Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-747/2024 17.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Nemət Əlimusa oğlu Musayev Qazax rayonu, Kosalar kəndində qeydiyytda olmaqla yaşayan Kreditor Ağdam Rayonu, Maqsudlu Ərazi Dairəsi, Maqsudlu Kəndində qeydiyyatda olmaqla Mingəçevir şəh, Heydər Əliyev pr.2, köçkün qəs, bina9, mənzil 27-də yaşayan Borclu qarşı aliment tələbinə dair ərizəsinə baxaraq müəyyən etdim: Kreditor məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu ilə ailə quraraq 30 avqust 2021-ci il tarixdə, 616 nömrə ilə Mingəçevir regional "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Bu nikahlarından 10 yanvar 2022-ci il tarixdə X2 və 10 fevral 2023-cü il tarixdə X3 doğulmuşdur. Borclu ilə Qazax rayon məhkəməsinin 02 aprel 2024cü il tarixli, 2(023)-425/2024 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Borclu stabil olaraq pensiyası vardır. Nikahlarının pozulması ilə əlaqədar olaraq cavabdehə mediasiya təklifi əsasında 25 yanvar 2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişik. Bununla bağlı mediator tərəfindən 25 yanvar 2024-cü il tarixdə müvafiq sənəd verilmişdir. Aralarında razılaşma yoxdur. Kreditor hesab edir ki, 2 uşağının saxlanması üçün Xaliddin Veyislinin qazancının 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 76.1 və 76.1.2-ci madddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur. Bu Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Göstərilən Məcəllənin 25-ci maddəsinə əsasən əmr icraatı qaydasında işlərə ümumi məhkəmələrdə baxılır. Göstərənlərə əsasən Kreditor tələbi üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. 01 yanvar 2002-ci ildən qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” 04 dekabr 2001ci il tarixli Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 20 (iyirmi) manat miqdarında dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilən qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumunu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də hazırkı iş üzrə cavabdeh Borclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-76, Mülki Prosessual Məcəlləsinin 275-282-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.2000-ci ildə anadan olmuş, Ağdam Rayonu, Maqsudlu Ərazi Dairəsi, Maqsudlu Kəndində qeydiyyatda olmaqla Mingəçevir şəh, Heydər Əliyev pr.2, köçkün qəs, bina 9, mənzil 27-də yaşayan Borclu 17 aprel 2024-cü ildən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulub 10 yanvar 2022-ci il tarixdə X2 və 10 fevral 2023-cü il tarixdə X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Kreditor verilsin. Borclu 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmənin sədri: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-747/2024
Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-747/2024
17.04.2024 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver