Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-837/2024 11.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 11 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 48600 (qırx səkkiz min altı yüz) manat pulun, 1200 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 12 qram olan mafyoz boyunbağı, 400 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 4 qram olan qolbağı, 300 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3 qram olan nazik boyunbağı, 250 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 2.5 qram olan sırğa, 300 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3 qram olan sallama sırğa, 150 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 1.5 qram olan klon tərəzi bürcü, 650 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 6.5 qram olan boyunbağı, 350 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3.5 qram olan sırğa, 300 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3 qram olan tək qaş üzük olan qızıl-zinət əşyalarının özlərinin, özləri mövcud olmadıqda isə ümumi dəyəri olan 3900 (üç min doqquz yüz) manat pulun və ödənilmiş 247,50 (iki yüz qırx yeddi manat əlli qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 52747,50 (əlli iki min yeddi yüz qırx yeddi manat əlli qəpik) manat pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə yaxın münasibəti olmuşdur. xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh ona müraciət edərək müxtəlif vaxtlarda şəxsi işləri ilə bağlı ümumilikdə 50.000 (əlli min) manat borc almışdır. O cavadehə inandığından ona hissə-hissə ümümi 50000 manat pulu borc vermişdir. Eyni zamanda özünə məxsus çəkisi 23 qram və 13 qram olan zinət əşyalarını lombarda girov qoyması üçün Cavabdeh vermişdir. Cavabdeh həmin pulu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 1500 (bir min beş yüz) manat qaytaracağı ilə bağlı yazılı ərizə vermişdir. Lakin cavabdeh qəbzdə qeyd olunan borcundan ona 1400 manat qaytarmışdır. Cavabdeh söz verdiyi müddətdən xeyli vaxt keçməsinə baxmayaraq Cavabdeh qalan borcunu qaytarmamışdır. Cavabdehə dəfələrlə müraciət etsə də, müxtəlif bəhanələr gətirərək həmin pulu qaytarmaqdan yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalımışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında göstərmişdir ki, iddia ərizəsində göstərdiyi pulu və zinət əşyalarını cavabdehə vermişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək verdiyi izahatında göstərmişdir ki, həqiqətən iddiaçıdan iddia ərizəsində qeyd olunan pulu və zinət əşyalarını almışdır. Həmin borcu hissə-hissə qaytaracaqdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddiaçıya borcunun mövcud olduğunu iddiaçı, borc kimi verilən pulun qaytarılmasını isə cavabdeh sübut etməlidir. İş materiallarına əlavə olunmuş 05 aprel 2023-cü il tarixli notarial ərizədən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixinə qədər müxtəlif vaxtlarda ümumi məbləğı 50000 (əlli min) manat olmaqla İddiaçı borc almışdır. Bundan əlavə, İddiaçı məxsus çəkisi 23 qram və 13 qram olmaqla qızıl-zinət əşyalarını lombarda qoyub kredit götürmüşdür. Qızıl-zinət əşyalarının təminatı kimi götürdüyü lombard kreditini ödəyərək qızıl-zinət əşyalarını İddiaçı qaytarmağı və xx.xx.2023-cü il tarixindən başlayaraq 50000 (əlli min) manat borcundan hər ay 1500 manatdan az olmamaq şərti ilə İddiaçı qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunan mütəxəssis rəyindən görünür ki, iddia ərizəsində adları, əyyarı və çəkisi qeyd olunan qızıl-zinət əşyalarının hazırkı bazar qiymətinə uyğun təxmini qiymətləri 1 ədəd 585 əyyarlı çəkisi 12 qram mafyoz boyunbağı 1200 manat, 1 ədəd 585 əyyarlı çəkisi 4 qram qolbağı 4000 manat, 1 ədəd 585 əyyarlı çəkisi 3 qram nazik boyunbağı 300 manat, 1 ədəd 585 əyyarlı çəkisi 2.5 qram sırğa 250 manat,1 ədəd 585 əyyarlı çəkisi 3 qram sallama sırğa 300 manat, 1 ədəd 585 əyyarlı çəkisi 1.5 qram klon tərəzi bürcü 150 manat, 1 ədəd 585 əyyarlı çəkisi 6.5 qram boyunbağı 650 manat, 1 ədəd 585 əyyarlı çəkisi 3.5 qram sırğa 350 manat, 1 ədəd 585 əyyarlı çəkisi 3 qram tək qaş üzük 300 manat, Yuxarıda göstərilən qızıl-zinət əşyalarının təxmini qiyməti 3900 (üç min doqquz yüz) manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsində qeyd olunur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2.-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdehə 48600 (qırx səkkiz min altı yüz) manalt pul və ümumi dəyəri 3900 manat olan zinət əşyaları vermişdir. Belə ki, cavabdeh məhkəmə iclasında iddiaçıya borcu olduğunu etiraf etmiş və həmin borcu hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. Qeyd edilənlərə və Mülki Məcəllənin 385, 442, 448, 739 və 882-ci maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 48600 manat pul, 1200 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 12 qram olan mafyoz boyunbağı, 400 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 4 qram olan qolbağı, 300 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3 qram olan nazik boyunbağı, 250 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 2.5 qram olan sırğa, 300 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3 qram olan sallama sırğa, 150 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 1.5 qram olan klon tərəzi bürcü, 650 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 6.5 qram olan boyunbağı, 350 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3.5 qram olan sırğa, 300 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3 qram olan tək qaş üzükdən ibarət qızıl-zinət əşyalarının özlərinin, özləri mövcud olmadıqda isə ümumi dəyəri olan 3900 (üç min doqquz yüz) manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 247,50 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 48600 manat pul, 1200 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 12 qram olan mafyoz boyunbağı, 400 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 4 qram olan qolbağı, 300 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3 qram olan nazik boyunbağı, 250 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 2.5 qram olan sırğa, 300 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3 qram olan sallama sırğa, 150 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 1.5 qram olan klon tərəzi bürcü, 650 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 6.5 qram olan boyunbağı, 350 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3.5 qram olan sırğa, 300 manat dəyərində 1 ədəd 585 əyyarlı çəkisi 3 qram olan tək qaş üzükdən ibarət qızıl-zinət əşyalarının özlərinin, özləri mövcud olmadıqda isə ümumi dəyəri olan 3900 (üç min doqquz yüz) manat pul və 247,50 (iki yüz qırx yeddi manat əlli qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 52747,50 (əlli iki min yeddi yüz qırx yeddi manat əlli qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-837/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-837/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver