heç bir hüquqi əhəmiyyəti yoxdur və sübut kimi qəbul edilə bilməz. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, Vəkil iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçının tələb etdiyi pulların iddiaçı tərəfindən göndərildiyi sübuta yetməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda təmin olunmalıdır. Belə ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə Cavabdeh istifadəsində olan 416973+++++3955 nömrəli plastik kartın bağlı olduğu hesaba köçürülən vəsaitlərlə bağlı çıxarışdan görünür ki, 416973+++++3955 nömrəli plastik karta xx.xx.2023-cü il tarixdə ilkin olaraq 3800 manat, sonra isə 10000 manat, xx.xx.2023-cü il tarixdə birbank vasitəsi ilə kartdan karta köçürmə yolu ilə 2500 manat pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, Milliön terminalından xx.xx.2023-cü il tarixdə 416973+++++3955 nömrəli plastik kartın bağlı olduğu hesaba 10000 manat pul köçürülmüşdür. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı tərəfindən 26300 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, Rauf İsmaılovun Cavabdeh məxsus kart hesabına müxtəlif tarixlərdə ümumilikdə 26.300 manat pul köçürməsi iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi çıxarışla və Milliön terminalından ödəniş edilməsi ilə bağlı qəbzlə öz təsdiqini tapmışdır. Lakin, cavabdehin borc kimi alınmış həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan şifahi borc müqaviləsi əsasında aldığı ümumilikdə 26.300 manat pulun ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 26.300 manat pulu iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 26.300 (iyirmi altı min üç yüz) manat pul alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 222.50 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26.300 (iyirmi altı min üç yüz) manat məbləğində pul və 222.50 (iki yüz iyirmi iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq X2 verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-710/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-710/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver