Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-834/2023 04.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı nümayəndəsi, Vəkil və Cavabdeh nümayəndəsi, vəkil X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 04 sentyabr 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh onun vəsaiti hesabına əldə edilmiş “VAZ 21074” markalı 60BU250 (hazırda 20ER692) dövlət qeydiyyat nömrə nişanlı avtomobilin özü özü olmadıqda isə dəyəri olan 5000 manat pulun, Cavabdeh Çin Xalq Respublikasından sifariş etdiyi ehtiyat hissələrinə görə ödədiyi 400 ABŞ dollarının ekvivalenti olan 680 manat pulun, cavabdehin yaşadığı evə sərf etdiyi enerjisinə görə yanamış borcun ödənilməsi üçün verilmiş 175 manat pul olmaqla cəmi 5855 (beş min səkkiz yüz əlli beş) manat pulun və ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi berədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh onun vəsaiti hesabına əldə edilmiş “Vaz 21074” markalı 60BU250 (hazırda 20ER692) dövlət qeydiyyat nömrə nişanlı avtomobilin özü özü olmadıqda isə dəyəri olan 5000 manat pulun, Cavabdeh Çin Xalq Respublikasından sifariş etdiyi ehtiyat hissələrinə görə ödədiyi 400 ABŞ dollarının ekvivalenti olan 680 manat pulun, cavabdehin yaşadığı evə sərf etdiyi enerjisinə görə yanamış borcun ödənilməsi üçün verilmiş 175 manat pul olmaqla cəmi 5855 (beş min səkkiz yüz əlli beş) manat pulun və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi berədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə etmiş və bildirmişdir ki, İddiaçı “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işlədiyi dövrdə 2020-ci ilin əvvəllərində həmyerlisi, yəni Qazax rayon Ağköynək kənd sakini, Cavabdeh ona müraciət edərək, direktoru olduğu MMC-də işə qəbul edilməsini xahiş etmişdir. Bundan əvvəl isə Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayan tanışları X13 və X4 ona müraciət edərək, Cavabdeh onlarla birlikdə eyni şəhərdə yaşayaraq işləməsini, ailə vəziyyətinin son dərəcə ağır olmasını və maddi cəhətdən ehtiyac içində yaşamasını bildirərək İddiaçı onun işə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh müraciəti əsasında 06 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən o, İddiaçı rəhbəri olduğu MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh işə qəbul edildikdən sonra, yəni 2020-ci ilin mart ayının əvvəllərində İddiaçı müraciət edərək işinin uğurlu alınması üçün minik avtomobilinə ehtiyacı olduğunu bildirib, avtomobil almaqla ona maddi yardım göstərilməsini xahiş etmişdir. Bunun üçün borc olaraq ona 2000 manat məbləğində pul verilməsini xahiş etmişdir. İddiaçı onun xahişini nəzərə alıb özü şəxsən 2020-ci ilin mart ayının əvvəllərində nəğd olaraq 2000 (iki min) manat məbləğində borc pul vermişdir. Bundan sonra həmkəndlisi kimi tanıdığı və yaxın münasibətdə olduğu Qazax rayonu İkinci Şıxlı kənd sakini X5 xahiş etmişdir ki, Cavabdeh 3000 manat məbləğində borc pul versin. Aqil Məmmədov onun xahişi əsasında 3000 manat pulu Qazax rayonunda Cavabdeh vermişdir. Cavabdeh İddiaçı ona verdiyi pulla “VAZ 21074” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini əldə etmişdir. Avtomobili alarkən İddiaçı Cavabdeh avtomobili onun bacısı oğlunun adına qeydə aldırmasını bildirsə də, o, buna əhəmiyyət verməmiş və İddiaçı bu barədə məlumat vermədən avtomobili öz adına qeydə aldırmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh ona borclu olduğu 5000 manat pulu qaytarmadan avtomobili 04 iyun 2021-ci il tarixdə etibarnamə ilə Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi 81/82 nömrəli evin 9 nömrəli mənzilində yaşayan X1. “VAZ 21074” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh mülkiyyətində olmuş, 23 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi 81/82 nömrəli evin 9 nömrəli mənzilində yaşayan X2. Cavabdeh xahişi əsasında onun Çin Xalq Respublikasından sifariş etdiyi ehtiyat hissələrinə görə 400 (dörd yüz) ABŞ dolları, yəni 680 (altı yüz səksən) manat pulu, bu məbləğin 590 manatı malın dəyəri 90 manatı isə nəqliyyat xərci olmaqla şəxsən İddiaçı ödəmişdir. Həmin ehtiyat hissəsi hazırda İddiaçıdır. Cavabdeh Rusiya Federasiyasının Yekaterinburq şəhərində olduğu zaman onun Qazax rayonu Ağköynək kəndində ailə üzvlərinin yaşadığı evə sərf etdiyi elektrik enerjisinə görə borcu yarandığından evinə elektrik enerjisinin verilməsi dayandırıldığından elektrik enerjisinin verilməsinin bərpa edilməsi üçün 175 manat pulu da İddiaçı ödəmişdir. Lakin qeyd etdiyi məbləğlərin heç birini Cavabdeh İddiaçı qaytarmamış, ümumilikdə ona cəmi 5855 manat maddi ziyan vurmuşdur. Qazax rayon prokurorluğunda 17 avqust 2022- ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən “X14 “ MMC-də satiş təmsilçisi işləmiş Cavabdeh tərəfindən firmaya vurulmuş xeyli miqdarda ziyan tamamilə ödənildiyindən və ziyanın müəyyən edilmiş hissəsi dövlət büdcəsinə ödənildiyindən cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı Cavabdeh avtomobil almaq üçün vediyi pul və digər ödənişləri köçürməsi ilə bağlı hissədə cinayət işindən material ayrilaraq rayon polis şöbəsinə göndərilmiş, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, Cavabdeh adına olan Qazax rayonu Ağköynək kəndində yerləşən fərdi yaşayış evinin ¾ hissəsi üzərinə və adına olan VAZ-21074 markalı 60- BU- 250 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsi ilə bağlı məhdudiyyət götürülmüşdür. İddiaçı Cavabdeh ilə aralarında olan yaranmış mübahisə mülki xarakter daşıdığından və mülki hüquq münasibətlərinə aid olduğundan iddia icraarı qaydasında rayon məhkəməsinə müraciət edə bilməsi hüququ izah edilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi vəkil X12 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, Cavabdeh barəsində prokurorluqda araşdırma aparılmışdır və iş üzrə icraata xitam verilmişdir. Cavabdeh yaşadığı evin enerjisinə ödənilən 175 manat pula etirazı yoxdur. Sübut kimi təqdim olunan avtomobilin ehtiyyat hissələri hazırda iddiaçıdadır. Satıb pulunu götürə bilər. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş, İddiaçı nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi səs yazısı olan diskdən müəyyən edilir ki, Çin Xalq Respublikasından sifariş edilmiş avtomaşının ehtiyyat hissələri Cavabdeh tərəfindən sifariş edilmiş, gömrük rüsumu İddiaçı tərəfindən ödənilmiş, Cavabdeh İddiaçıla telefon əlaqəsi zamanı onun ölkəyə daxil olmasına qoyulmuş qadağanın götürülməsini və Azərbaycan Respublikasına gələrək işləyib İddiaçı olan borcunu ödəməsini bildirmişdir. Bundan başqa Çin Xalq Respublikasından sifariş edilmiş avtomaşının ehtiyyat hissələri Cavabdeh adına gəlmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh müraciəti əsasında 06 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən o, İddiaçı rəhbəri olduğu MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh işə qəbul edildikdən sonra, yəni 2020-ci ilin mart ayının əvvəllərində İddiaçı müraciət edərək işinin uğurlu alınması üçün minik avtomobilinə ehtiyacı olduğunu bildirib, avtomobil almaqla ona maddi yardım göstərilməsini xahiş etmişdir. Bunun üçün borc olaraq ona 2000 manat məbləğində pulu İddiaçı 2020-ci ilin mart ayının əvvəllərində nəğd olaraq 2000 (iki min) manat məbləğində borc pul vermişdir. Bundan sonra həmkəndlisi kimi tanıdığı və yaxın münasibətdə olduğu Qazax rayonu İkinci Şıxlı kənd sakini X9 vasitəsi ilə Cavabdeh 3000 manat məbləğində borc pul vermişdir. Cavabdeh İddiaçı ona verdiyi pulla “VAZ 21074” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini əldə etmişdir. Cavabdeh xahişi əsasında onun Çin Xalq Respublikasından sifariş etdiyi ehtiyat hissələrinə görə 400 (dörd yüz) ABŞ dolları, yəni 680 (altı yüz səksən) manat pulgömrük rüsumu olaraq ödəmişdir. Cavabdeh Rusiya Federasiyasının Yekaterinburq şəhərində olduğu zaman onun Qazax rayonu Ağköynək kəndində ailə üzvlərinin yaşadığı evə sərf etdiyi elektrik enerjisinə görə borcu yarandığından evinə elektrik enerjisinin verilməsi dayandırıldığından elektrik enerjisinin verilməsinin bərpa edilməsi üçün 175 manat pulu da İddiaçı ödəmişdir. Bütün bunlar iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, iddia təmin olunmalı Cavabdeh 5855 (beş min səkkiz yüz əlli beş) manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun İsa borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyibsə, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 78 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5855 (beş min səkkiz yüz əlli beş) manat pulun və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-834/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-834/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver