Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-925/2023 16.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi X1 İddiaçı ASC-ninCavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı ASC-ninCavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh iddiaçı cəmiyyətin xeyrinə cəmi 8241,68 manat kredit borcunun və ödənilmiş 102,42 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul etməyi xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində iddia ərizəsinin surətini ərizəsində qeyd etməyinə baxmayaraq əlavə etməmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı ASC-ninCavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-925/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-925/2023
16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver