Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-728/2025 07.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 40/2023 saylı qətnaməsi ilə cavabdehdən hər ay hər uşağa görə 120 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin məbləğini dəyişərək Cavabdeh 03 may 2017-ci il təvəllüdlü X7, 09 mart 2019-cu il təvəllüdlü X6 və 09 iyul 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 246 manat, cəmi 738 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi və çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 05 noyabr 2020-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 03 may 2017-ci il təvəllüdlü X7, 09 mart 2019- cu il təvəllüdlü X6 və 09 iyul 2021-ci il təvəllüdlü X8 adlı üç övladı dünyaya gəlmişdir. Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 40/2023 saylı qətnaməsi ilə 03 may 2017-ci il təvəllüdlü X7, 09 mart 2019-cu il təvəllüdlü X6 və 09 iyul 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat, cəmi 360 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Halhazırda 03 may 2017-ci il təvəllüdlü X7 və 09 mart 2019-cu il təvəllüdlü X3 məktəb və hazırlıq xərcləri yetərincə artmış, 09 iyul 2021-ci il təvəllüdlü X2 olduğuna görə xüsusi diqqət tələb olunur və cavabdehin ödədiyi aliment pulu ilə uşaqların sağlamlıq, təhsil, məişət, qida və sair qayğılarını qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Ona görə də, Qazax rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli və 2(023)-40/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği indeksasiya üçün də yararlı deyildir. Çünki göstərilən alimentin miqdarı 120 manat 2023-cü ilin reallığına uyğun olamamış, sadəcə cavabdeh onu uşaqları ilə hədələdiyindən o göstərilən məbləğə razılaşmışdır. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyacları və tələbatları artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Hazırda onda olan məlumata görə cavabdehin yaxşı gəliri var, lakin aliment ödəməkdən qərəzli şəkildə boyun qaçırır. Cavabdehin imkanı olduğu halda onlara köməklik etmir, halbuki o onların övladılarıdır və ikisidə eyni məsuliyyət daşıyırlar. Dövlət də bunu nəzərə alaraq uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu dəyişmiş, alimentin məbləğini 2025-ci i| üçün 246 manat məbləğində müəyyən etmişdir. Atasının isə maddi imkanı olduğu halda heç bir köməklik və ya qayğı göstərmədiyindən məcbur qalıb alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, maddi imkanı çox aşağıdır. Hazırda heç bir yerdə işləmir. 2023-cü il tarixdən hazırki vaxtadək ailə və ya maddi vəziyyətində müsbət istiqamətdə dəyişiklik baş verməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-40/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 (Muradova) Bahar Şakir qızının himayəsində saxlanılmış və həmin uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat məbləğində aliment tutularaq Əfəndiyeva (Muradova) Bahar Şakir qızının xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər 05 noyabr 2020-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və birgə nikahdan 03 may 2017-ci il təvəllüdlü X7, 09 mart 2019-cu il təvəllüdlü X6 və 09 iyul 2021-ci il təvəllüdlü X8 adlı uşaqları andan olmuşdur. Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-40/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar iddiaçının yanında saxlanılmış və həmin uşalqarın saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimetn tutulmuşdur. İddiaçı hazırda 03 may 2017-ci il təvəllüdlü X7 və 09 mart 2019-cu il təvəllüdlü X3 məktəb və hazırlıq xərcləri yetərincə artmasını, 09 iyul 2021-ci il təvəllüdlü X2 olduğuna görə xüsusi diqqət tələb olunmasını və cavabdehin ödədiyi aliment pulu ilə uşaqların sağlamlıq, təhsil, məişət, qida və sair qayğılarını qətnamədə qeyd olunmuş aliment məbləğinin uşaqların tələbatının ödənilməsi üçün kifayət etməmsi ilə əsaslandırmışdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alimentin miqdarının müəyyən edilməsindən sonra, yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin mqdarının dəyişdirilməsinə əsas ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırkı mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olmadığını, uşaqlar böyüdüyündən xərclərinin artmasına əsaslanmaqla tələb edir. Lakin, iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşması və yüksək qazanc əldə etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Göründüyü kimi, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-40/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehin aylıq əmək haqqının və ya gəlirinin, həmçinin cavabdehin əmlak vəziyyətinin artması, dəyişməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-728/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-728/2025
07.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver