Məhkəmə qərarları › İş №2(023)-80/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-80/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-80/2023 02.02.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İş№2(023)-80/2023 Qətnamə Qazax Rayon Məhkəməsi Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh və onun vəkili X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı xırda buynuzlu heyvanların və ya onların dəyərinin cavabdehdən tutulması tələbinə dair ilk iddia ərizəsinə qarşı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaya dair mülki işə 02 fevral 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 baş qoyun və 90 baş quzudan ibarət xırda buynuzlu heyvanların və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 22.650,0 (iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitlərinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə mütaciət edərək, İddiaçı 4.500 (dörd min beş yüz) manat çoban haqqının və maddi zərərə görə 500 (beş yüz) manat pulun, cəmi 5.000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməyərək bildirmişdir ki, 2021-ci ilin iyun ayında İddiaçıla Cavabdeh arasında əldə olunmuş şifahi razılışmaya əsasən cavabdeh iddiaçıya məxsus 252 baş xırda buynuzlu heyvanları Ceyrançöl qış otlaq sahəsində saxlamaq üçün iddiaçıdan təhvil alaraq, həmin heyvanlara qulluq edəcəyi, heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhdəlik götürmüşdür. Bunun müqabilində cavabdehə hər ay 500 manat zəhmət haqqı ödəmək öhdəliyi isə iddiaçının üzərinə düşmüşdür. İddiaçı da həmin öhdəliyi tam icra edərək, cavabdehin haqqını tam ödəmişdir. Eyni zamanda belə razılığa gəlmişlər ki, cavabdeh iddiaçıdan təhvil aldığı heyvanları saxlamaq üçün Ceyrançöl qış otlaq sahəsində icarəyə götürdüyü fermaya görə icarə haqqı olaraq iddiaçıdan 4.000 (dörd min) manat pul almışdır. Həmin heyvanların 190 başı boğaz vəziyyətində olmaqla, onların hər biri yaxın vaxt ərzində bala verməli olmuşdur. Cavabdeh eyni zamanda həmin boğaz olan heyvanların bala verəcəyi quzulara da qulluq edəcəyi, onların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə də öhdəlik götürmüşdür. Təxminən 2022-ci ilin mart ayında iddiaçı cavabdehə verdiyi heyvanlardan 4 baş qoyun və 6 baş quzunu götürüb evə aparmışdır. Bundan əlavə iddiaçının razılığına əsasən cavabdeh həmin heyvanlardan 15 baş quzunu 2.750 (iki min yeddi yüz əlli) manat pula sataraq, həmin pulları zəhmət haqqı əvəzinə götürmüşdür. 2022-ci ilin iyun ayında iddiaçı Ceyrançöl qış otlaq sahəsinə gedərək, heyvanları yoxlayarkən ona məlum olmuşdur ki, cavabdehdə cəmi 232 baş qoyun və 85 baş quzu qalmışdır. Halbuki, cavabdehdə iddiaçıya məxsus 248 baş qoyun və 190 baş quzu qalmalı idi. İddiaçı əskik olan (çatışmayan) 16 baş qoyunun və 90 baş quzunun aqibətini soruşduqda cavabdeh həmin heyvanların tələf olduğunu bildirmişdir. Halbuki, cavabdeh iddiaçıya məxsus bütün heyvanların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə iddiaçının qarşısında öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdeh həmin öhdəliyi yerinə yetirməmişdir. Hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlnamış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat və tapşırıq müqavilələrini, habelə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Cavabdeh Ağstafa rayon Polis şöbəsində izahat verərkən, iddiaçıya məxsus xırda buynuzlu heyvanların ondan təhvil aldığını etiraf etmişdir. Odur ki, ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, X6 2021-ci ilin oktyabr ayının 5 də ona zəng edib görüşmək istədiyini bildirmişdir. O da, Qazax şəhərində N.Nərimanov qəsəbəsində dostu Vüqarla birlikdə onunla cayxanada görüşmüşdür. İddiaçı görüş zamanı 250 baş xırda buynuzlu heyvanlarının və 34 baş keçisinin olduğunu bildirib, onu saxlamağa çətinlik çəkdiyini və onları saxlamaqda ona köməklik etməsini ondan xahiş etmişdir. Aralarındakı razılaşmaya əsasən o, heyvanları saxlamaq üçün İddiaçı ona 4000 manat icarə haqqı və hər ay heyvanları otarmaq üçün, çoban haqqı olaraq 500 manat pul ödəməli olmuşdur. Eyni zamanda, verdiyi heyvanların qış ayları üçün otunu, yemini və dərmanını verməyi öz üzərinə götürmüşdür. İddiaçı noyabr ayının axırlarınadək onunla əlaqə saxlamamışdır. İddiaçı noyabr ayının axırlarında fermaya gəlib ona 300 manat pul vermişdir. İddiaçı onunla heç bir əlaqə saxlamamış və telefon zənglərinə heç bir cavab verməmişdir. Dəfələrlə İddiaçı heyvanlara yem, dərman alması barədə məlumat vermişdir. H.Heydərovun anası ona 1300 manat pul vermişdir. Bundan sonra İddiaçı 2022-ci ilin yanvar ayının axırlarında fetmaya 80 ədəd saman bağı və 12 kisə arpa göndərmişdir. 2021-ci ilin mart ayının əvəllərində Ceyrançöl qış otlaq sanəsində hava şəraiti kəskin dəyişmiş və mart ayının əvəllərində güclü qar yağmışdır. Ona görə də o, heyvanları 10 gündən artıq tövlədə saxlamaq məcburiyyətində qalmışdır. Heyvanlara vermək üçün ot və yem olmadığından heyvanlar quzu salmış və quzular ölmüşdür. 2022-ci ilin may ayının əvəllərində İddiaçı razılığı ilə, İddiaçı məxsus 15 baş quzunu İddiaçı qohumunun iştiraki ilə satıb 2750 manat pul əldə edərək, icarə haqqını ödəmişdir. İddiaçı tərəfidən ona cəmi 4050 manat pul ödənilmişdir. İddiaçı ona cəmi 232 baş qoyun, toğlu, erkək və verdiyi sayda keçi təhfil vermişdir. Həmin heyvanlardan 121 baş quzu təhfil vermişdir. İddiaçı özü fermadan 4 baş qoyun, qoç, xəstə qoyunu və 6 baş faraş quzunu satmaq üçün aparmışdır. İddiaçının quzularının 30 başı ölmüş, 10 baş qoyun quzu salmış, 5 baş qoyun isə qısır qalmışdır. İddiaçının 16 baş deyil, 14 baş qoyunu xəstəlikdən və açından ölmüş, 4 baş qoyunu özü aparmışdır. 174 doğar qoyundan isə 121 baş quzu iddiaçıya təhvil verilmişdir. 6 baş faraş quzunu isə o, iddiaçı satmağa aparmışdır. O cavabdehdən onun heyvanlarını təhvil alanda heyvanlardan 195 başı doğar olmuşdur. 195 baş doğar qoyundan 160 baş quzu doğulmuşdur. İddiaçı çoban haqqı olan 4500 manat pulu bu günkü günədək ödəməmişdir. Öz heyvnları üçün qış yem tədarükünü göndərməmiş və heyvanlar üçün heç bir dərman almadğından 15 baş qoyun və 40-50 baş quzu ölmüşdür. Odur ki, ilk iddianın rədd qarşılıqlı iddiann təmin olunmasını xahiş edir. Suallara cavab olaraq bildirmişdir ki, İddiaçı 15 baş quzunu sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman almışdır. Ağstafa RPŞ-nin TB-də araşdırma aparılan zaman İddiaçı ona zəhmət haqqı hesabına 2.200 manat borcunun olduğunu bildirsə də, hazırda hesab edir ki, həmin borcun məbləği 4000 manatdır Məhkəmə iclasında Cavabdeh vəkili X9 ilk iddianı qəbul etməmiş və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X1 izahat verərək bildirmişdir ki, Cavabdeh onun dostudur. İddiaçı isə hazırkı iddia tələbi ilə bağlı tanıyır. O, Samirlə birlikdə Hafizlə heyvanların saxlanılması ilə bağlı görüşməyə getmişdir. Qazax şəhərində N.Nərimanov qəsəbəsində çayxanada Hafizlə görüşərək öz aralarında söhbət etmişdir. Aralarında olan razılaşmaya əsasən Hafizin saxlamaq üçün Samirə təxminən 300-ə yaxın xırda buynuzlu heyvanları verəcəyini, bunun əvəzində isə Hafiz Samirə ayda 500 manat zəhmət haqqı ödəyəcəyini eşitmişdir. Sonradan eşitmişdir ki, həmin heyvanlardan xeyli sayda ölənləri olmuşdur. Lakin, ölən heyvanların sayını dəqiq bilməmişdir. İşdə olan, Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X2 qəbul etdiyi 15 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Ağstafa RPŞ-yə vermiş olduğu Cavabdeh barəsində olan şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı müraciətində qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qazax X13 Mərkəzinin verdiyi 11 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 baş boğaz vəziyyətdə olan xırda buynuzlu heyvan (qoyun) 8 ay ərzində 1 baş və ya ekiz doğarsa 2 baş bala verə bilər. Hal-hazırda bazarda xırda buynuzlu heyvanın ətinin 1 kiloqramı 14 manat civarında olmaqla bir baş quzu təxminən 200-250 manat, qoyun isə yaşından aslı olaraq, 2-3 yaşlı qoyunu 150-200 manata, 5-6 yaşlı qoyunu isə 100-150 manata almaq olar. İşdə olan, Qazax rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, MTT(023)- 47/2022 saylı müvəqqəti təminat tədbiri haqqında qərardadın surətindən görünür ki, həmin qərardada əsasən İddiaçı ərizəsi təmin edilərək, Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaq sahəsindəki Cavabdeh istifadəsində olan fermada saxlanılan, Cavabdeh məxsus xırda buynuzlu heyvanların siyahıya alınmaqla, həmin heyvanların üzərinə həbs qoyulması və siyahıya alınmış heyvanlar üzərində müəyyən hərəkətləri etməyi Cavabdeh və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. İşdə olan, Qazax rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Qazax rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, MTT(023)-47/2022 saylı müvəqqəti təminat tədbiri haqqında qərardadının icrası ilə bağlı Ceyrançöl qış otlaq sahəsindəki Cavabdeh istifadəsində olan fermada saxlanılan, Cavabdeh məxsus 150 baş xırda buynuzlu heyvanlar siyahıya alınmaqla, həmin heyvanların üzərinə həbs qoyulmuş və siyahıya alınmış heyvanlar üzərində müəyyən hərəkətləri etməyi Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir. Məhkəmə ilk və qarşılıqlı iddianı müzakirə edərək belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlnamış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat və tapşırıq müqavilələrini, habelə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Məhkəmə ilk iddia tələbinə hüquqi qiymət verərək belə hesab edir ki, ilk iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 15 baş qoyun və 65 baş quzudan ibarət xırda buynuzlu heyvanlar və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 16.875 (on altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitləri alınaraq İddiaçı verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, hazırkı iş üzrə tərəflər arasında şifahi formada podrat və tapşırıq müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Hafiz Heydərova məxsus 251 baş xırda buynuzlu heyvanları sonuncudan təhvil alaraq, həmin heyvanların və bu heyvanlardan boğaz olan qoyunların doğacağı quzuların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə öhdəlik götürmüş olsa da, o, həmin öhdəlikləri lazımınca yerinə yetirməməsi nəticəsində H.Heydərova zərər vurulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı Cavabdeh Hafiz Heydərovdan təhvil aldığı 251 baş xırda buynuzlu heyvanların içərisində boğaz olan qoyunların cəmi 160 baş quzu doğduğunu, həmin heyvanlardan 15 baş qoyun və 50 baş quzu tələf olduğunu, 15 baş quzunu isə sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman aldığını bildirmişdir. Məhkəmə, mülki işdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qazax X13 Mərkəzinin verdiyi 11 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq belə qənaətə gəlir ki, bir baş quzunun hazırkı bazar qiymətinə uyğun olaraq dəyəri orta hesabla 225,0 (iki yüz iyirmi beş) manat olarsa, onda 65 baş quzunun ümumi dəyəri 14.625 (on dörd min altı yüz iyirmi beş) manat, eyni zamanda bir baş qoyunun hazırkı bazar qiymətinə uyğun olaraq dəyəri orta hesabla 150,0 (yüz əlli) manat olarsa, onda 15 baş qoyunun ümumi dəyəri 2.250 (iki min iki yüz əlli) manat təşkil edir (14.625+2.250=16.875). Məhkəmə hesab edir ki, Cavabdeh, Hafiz Heydərovdan təhvil aldığı 251 baş xırda buynuzlu heyvanların və bu heyvanlardan boğaz olan qoyunların doğacağı quzuların sağlam qalması və qorunub saxlanılması üçün lazımi tədbirlər görəcəyi barədə öhdəlik götürdüyündən, habelə o, həmin heyvanların içərisində boğaz olan qoyunların cəmi 160 baş quzu doğduğunu, bu heyvanlardan 15 baş qoyunun və 50 baş quzunun tələf olduğunu, 15 baş quzunu isə sataraq əldə olunmuş pullar hesabına heyvanlara vermək üçün ot və dərman aldığını etiraf etdiyindən, 15 baş qoyun və 65 baş quzu (50+15=65) və ya onların dəyəri olan 16.875 (on altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitləri ondan alınaraq İddiaçı verilməlidir. Məhkəmə, İddiaçı iddia tələbinin qalan 1 baş qoyun və 25 baş quzunun alınıb verilməsinə dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən təmin edilə bilməz. Məhkəmə, Cavabdeh İddiaçı tərəfindən heyvnlar üçün qış yem tədarükünün göndərilməməsi və heyvanlar üçün heç bir dərman alınmadığı, bunun nəticəsində 15 baş qoyunun və 40-50 baş quzu öldüyü barədə göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, bunlar heç bir sübuta söykənmyən, Cavabdeh fərziyyəsidir və ilk iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində göstəilir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

781. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında zərərlə bağlı xüsusilə qeyd etmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, Cavabdeh “pul” tələbinə dair qarşılıqlı iddiasına hüquqi qiymət verərək belə hesab edir ki, Samir Bayrmaov qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının PM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İlk iddia qismən təmin edilsin Cavabdeh 15 baş qoyun və 65 baş quzudan ibarət xırda buynuzlu heyvanlar və ya həmin xırda buynuzlu heyvanların ümumi dəyəri olan 16.875 (on altı min səkkiz yüz yetmiş beş) manat məbləğində pul vəsaitləri alınaraq İddiaçı verilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Musayev Əsli ilə düzdür: /imza var/ Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar