Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-716/2023 13.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən tarixdə Azərbaycan Respublikası Daşımmaz əmlakın Dövlət reyester xidmətində ********** qeydiyyat nömrəsi ilə qeydə aldıraraq ******* saylı çıxarış üzrə Qazax rayonunun İkinci Şıxlı kəndində 0,25 ha həyətyanı torpaq sahəsində yerləşən 107,3 kv.m ümumi sahəsi, yaşayış sahəsi 67.9 kv.m və yardımçı sahəsi 39,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evində olan Cavabdeh məxsus iki ədəd servant, bir ədəd güzgü, bir ədəd televizor altı, altı ədəd banel(güllü), dörd ədəd armudu stəkan, bir ədəd böyük qəndqabı, bir ədəd gül qabı( balaça), bir ədəd orta küzən(gül qabı), beş ədəd armudu nəlbəki, iki ədəd uzu qand qabı), Bir ədəd nahar desti (abedni servis), Altı ədəd qənd qabı, iki ədəd böyük meyvə qabı (sarı rəngdə), Bir ədəd kardirob, bir ədəd yataq dəsti, iki ədəd böyük dəvə, bir ədəd balaca palaz, iki ədəd balaca dəvə, bir ədəd uşaq çarpayısı, bir ədəd künc divanı, beş ədəd döşək, dörd ədəd yorğan, dörd ədəd böyük yastıq, beş ədəd balaca yastıq, bir ədəd uşaq kuklası, bir ədəd ütü stolu, bir ədəd jurnal stolu, bir ədəd ət çəkən maşın, bir ədəd tozsoran, bir ədəd böyük güldan, bir ədəd divar saatı, bir ədəd qaşıq dəsti, beş ədəd emalire edilmiş qazan, bir ədəd aşsüzən, bir ədəd sini, iki ədəd sadə meyvə qabı, beş ədəd pərdə, bir ədəd sadə adyal bir ədəd pakrival, beş ədəd dəmir qazan, Bir ədəd emalirə edilmiş ləyən, bir ədəd dolça, bir ədəd ət doğrayan, bir ədəd stol, kki ədəd çömçə qaşıq, bir ədəd kotlet çeviren, bir ədəd limon sıxan, iki ədəd köhnə qab, cəmi 46 adda məişətdə istifadə edilən cehiz əşyalarının çıxardılıb yaşayış sahəsinin azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-716/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-716/2023
13.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver