Məhkəmə qərarları › İş №2(023)-85/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-85/2024

30.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-85/2024 30.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Cəfər-X1 iştirakı ilə, İddiaçı Cəfər-X1 Cavabdeh qarşı təzminat tələbinə dair mülki işə 30 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cəfər-X1 Cavabdeh qarşı iddia qaldıraraq, onun və cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin Cavabdeh tərəfindən məhv edilərək, həmin ünvanda başqa evin tikilməsi ilə əlaqədar olaraq onun ailəsinin əsassız olaraq kirayələrdə qalmasını nəzərə alaraq, kirayədə qaldığı üçün tərəfindən ödənilmiş olan 10.000 manatın, 120 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cəfər-X2 iddia tələbini onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(023)-1147/2018 saylı qətnaməyə əsasən Azərbaycan Respublikasının Əmlak məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin verdiyi 27 may 2017 ci il tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 19 may 2017-ci il tarixli 501 1/1965 nömrəli fərdi yaşayış evinin texniki paspotuna əsasən Cavabdeh və Cəfər-X1 payı mülkiyyətlərində olan Qazax şəhər S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 74.3 kv/m-dən ibarət fərdi yaşayış evi naturada ayrılması barədə qətnamə çıxarılmışdır. Yaşayış evinin plan sxeminə əsasən 14.3 kv.m-dən ibarət otağın dəhlizə-mətbəxə olan qapısının bağlanılması və həmin otaqdan küçədən həyətə olan hissədən 1x2 metr ölçüdə giriş qapısının açılmasın və həmin otağın Cəfər-X1 mülkiyyətinə verilməsi qət edilmişdir. Qazax şəhər S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 74.3 kv.m-dən ibarət fərdi yaşayış evinin qalan hissəsi Cavabdeh mülkiyyətinə verilməsi qət edilmiş və Qazax Rayon Məhkəməsinin 2(023)-1141 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi ilə icra olunmuşdur. Qətnamə icra olunmasına baxmayaraq Cavabdeh sonradan vermiş olduğu müddətin bərpası barədə ərizəsi əsasında həmin iş Gəncə Apellyasiya məhkəməsində xitam edilmişdir. Lakin ailəsi ilə birlikdə Bakı şəhərinə getdiyi üçün Cavabdeh evdə olmadığından istifadə edərək qanuna və Qazax Rayon Məhkəməsinin qətnaməsinə zidd olaraq, həmin evin ona aid olan hissəsi də daxil olmaqla, bütövlüklə sökdürərək, həmin həyətdən yeni ev inşa etmişdir. Bunun da nəticəsi olaraq ona düşən paydan, ümumiyyətlə yaşayış hüququndan və mülkiyyət hüququndan qəsdən və qərəzli şəkildə məhrum edilmişdir. Ailəsi ilə birlikdə qoca, ahıl yaşında kirayələrdə yaşamağa məcbur qalmışdır. O 2017-ci ilin yanvar ayından ailə üzvləri ilə birlikdə kirayələrdə qalmağa məcbur qalmışdır. Özü təqüdçü olmaqla yanaşı, ailə vəziyyəti olduqca çətin durumdadır. Hər ay kirayə xərci olaraq 150 manat ödəmək onun yaşamağına mənfi təsir edir. Bu ödənişləri isə cavabdeh etmək stəmir, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cəfər-X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh xx.xx.2020-ci il tarixdə İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, icra sənədində göstərilən evin yararsız vəziyyətdə olduğunu, hətta bununla bağlı İcra hakimiyyətinə dəfələrlə müraciət edilmişdir. Yaşlı anası dözülməz şəraitdə yaşamışdır. Güclü yağış nəticəsində evin tavanı çökmüş, yararsız vəziyyət yarandığından məcbur olub evin sökülməsi barədə qardaşı ilə razılığa gəlmişlər ki, ev söküləcəyi təqdirdə kompensasiya ödəmək şərti ilə anasına yaşaması üçün şərait yaratmışdır. Qardaşının və ailəsinin iştirakı ilə ev sökülmüş, hətta evin tikintisində iştirak etmişdir. Qardaşının sökülmüş mülkiyyətinin əvəzində 3.000 manat kompensasiya ödəməyə hazırdır. İşdə olan, “PAKİ GROUP MMC” Müstəqil Qiymətləndiricinin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Qazax rayonu Ağköynək kəndində 2 mərtəbəli yaşayış binasında evin bir aylıq kirayə haqqı 150 manat təşkil edir. Qazax Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(023)-10/2023 saylı qətnaməsindən görünür ki, Cəfər-X1 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətlərə tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı mübahisə ilə bağlı ilk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı onunla cavabdeh arasında kirayə hüquq münasibətlərinin olması ilə bağlı hər hansı sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, həmin iddianın irəli sürülməsi üçün heç bir əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cəfər-X1 Cavabdeh qarşı təzminat tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar