Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-735/2024 31.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1) Qiyməti 2660 (iki min altı yüz altımış) manata olan, 1 ədəd 585 əyyarlı çəkisi 35.5 qram olan mafyoz formal boyunbağının və 2) Qiyməti 840 (səkkiz yüz qırx) manata olan, 1 ədəd 585 əyyarlı çəkisi 11.2 qram olan mafyoz formal qolbağının, həmin qızıl-zinət əşyalarının özləri olmadıqda isə onların ümumu dəyəri olan 3400 (üç min dörd yüz) manat məbləğində pulun və 525 (beş yüz iyirimi beş) manat məbləğində faiz pulunun, ümumilikdə 3925 (üç min doqquz yüz iyirimi beş) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh X3 uzun müddətdir ki, tanıyır. Onun yaxın qonşusu olub. Onlar bir-birlərini etibarları yaranmışdır. Cavabdeh dəfələrlə mənim mağazama gəlib və məndən nisyə olaraq qızıl-zinət əşyalarını alıbdır. O, ona olan borclarını və ya nisyə aldıqları qızıl-zinət əşyalarının pulunu vaxtı-vaxtında ödəyirdı. Buna görədə onun cavabdehə hörməti və etibarı yaranmışdır. Cavabdeh X4 xx.xx.2020-ci il tarixində onun mağazazasına gəldi və ondan nisyə olaraq qızıl-zinət əşyaları almaq istədiyini bildirdi. Ona etibarı olduğuna görə ona nisyə olaraq qızıl-zinət əşyaları satmağa razılaşdı. Ona 1) 1 ədəd 585 əyyarlı çəkisi 35.5 qram olan mafyoz formal boyunbağını 2660 (iki mín altı yüz altımış) manata və 2) 1 ədəd 585 əyyarlı çəkisi 11.2 qram olan mafyoz formal qolbağını 840 (səkkiz yüz qırx) manata razılaşaraq satdı. Beləliklə mən ümumi dəyəri 3500 (üç min beş yüz) manat miqdarında qızıl-zinət əşyalarını cavabdehə 1 (bir) ay müddətinə nisyə olaraq satdı. Həmin vaxtı, biz öz aralarında borc müqaviləsi yazmış və müqavilənin doğruluğunu cavabdeh X4 və öz imzaları təsdiq etdilər. Bundan sonra cavabdeh X4 bir müddət borcunu tezliklə qaytaracağı barədə ona yalan vədlər verməklə onu inandırdı və təxminən 2021-ci ilin aprel ayında ona olan borcundan ümumilikdə 100 (bir yüz) manat məbləğində pul ödədi və yenidən onu inandırdı ki, tezliklə qalan borcunu ödəyəcəkdir. O da bu günə kimi ona inandı və həmin günlərdə başa düşdü ki, cavabdeh X4 onu aldadır və ona olan borcunu verməkdən yayınır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan, İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində, 058389 nömrəli vəsiqə verilmişdir. Belə ki, iş materiallarında olan borc müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixli Borc müqaviləsinə əsasən Ona 1) 1 ədəd 585 əyyarlı çəkisi 35.5 qram olan mafyoz formal boyunbağını 2660 (iki mín altı yüz altımış) manata və 2) 1 ədəd 585 əyyarlı çəkisi 11.2 qram olan mafyoz formal qolbağını 840 (səkkiz yüz qırx) manata razılaşaraq satdı. Beləliklə mən ümumu dəyəri 3500 (üç min beş yüz) manat miqdarında olan qızıl-zi nət əşyasını cavabdehə 1 ay müddətinə nisyə olaraq qaytarmaq şərti ilə borc müqaviləsinə əsasən götürmüşdür. 2021-ci ilin aprelində ayında ona ümumilikdə 100 manat məbləğində pul ödəmişdir. Həmin müqavilə Cavabdeh imzasıyla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh X2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yazılı formada bağlanan borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı cavabdehə xx.xx.2020-ci il tarixli Borc müqaviləsinə əsasən Ona 1) 1 ədəd 585 əyyarlı çəkisi 35.5 qram olan mafyoz formal boyunbağını 2660 (iki mín altı yüz altımış) manata və 2) 1 ədəd 585 əyyarlı çəkisi 11.2 qram olan mafyoz formal qolbağını 840 (səkkiz yüz qırx) manata razılaşaraq satdı. Beləliklə mən ümumi dəyəri 3500 (üç min beş yüz) manat miqdarında olan qızıl-zinət əşyasını cavabdehə 2 ay müddətinə nisyə olaraq qaytarmaq şərti ilə borc pul vermiş, bu ümumi 3500 manatdan məbləğdən 100 manat qaytarmış, qalıq 3400 manat və 525 manat faiz, ümumilikdə 3925 manat cavabdehin iddiaçıya borcu qalmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, qızıl-zinət əşyalarının ümumi dəyəri olan 3500 manat borcdan və 100 (bir yüz) manat qaytarmış, qalıq 3400 manat və 525 manat faiz, ümumilikdə 3925 manat məbləğində pul cavabdeh X1 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: Həmin qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobil AES- də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədər xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 xx.xx.2020-ci il tarixində bağlanmış borc müqaviləsinə əsasən qalıq 3400 manat və 525 manat faiz, ümumilikdə 3925 manat pul cavabdehdən tutularaq İddiaçı ödənilsin. X1 59,25 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-735/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-735/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver