Məhkəmə qərarları › İş №2(023)-90/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-90/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-90/2023 17.01.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili X6 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 17 yanvar 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, Cavabdeh uzun illərdir ki, tanıyır münasibətləri həmişə normal olmuşdur. Cavabdeh 2020-ci ilin əvvəllərində ona müraciət edərək, pula ehtiyacının olduğunu bildirib, 15000 manat məbləğdə pulu borca verməyini ondan xahiş etmişdir. O da, 15000 manat pulu cavabdehə borc olaraq vermişdir. Cavabdeh həmin pulu alması ilə bağlı öz xətti və imzası ilə sadə yazılı olaraq qəbz də yazmışdır. Dəfələrlə cavabdehdən borcunun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Bir müddət əvvəl lotareyeya qoşularaq, ona olan borcunu qaytaracağını bildirsə də, lotareyanında pulunu ödəməkdən yaynınmışdır. Cavabdehin ona 15.000 manat məbləğində borcunun olmasını təsdiq edəcək şahidləri də vardır. Hətta həmin şahidlərin içərisində cavabdehin yaxın qohumları da var. Cavabdeh tərəfindən pulun alınması barədə qəbz yazılarkən onun tərəfindən cavabdehə heç bir hədə qorxu və təsir göstərilməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil X9 iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və izahat verərək bildirmişdir ki, o, İddiaçı 3000 manat faizə borc pul almışdır. İddiaçıdan həmin borcu ilk evliliyindən olan arvadının müalicəsi üçün almışdır. Onun iddiaçıya olan borcu iddia ərizəsində göstərilən məbləğdə deyildir. İddia ərizəsinə əlavə olunan qəbzi o özü yazmışdır. Həmin qəbzdəki imza və xətt ona məxsusdur. Sözügenən qəbzi yazan günü İddiaçı ona işə qayıtması üçün 50 manat yol pulu da vermişdir. İddiaçı həmin qəbzi ona hədə-qorxu gələrək yazdırmışdır. Lakin o, bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Qəbzi yazdıqdan sonra birinci evliliyindən olan arvadı Mətanətə demişdir ki, Elinaya 15000 manat borcunun olması barədə qəbz yazmışdır. Hazırda onun iddiaçıya 15000 manat borcu yoxdur. İddiaçı olan 3000 manat borcunu hissəhissə qaytarmağa razıdır. Odur ki, iddianın qanuni həll olunmasını xahiş edir. X2 21 dekabr 2022-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı onun qonşusu, cavabdeh isə qayınıdır. Tərəflərin heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Cavabdeh İddiaçı 15.000 manat məbləğində borcunun olması barədə onun da məlumatı olmuşdur. Bunu Cavabdeh özü də ona bildirmişdir. Lakin, həmin qəbzi yazanda Elinanın onu hədələməyi barədə heç nə deməmişdir. X4 21 dekabr 2022-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı onun qonşusu cavabdeh isə oğludur. Oğlu Cavabdeh qonşusu İddiaçı 3000 manat faizə pul götürmüşdür. Həmin borc 15000 manat olmuşdur. Sözügedən qəbzi Samir yazanda bildirdi ki, Elinaya 15000 manat borcunun olması barədə qəbz yazıb imzalamışdır. Lakin, həmin qəbzi yazanda Elinanın onu hədələməyi barədə heçnə deməmişdir. X3 21 dekabr 2022-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəfləri tanıyır. Heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Cavabdeh onun keçmiş əridir. Evli olan vaxt Cavabdeh qonşuları İddiaçı 15000 manat məbləğində borcunun olduğunu demişdir. Hətta, Samir Elinanın evində 15000 manat borcunun olması barədə qəbz də yazdığını ona bildirmişdir. Lakin Samirin yalan dediyini, həmin pulun onun müalicəsi üçün xərcləmədiyini bildirmişdir. Həmin qəbzi yazarkən Elinanın onu hədələməsi barədə ona heçnə deməmişdir. X1 21 dekabr 2022-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı onun bacısı, cavabdeh isə qonşusudur. Cavabdeh ehtiyacı olduğu üçün bacısı İddiaçı 15000 manat pulu borc almışdır. Samir Elinaya olan borcunu qaytarmaq üçün lotareyaya qoşulmuş, lakin lotareyanın da pulunu verməmişdir. İşdə olan, qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15000 manat borc almış və qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh İddiaçı 15000 manat borc alması öz xətti və imzası ilə yazmış olduğu qəbzlə və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə iclasında onun iddiaçıya 3000 manat borcunun olmasını bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa Cavabdeh 15000 manat borcun olması barədə yazılmış qəbzdəki imzanın və xəttin ona məxsus olmasını, həmin qəbzi özü yazmasını etiraf etmişdir. Sözügedən qəbzi iddiaçının hədə-qorxusu ilə yazdığını bildirsə də, bununla bağlı hər hansı bir orqana müraciət etməmişdir. Hazırkı halda cavabdehin iddiaçıya 15000 manat borcunun olmamasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş səsyazısından müəyyən olunur ki, iş üzrə şahid qismində dindirilmiş şəxslər bir-biri ilə mübahisə edirlər və həmin mübahisənin nədən ibarət olması məlum deyildir. Beləliklə, cavabdehin təqdim etdiyi səsyazısı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Ona görə də həmin səs yazısı sübut növü kimi qəbul edilə bilməz. Odur ki, Cavabdeh 15000 manat məbləğində pul və ödənilmiş 135 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun İsa borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyibsə, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 135 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul və ödənilmiş 135 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar