Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-862/2023 27.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin xəbərsiz itkin düşməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 13 mart 1975-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuş oğlu X2 1992-ci ilin oktyabr ayında Rusiya Federasiyası Perm şəhərində xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş və bildirmişdir ki, 13 mart 1975-ci il təvəllüdlü X8 onun oğludur. X8 1992-ci ilin oktyabr ayında Rusiya Federasiyasının Perm şəhərinə getmişdir. Gündüz getdikdən sonra bir neçə il onunla əlaqə saxlasalar da, sonradan onun itkin düşməsi barədə məlumat almışlar. Dəfələrlə oğlunun axtarılması ilə bağlı Perm şəhərinə getsə də, onun barəsində məlumat tapılmamışdır. Hazırda ona məxsus evə dair sənədləşdirmə işləri aparmaq istəyərkən oğlunun imtinası tələb olundu. Bununla bağlı müvafiq orqanlara oğlunun itkin düşməsini bildirsə də, sənədləşmə işlərinin aparılmasında imtina edilmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Ərizəçi qonşusudur. Ərizəçinin oğlu Gündüz Poladov uzun illərdir ki, Respublikadan Rusiya Federasiyasına getmişdir. Getdiyi vaxtdan bir müddət ailəsi ilə əlaqə saxlasa da, sonradan onun itkin düşməsi barədə məlumat verilmişdir. Ərizəçi dəfələrlə oğlunun axtarılması ilə bağlı Perm şəhərinə getsə də, onun barəsində məlumat tapılmamışdır. Harada olması barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Ərizəçi həmkəndlisidir. Ərizəçinin oğlu Gündüz Poladov uzun illərdir ki, Respublikadan Rusiya Federasiyasına getmişdir. Bir müddət ailəsi ilə əlaqə saxlasa da, sonradan onun itkin düşməsini eşitmişdir. Ərizəçi dəfələrlə oğlunun axtarılması ilə bağlı Perm şəhərinə getsə də, onun barəsində məlumat tapılmamışdır. Harada olması barədə heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Ərizəçi həmkəndlisidir. Ərizəçinin oğlu Gündüz Poladov uzun illərdir ki, Respublikadan Rusiya Federasiyasına getmişdir. Bir müddət ailəsi ilə əlaqə saxlasa da, sonradan onun itkin düşməsini eşitmişdir. Ərizəçi dəfələrlə oğlunun axtarılması ilə bağlı Perm şəhərinə getsə də, onun barəsində məlumat tapılmamışdır. Harada olması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi və X4 01 dekabr 1972-ci ildə rəsmi nikah qeydiyyatından keçmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 13 mart 1975-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. İş materiallarında olan, X6, X11, X7 və X3 xx.xx.2023-cü il tarixdə imzaları ilə təsdiq etdikləri akta əsasən həmkəndliləri, Ərizəçi oğlu X8 1992-ci ilin oktyabr ayında Rusiya Federasiyasının Perm şəhərinə getmişdir. Sonradan onun itkin düşməsi barədə xəbər almışlar. Ərizəçi dəfələrlə oğlunun axtarılması ilə bağlı Perm şəhərinə getsə də, onun barəsində məlumat tapılmamışdır. Hazırda harada olması barədə heç bir məlumat yoxdur. Qazax rayon Polis şöbəsinin 18 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, X2 barəsində Qazax rayon polis şöbəsinə heç bir axtarış işi daxil olmamışdır. Məhkəmə, ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, şahidləri dindirib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının MM-nin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının MM-nin 40.3-cü maddəsinə əsasən xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Ərizəçi oğlu X8 1992-ci ilin oktyabr ayından evdən çıxıb getdiyindən və həmin tarixdən ondan xəbər alınmadığından, ərizə təmin edilməli, X8 1992-ci ilin oktyabr ayından xəbərsiz itkin düşmüş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X8 1992-ci ilin oktyabr ayından xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-862/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-862/2023
27.07.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver