Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-787/2025 21.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın əvəzi qismində pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə mənzildə 87.4 kv.m ölçüdə olan 2 otaqlı mənzildə Cavabdeh tərəfindən keyfiyyətsiz aparılmış təmir işləri nəticəsində vurduğu ziyana görə və Cavabdeh tərəfindən həmin mənzildə təmir- bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materiallarının qiymətinin artması səbəbilə vurduğu ziyana görə cəmi 20933.7 (iyirmi min doqquz yüz otuz üç manat 7 qəpik) pul vəsaitinin və dövlət rüsumu hesabına ödədiyi 152 .80 manat pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmaını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ev təmiri ilə məşğul olan usta kimi tanımış və ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə mənzildə 87.4 kv.m ölçüdə olan 2 otaqlı mənzilin təmirini ona həvalə etmiş (həyat yoldaşı ilə birlikdə). Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca və keyfiyyətlə yerinə yetirməmişdir və həmin əməlinə görə, Cavabdeh barəsində cinayət işi qaldırılmışdır. Daha sonra isə, Cavabdeh həmin əməlinə görə bəraət verilmiş, o cümlədən ona, Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında iddia tələbi irəli sürmək izah edilmişdir.Belə ki, Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023- cü il tarixli, 1(039)-2/2023 nömrəli hökmü ilə Cavabdeh CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02(iki) il 6(altı ) ay müddətinə azadlıqdan məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 30 aprel 2021-ci il tarixdən 01 may 2021-ci il və 06 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021- ci il tarixədək həbsdə saxlandığı 04 günmüddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 il 5 ay 26 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh cəzasını ümumi regimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlində tutulduğu vaxtdan yəni, 29 noyabr 2022-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, mülki iddianın qismən təmin edilməsi, 15096 manat dəymiş ziyan, 500 manat vəkilin xidmət haqqı və 142 manat ödənilmiş dövlət mulki Cavabdeh tərəfindən mülki İddiaçı xeyrinə tutulması, Cavabdeh 200 (iki yüz ) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəzinə köçürülməsi hökm edilmişdir. Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli l(039)-2/2023 nömrəli hökmündən o və təqsirləndirilən şəx Cavabdeh, onun müdafiəçisi X3 tərəfindən apellyasiya şikayəti verilmiş və işə apellyasiya qaydasında Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının tərəfindən baxılmış və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(107)-112/2023 saylı hökmü ilə zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Cavabdeh və onun müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti şikayətləri təmin edilmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(039)-2/2023 nömrəli hökmü ləğv edilmiş, Cavabdeh əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona bəraət verilməsi, Cavabdeh barədə seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 63-cü maddələrinə əsasən , cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınmasının ona izah edilməsi, iş üzrə məhkəmə məsrəfi olan ümumilikdə 300 (üç yüz) manat ekspertiza xərcinin ödənilməsindən Cavabdeh azad edilməsi və həmin xərcin dövlət büdcəsinə aid edilməsi, zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs və mülki Cavabdeh qarşı Aşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 87.4 kvadratmetr olan iki otaqlı yaşayış evini təmir etmək məqsədilə aldığı 16770 manat, 500 manat vəkilə ödənilmiş xidmət haqqını və 242 manat ödənilmiş dövlət rüsumunun , ümumilikdə 17412 manat məbləğində pulun ona qaytarılması barədə mülki iddiasının baxılmamış saxlanılması və zərərçəkmiş şəxs İddiaçı dəymiş zərərin mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun izah edilməsinə dair hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli l(102)-640/2024 saylı Qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. O hazırkı iddia ərizəsin, Cavabdeh Azərbaycan Respublikası CM -nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi təkrar məhkəmə - komisyon ekspertizasının təyin edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli l(107)-112/2023 saylı Qərarını və həmin qərar əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2023- cü il tarixli 10/4650 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiq olunan mənzildə keyfiyyətsiz aparılmış təmir işləri nəticəsində otaqların divarlarına və tavanına vurulmuş şpaklyovka qatı tam hamarlanmamış, 4 saylı otağın tavanına vurulmuş alçıpanın kənarlar hissəsinin bəzi yerdə boşluq olduğu, pəncərənin altı qısa kəsilmiş, latinat keyfiyyətsiz vurulmuş, yer üst səhtinin beton məhlulu ilə düz hamarlanmamış, metlağın künc aaları düzgün qoyulmamış, sanitar qovşağının qarşısında hörülmüş divar düz hörülmədiyi müəyyən olunmuşdur. Eyni zamanda qərardadda göstərilən tarixə aparılmalı təmir - bərpa işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 4844,5 (dörd min səkkiı yüz qırx dörd man 5 qəp) məbləğində olduğu müəyyən edilir. 19 avqust 2020-ci il tarixə olan zərərçəkmiş şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə mənzildə 87.4 kv. ölçüdə olan 2 otaqlı suvaq vurulmuş mənzildə təqsirləndirilən şəxs İsmayılov Eln İsmayıl oğlu tərəfindən təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materiallarının qiyməti təqribən 10/15 % qalxmış və bunun nəticəsində zərərçəkmiş şəxs İddiaçı hazırkı bazar qiymətlərinə uyğun olaraq dəymiş ziyan təqribən 16089.2 manat məbləğində müəyyən olunur. Göründüyü kimi, qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş hallarından görünür ki, ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə mənzildə 87.4 kv.m ölçüdə olan 2 otaqlı mənzildə Cavabdeh tərəfindən keyfiyyətsiz aparılmış təmir işləri nəticəsində 4844,5 manat məbləğində maddi ziyan vurduğu müəyyən edilmişdir. Bardan başqa, ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ənzildə 87.4 kv.m ölçüdə olan 2 otaqlı suvaq vurulmuş mənzildə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materiallarının qiyməti təqribən 10/15 % qalxmış və bunun nəticəsində hazırkı bazar qiymətlərinə uyğun olaraq dəymiş ziyan təqribən 16089.2 manat məbləğində müəyyən edilmişdir. Ümumilikdə, Cavabdeh tərəfindən ona 20933.7 manat maddi ziyan dəymiş və hazırkı iddia tələbi üzrə məhkəmə məsrəfi 152.80 manat edir. O Cavabdeh 20 933.7 (iyirmi min zzzquz yüz otuz üç) manat ona vurduğu maddi ziyan məbləğini (4844,5+15259.2 = 20933.7) və hazırkı məhkəmə məsrəfi olan 152.80 manat dövlət rüsumu məbləğini tələb edir. İddiaçı dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə mənzildə ölçüdə olan 2 otaqlı mənzildə Cavabdeh dəfindən mülki hüquq pozuntusu nəticəsində ona vurduğu ziyana görə, yəni Cavabdeh tərəfindən həmin mənzildə təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materiallarının qiymətinin artması səbəbilə ona vurduğu ziyana görə 16089.2 (on altı min səksən doqquz man 2 qəp) manat pul vəsaitinin və Cavabdeh tərəfindən təmir-bərpa işlərinin keyfiyyətsiz görülməsi nəticəsində ona vurduğu ziyana görə 4844,5 ( dörd min səkkiz yüz qırx dörd man 5 qəpik) manat pul vəsaitinin, ümumilikdə Cavabdeh 20933.7 (iyirmi min doqquz yüz otuz üç manat 7 qəpik) pul vəsaitinin və dövlət rüsumu hesabına ödədiyim 152.80 ( bir yüz əlli iki manat 80 qəpik) pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2019-cu ildə ev tiktirmək üçün Şirkətə 18000 manat pul vermiş, ondan 500 manatı evə təmir üçün icazəyə ödəmişlər. Sonradan ərinin tanışı Elnur adlı şəxs onlara evlərini 17000 manat pula təmir edəcəyini bildirmişdir. Sonradan onlar şirkətə verdikləri 5000 manat pulu alıb Elnura vermişlər. Daha sonra iddia ərizəsində qeyd etdiyi kimi Elnura pul ödəyirdi evi təmir etmək üçün, lakin Elnur öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən barəsində cinayət iş açılmış və məhkəmə araşdırılmaları nəticəsində ona dəymiş ziyan müəyyən olunmuşdur. Odur ki, iddia ərizəsində qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, cinayət işinin materiallarında ekspertiza rəylərinə istinad etmiş və onlarala iddianı əsaslandırmışdır. Odur ki, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi Nümayəndə bildirdi ki, iddia tələbini qəbul etmir. İş üzrə cinayət araşdırılamsı zamanı aparılan ekspertiza rəylərini qəbul etmir. Etiraz ərizələrini müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, prosses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-112/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona bəraət verilmişdir. Zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs və mülki Cavabdeh qarşı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 87.4 kvadratmetr olan iki otaqlı yaşayış evini təmir etmək məqsədilə aldığı 16770 manat, 500 manat vəkilə ödənilmiş xidmət haqqını və 142 manat ödənilmiş dövlət rüsumunun ümumilikdə 17412 manat məbləğində pulun ona qaytarılması barədə mülki iddiasıbaxılmamış saxlanılmış və zərərçəkmiş şəxs İddiaçı dəymiş zərərin mülki mühakimə qaydasında tələb etmək hüququ izah edilmişdir. İş materiallarında olan Məhkəmə ekspertiza mərkəzinin 10/4650 saylı, xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, mənzilində aparılmış təmir işlərinə çəkilmiş ümumi xərci 2021 -ci ilin yanvar ayınadək və 2021-ci ilin yanvar ayından sonrakı tarixlərə 7313,0 manat təşkil etdiyi müəyyən olur, aparılmalı təmir-bərpa işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 4844,5 manat məbləğində olduğu müyyən edilir və 19 avqust 2020ci il tarixdə olan zərərçəkmiş şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 87.4 kvadratmetr olan iki otaqlı suvaq vurulmuş mənzildə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materialların qiyməti təqribə 10/15% qalxmış və bunun nəticəsində zərərçəkmiş şəxs İddiaçı hazırki bazar qiymətlərinə uyğun olaraq dəymiş ziyan dəyəri təqribən 16089.2 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli l(102)-640/2024 saylı Qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 17 yanvar 2023- cü il tarixli, 1(039)-2/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh CM-nin178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02(iki) il 6(altı ) ay müddətinə azadlıqdan məhkum edilməsi, CMnin 69.3-cü maddəsinə əsasən Cavabdeh 30 aprel 2021- ci il tarixdən 01 may 2021- ci il və 06 noyabr 2021-ci il tarixdən 07 noyabr 2021- ci il tarixədək həbsdə saxlandığı 04 günmüddət ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 il 5 ay 26 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, mülki iddianın qismən təmin edilməsi, 15096 manat dəymiş ziyan, 500 manat vəkilin xidmət haqqı və 142 manat ödənilmiş dövlət mulki Cavabdeh tərəfindən mülki İddiaçı xeyrinə tutulması, Cavabdeh 200 manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məhkəzinə köçürülməsi hökm edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsində göstərilmişdir ki, Evin təmiri üçün almış olduğu pullar yəni 18833 manat pulu İddiaçı qalığını verməmiş və bunula bağlı polisı şikayət etmişlər. Bununla əlaqədar istintaq zamanı araşdırılam aparılmış və şahid ifadələri verilmişdir. Etiraz ərizəsində qeyd etdiklərini nəzərə alınaraq İddiaçı pul tələbi barəsində iddiasının rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli iddiaçının vəkili Vəkil ərizəsindən ünvanlayaraq göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(107)-112/2023 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmasa belə , işin mübahisə edilməyən halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh 16770 manat pul vəsaiti vermiş və həmin məbləğin 7313.0 manatı təmir işlərinə xərclənmişdir. Yerdə qalan məbləğin hansı məqsədlərə sərf edilməsi ilə Cavabdeh heç bir xüsusat təqdim etməmişdir. İddia tələbinə qarşı cavabdehin nümayəndəsi qarışıq - dolaşıq ifadələrlə söz yığını yaratmış, əslində fikir çaşqınlığı yaratmaq niyyəti ilə heç bir hüquqi əsası olmayan etiraz tərtib edərək məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş etiraz tamamilə əsassız olmasını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli iddiaçının vəkili Vəkil vəsatətində göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, o cümlədən işin mübahisə edilməyən halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh 16770 manat pul vəsaiti vermişdir. O cümlədən dövlət ittihamçısı və cinayət işi üzrə zərərçəkmiş şəxs hesab edilmiş İddiaçı da əldə edilmiş rəylə razılaşmışdır ki, mənzildə aparılmış təmir işlərinə 7313.0 manat xərclənmişdir. Belə olan halda, Cavabdeh əldə etdiyi 16770 manatın yalnız 7313.0 manat hissəsini mənzilin təmirinə xərclədiyi ,9457 manat vəsaiti isə heç bir işə sərf etmədən mənimsədiyi aşkardır. Qeyd edilən hallar, iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli 1(107)-112/2023 saylı hökmünün 14 -cü səhifəsinin 4-cü abzasının sonunda işarələnmiş ştrixlə və 20-ci səhifənin 5-ci və 6cı abzaslarında qeyd edilmişdir. Bundan başqa, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli 1(107)-112/2023 saylı hökmünün 18- ci səhifəsinin sonuncu və 19cu səhifəsinin birinci abzaslarında qeyd edilmişdir : məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması səbəbi ilə sonunciya (Cavabdeh nəzərdə tutulur) bəraət verildiyindən mülki iddiaya baxılaraq qiymət verilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması, bu səbəbdən mülki iddianın baxılmamış saxlanılması zərərçəkmiş şəxs İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğun mülki mühakimə icraatı qaydasında iddia verərək zərərin ödənilməsini tələb etmək hüququndan məhrum etməməsi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsində göstərilmişdir ki, İddiaçıı iddiasında vəkilə bərabər Elnurun heç bir iş görmədiyini qeyd edir, qanunsuz olaraq böhtan ataraq və yalan danışır tuturur. İkinci ekspertiza vaxdı ekspert Ruslan Əlizadənin təkidiilə ekspert rəyi təyin olunur yararsız olması yazılmışdır. Bu Elnuru tutdurmaq üçündür.Apeliyasiya məhkəməsində hər şey açıldı Elnur azadlığa çıxarılmışdır. Yevlax rayon məhkəməsinin qərarı ləğv edilmişdir.Apellasiya məhkəməsində hələdə iddiaçının vəkillə bərabər adı qeyd olunur. İki hökümü bir adam üçündür (yəni Elnura) Məmmədov Könül mülkü iddiada ekspertizanın üçüncü sualına cavab istəyir. Apeliasiya məhkəməsində 3 və 4 suallara cavabı Ədliyyə Nazirliyindən üçüncüsü ekspertizanı edən (yararsız) İsa Eyvazov bütün görülən işlər yararsız deyildir. İddiaçı Apelasiyada edilən ekspertizanı ona əks tərəf gəlməyib sənəd göstərilmiuş və ona demişlər ki, vəkil İddiaçı etirazına mənfi cavab verib. Məhkəmə gedişatında ancaq ekspertizadan danışılır, həmin ekspertizaya ancaq ehtiraz etmək lazımdır. Qanunla Apellasiya məhkəməsində verilən sənədlərdən istifadə etmək lazımdır, O danışmır 5-ci suala cavab olaraq qeyd etmək istəyir tikinti materiallarının hal-hazırda qiymətinin bazar qiymətində qalxması ilə pul tələbinə ,bu sualın Cavabdeh dəxli yoxdur. Cavabdeh Sumqayıtda (mülkü)iddia qaldırıb 2700 manat alması ilə əlaqədar İddiaçı və əri Ülfətin təkidi ilə rəd cavabı alıb ifadəsində Elnura material almaq üçün 4000 manat, 2740 manat qəbzlə xx.xx.2000-ci il, xx.xx.2000-ci il 816 manat qəbzlə material alıb ( fəhlələrin pulunda başqa) sənəd sizə göndərilib beləliklə Elnurun ona ziyan vurduğunu qeyd edir, əksinə İddiaçı Elnura ziyan vurub belə ki, özlərinin iştirakı ilə (Ülfət) otaq iki otaqdan,üç otağa keçib mətbəx balkona çıxıb hamam ayaqyolunun yeri dəyişdirilib. Elnurun Apellasiya məhkəməsində fəhlələr dəvət olunub üç fəhlə Elnur cəmi İddiaçı 15300 pul alıb lakin fəhlələrin (filəşqada) Elnurun xətrinə çoxlu iş görüb. Apellasiya məhkəməsinin hökümündə iş materialında olan məhkəmə iclasında tətbiq edilən məhkəmə iclasında tətbiq edilən məhkəmə ekspertizası xidmətləri MMC tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli xx.xx.2022 Nömrəli rəydə göstərilir ki, Abşeron rayonu Masazır qəsəbəsində Mil MTK tərəfindən inşa edilən 15 mərtəbəli yaşayış binasının 1B balkonun 13-cü mərtəbəsində yerləşən 92 saylı mənzilin təmir tikinti işlərində çəkilmiş xərcin məbləği 16883.3 manat 30 qəpik təşkil edir. Ekspertiza xərcləri hökümündə dövlət tərəfindən ödənilir həmin ekspertiza evin təmirinin görüntülü videosu məhkəməyə göndərmişdir .Elnurun fəhlələrin danışığına hətta artıqlaması ilə Elnurun xətrinə iş görüldüyünə görə həmin 16883.3-dan istifadə olunmuş Apellasiya məhkəməsində həmin ekspertiza rəyinin götrülməsi hakimlərin səlahiyyətinə aiddir. Əlavə olaraq qeyd edir ki, Ədliyyə Nazirliyyi ekspertizaları ziddiyyət təşkil edir ekspertiza olunan zaman Elnur tərəfindən heç bir nümayəndə dəvət olunmayıb. Ekspertiza bir tərəfli aparılıb ev sahibinin maraqlarına uyğundur.Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsində göstərilmişdir ki, Cavabdeh ifadəsində qeyd edir ki, İddiaçı 14034 manat evin təmirinə almış, onun evinə xərcləmişdir. Ümumilikdə isə 15300 manat pul almış, fəhlələrin pullarını İddiaçı vermədiyi üçün fəhlələrə vermişdir.Məmmədov Ülfətdən 2700 manat pulu vermədiyi üçün Suumqayıt məhkəməsində mülki iddia qaldırmışdır, lakin təmin olunmamış, rədd cavabı almışdır. Sumqayıt Məhkəməsinə qəbzlər var, materialar aldığı ev sahibi ilə birlikdə xx.xx.2025-ci ildə 2740 manat zəbzlə xx.xx.2025-ci 816 manat təşkil edir. İddiaçı istintaq zamanı verdiyi ifadədə şahid əri Ülfətlə bərabər 4000 manat materiala pul verib özünün iştirakı ilə material alıb evinə yışmışdır. Ümumilikdə 7556 manat edir. İddiaçı evinin təmirində üç fəhlə işləmişdir. Qasım fəhlə 1800 manata pul aldığını deyir Ülfət istədiyi pulun 200 manatını verməyib bundan, əlavə işlər görmüşdür Elnurun xətrinə. İbrahim 1650 manat pul almışdır, əlavə Elnurun xətrinə işklər görmüşdür. Semur fəhlə 3400 manat pul vermiş Elnurun xətrinə görülən işlərin pulundan başqa. Beləliklə İddiaçı evinə artıqlaması ilə aldığı puldan iş görüb. Ona görə də, apellyasiya məhkəməsində höküm verilən zaman İddiaçı üçüncü ekspertizadan iddia qaldırılması üçüdə ziddiyət təşkil etdiyi üçün, Şəki apellyasiya hakimləri həmin ekspertizaları nəzərə alınmayıb hətta ekspertizaların pulunu hökümdə dövlət tərəfindən ödənilməsi hökm verilmişdir. Cavabdeh etdirdiyi evin görüntülü ekspertiza rəyini 16883 əsas tutuaraq höküm vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsində göstərilmişdir ki, 3-cü ekspertiza (vəkil) Əliyev Mahir vəsatəti Ədliyyə Nazirliyində ekspertiza olunmuşdur 7313 manat.b Hakimlər İddiaçı vəkili Sevda ilə razılaşmışdır. Cavabdeh vəkili Mahir Əliyev razılaşmamış və o təqdim etdiyi ekspertiza rəyində çoxlu işlər görüldüyünü demişdir. Həmin ekspertiza da evin təmiri görüntülərində video çəklişi var və 16883.3 manat və vəkil Mahir Əliyevin ekspertizası görülmüşdür, fleşqada evin video görüntülü təmiri ilə bərabər İddiaçı adı hallanır, fəhlələrin İddiaçı narazılıqları və evin 3 otaqlı olduğu deyildir. Bu 2-ci ekspertizada var hansı ki, Ədliyyə Nazirliyinin ekspertizası X6 Mahirin xahişi ilə çağırılıb məhkəməyə. X4 suallaracavab verərək iddiada İddiaçı 3-4-5 suallarına cavab vermişdir. Apellyasiya məhkəməsində suallara cavab verib görülən işlər lakin yararsız deyil. Apellyasiya Məhkəməsinin hökmündə qeyd olumuş ki, Zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs və mülki Cavabdeh qarşı mülki Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 87.4 kvadratmetr olan iki otaqlı yaşayış evini təmir etmək məqsədilə aldığı 16770 manat, 500 manat vəkilə ödənilmiş xidmət haqqını və 142 manat ödənilmiş dövlət rüsumunun ümumilikdə 17412 manat məbləğində pulun ona qaytarılması barədə mülki iddiası baxılmamış saxlanılmış və zərərçəkmiş şəxs İddiaçı dəymiş zərərin mülki mühakimə qaydasında tələb etmək hüququ izah edilsin. Ədliyyə Nazirliyinin ekspertiza xidməti 300 manat dövlət fondundan ödənilsin. Beləliklə bu hökümdə yararsız sözü yoxdur. Yevlax Rayon Məhkəməsinin hökmü ləğv edilmişdir. Amma İddiaçı iddiasında qeyd etmiş ki, “göründüyü kimi, qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş hallarından görünür ki, ona məxsus olan Cavabdeh tərəfindən keyfiyyətsiz təmir işlərinə görə 4844,50 qəpik məbləğində maddi ziyan vermişdir. Bundan başqa Elnur İsmaylov tərəfindən təmirbərpa işləri gecikdirilməsi nəticəsində tikinti materiallarını təqribən 10/15% qalxmış və bunun nətı̇ cəsı̇ ndə hazırki qiymətə uyğun olaraq dəymiş ziyan təqribən 16089,2 manat. Şəki Apellyasiya Məhkəməsində xx.xx.2023-cü il tarixli hökmündə bunlar yoxdur. İddiaçı 178.2.4 dələdüzluqdan şikayət etmişdir. Könüldən 15300 manat ümumilikdə təmirinə alıb İddiaçı evinə artıqlaması ilə iş görüb öz iştirakı ilə İddiaçı razılığı olmadan bir material almayıb buna sübut ifadəsində 4000 manat pul verib 19 avqusst 2020-ci ildə. Sumqayıt mülki iş Apellyasiyada Elnur materialı alıb xx.xx.2020-ci ildə zəbzlə 2740 manat xx.xx.2020-ci tarixində 816 manat materiallara pul vermişdir. Ümumilikdə Könülün evinə Elnur 7556 manat ancaq materiallara pul verimişdir. Fəhlələrin pulunu Qazsım 1800 manat 200 manatını verməyib, artıqlaması ilə Elnurun xətrinə iş görmüşdür. İbrahim 1650 manat pul almış, Semur 3400 manat pul almış Elnurun xətrinə artıqlaması ilə iş görüb. Heç bir iş gecikdirilməmişdir. Bütün hallarda İddiaçı 20933 manatiddiasında Elnurdan pul tələb edir. Apellyasiya Məhkəməsini hökmü Ali Məhkəmədə dəyişdirilmədən saxlanılmışdır.Odur ki, iddiaya etiraz edir və iddianın rədd edilməsini xahiş etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İsmayılov X1 Könül Rza qızına məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə mənzildə 87.4 kv.m ölçüdə olan 2 otaqlı mənzili təmir etmək öhdəlik götürmüşdür. Lakin Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, mülki işin materiallarında görünür ki, Cavabdeh barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında cinayət işi olmuş və məhkəmə prosessi zamanı iş üzrə tikinti-texniki ekspertiza təyin edilmişdir. Həmi cinayət işi üzrə də təyin edilmiş ekspertiza nəticəsində 10/4650 saylı, xx.xx.2023-cü il tarixli ekspertiza rəyi verilmişdir. Həmin rəydən də müəyyən olunur ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən təzə mənzildə 87.4 kv.m ölçüdə olan 2 otaqlı mənzilində aparılmış təmir işlərinə çəkilmiş 7313 manat təşkil etdiyi müəyyən olunmuşdur. Tədqiq olunan mənzildə keyfiyyətsiz aparılmış təmir işləri nəticəsində otaqların divarlarına və tavanına vurulmuş şpaklyovka qatı tam hamarlanmamış, 4 saylı otağın tavanına vurulmuş alcipanın kənarları hissəsinin bəzi yerdə boşluq olduğu, pəncərənin altı qısa kəsilmiş, laminat keyfiyyətsiz vurulmuş, yer üst setinin beton məhullu ilə düz hamarlanmamış, metlağın künç araları düzgün qoyulmamış, sanitar qovşağının qarşısında hörülmüş divar düz hörülmədiyi müəyyən olunmuşdur.Eyni zamanda aparılmalı təmir-bərpa işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 4844,5 manat məbləğində olduğu müyyən edilir və 19 avqust 2020-ci il tarixdə olan zərərçəkmiş şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən ümumi sahəsi 87.4 kvadratmetr olan iki otaqlı suvaq vurulmuş mənzildə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində, tikinti materialların qiyməti təqribə 10/15% qalxmış və bunun nəticəsində zərərçəkmiş şəxs İddiaçı hazırki bazar qiymətlərinə uyğun olaraq dəymiş ziyan dəyəri təqribən 16089.2 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı ona məxsus mənzildə işlərin keyfiyyətsiz aparması nəticəsində 4844,50 manat, həmçinin təmir bərpa işlərinin gecikdirilməsi nəticəsində 16089.2 manat məbləğində ziyan dəymişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsi yerləşən 87.4 kvadrat metr ölçüdə olan 2 otaqlı mənzilinin təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə 16089.20 manat, təmir-bərpa işlərinin keyfiyyətsiz görülməsi nəticəsində vurulmuş ziyana görə 4844,50 manat olmaqla, ümumilikdə 20933.70 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 152,80 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsi yerləşən 87.4 kvadrat metr ölçüdə olan 2 otaqlı mənzilinin təmir-bərpa işlərinin gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə 16089.20 manat, təmir-bərpa işlərinin keyfiyyətsiz görülməsi nəticəsində vurulmuş ziyana görə 4844,50 manat olmaqla, ümumilikdə 20933.70 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 152,80 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-787/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-787/2025
21.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver