Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-94/2025 25.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətəçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı «avtomobilə dəymiş ziyan» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mükiyyətində olan ağ rəngli 2015-ci il istehsal tarixli AZ ** KN *** dövlət nömrə qeydiyyat nişanlı "X6" avtomobilinə dəymiş 9400 (doqquz min dörd yüz) manat məbləğində ziyanın, 4720 (dörd min yeddi yüz iyirmi) manatını və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan ağ rəngli 2015-ci il istehsal tarixi olan AZ ** KN *** dövlət qeydiyyat nişanlı X6 avtomobilini etibarnamə əsasında X4 idarə edirdi. 24 sentyabr 2024-cü il tarixində saat 15:00 radələrində Elşən Mehdiyev küçəsində işıqforun qırmızı işığında durduğu zaman, arxadan gələn ağ rəngli 2013-cü il istehsal tarixi olan AZ **-AL-*** dövlət nömrə qeydiyyat nişanlı “Nissan” Juke Xetçbek avtomobili arxadan vurulmuşdur. Ona məxsus avtomobildə qarşısında duran mavi ağ rəngli 2018-ci il istehsal tarixi olan AZ **-JZ-*** dövlət nömrə qeydiyyat nişanlı “Karsan” Atak avtobusunun arxa hissəsinə dəymişdir. DYP-nın inzibati qərarı ilə Cavabdeh təqsirli bilinmişdir. Nəticədə ona məxsus “Hyundai “Accent Xetçbek avtomobilinə 9400 manat məbləğində ziyan dəymişdir. 4680 manat sığorta tərəfindən ödənilmiş, qalan 4720 (dörd min yeddi yüz iyirmi) manat məbləği cavabdehdən istəmiş, lakin heç bir nəticə olmamışdır. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia həcminin artırılması barədə ərizə göndərərək, göstərmişdir ki, iddia tələbinə əlavə olaraq o, 20 iyun 2024-cü il tarixindən "xxxx" MMC-lə M 200624 nömrə ilə komissiya müqaviləsi bağlayaraq taksi xidməti göstərirdir. Aylıq olaraq ortalama 7700 km edilir və 4000 manat qazanc əldə olunurdu. Bu günkü gün o aylıq 4000 manat gəlirindən məhrum olmuşdur. Ona görə də İddiaçı mülkiyyətində olan ağ rəngli il istehsal 2015-ci il istehsal tarixli AZ ** KN *** dövlət qeydiyyat nişanlı X6 avtomobilinə dəymiş 9400 manat məbləğində ziyanın, 4720 manatının, ortalama olaraq 2000 manat oktyabr ayından aprel ayına qədər 6 aylıq 12000 (on iki min) manat taksi xidmətindən götürdüyü gəlirin, cəmi 16720 manatın və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, ekspertiza rəyində hasablama düzgün aparılmamışdır. Belə ki, hesab edir ki, ekspertiza rəyi verilərkən Kitay istehsalı olan material üzrə hesablama aparımışdır. Kitay istehsalı olan material keyfiyyətsiz olduğundan qiymətidə aşağı olur. Onun avtomobili 6-9 aydır ki, işlək vəziyyətdə deyildir. Taksi xidmətinə verdiyi həmin avtomobili maddi vəziyyəti yaxşı olmadığı üçün təmir edə bilməmiş və beləliklədə qazancı olmamışdır. Hyundai markalı avtomobillərin servislərində materiallarının qiyməti daha yüksəkdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçı məbləği çox hesablatmışdır. Onun avtomobilin sağ tərəfi iddiaçının avtomibilinin sol tərəfinə dəymiş və farası çatlamışdır. Bufer çatlamışdır. İddiaçı qarşıda avtobusa dəymişdir. Onun maşının surəti saatda 20-30 kilometr olmuşdur. Ekspertiza rəyində olan qiymətlə razıdır.Dəymiş zərərdən əlavə tələb etdiyi zərəri ümumiyətlə qəbul etmir. Çünki iddiaçının avtomobilinə düzəltdirməsi üçün ilk əvvəl təşəbbüs göstərdiyini, lakin iddiaçının razı olmadığını və həddindən artıq məbləğdə pul tələb etdiyini bildirmişdir. Həmin avtomomobilin hazırki vaxtadək düzəlməməsində günahı yoxdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, TP6769536 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona görə də, protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qusur aktından görünür ki, X6 markalı, 77-KN048 dövlət qeydiyyat nişanlı avtomobilə 9400 manat məbləğində ziyan dəymişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 9/943 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, qərarla birlikdə göndərilən “Avtomobillərin Texniki Xidmət Mərkəzi” avtoservis və ticarət firması tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri Babək prospektində yerləşən Hyundai avtohissələr satışı bazalarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı X6 markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7460 mannat müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrinin qiyməti 5610 manat, təmir-bərpa işlərinin qiyməti 1850 manat . İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı X6 markalı, **-KN- *** dövlət qeydiyyat nömtəli avtomobili idarə etmək üçün X3 vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, koissiya müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə taksi fəaliyyətinin göstərilməsi ilə bağlı müqavilə bağlınılmışdır. İşdə olan "xxxx" qəbzindən görünür ki, Qala Sığorta ASC tərəfindən İddiaçı hesabına 4680,31 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mükli dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bəhs edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş həqiqi halları və sübutların məcmusu ilə Cavabdeh xx.xx.2024-cü il tarixdə təqsirli (hüquqa zidd) hərəkətləri ilə İddiaçı mülkiyyətində olan X6” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7460 manat məbləğində maddi zərər vurduğu müəyyən edilir. Lakin sığorta tərəfindən iddiaçıya 4680,31 manat ödənilmişdir. Buna görə də məhkəmə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində (7460-4680,31=2779,69) 2779,69 manat məbləğində pul tələbinə dair hissəni əsaslı hesab edir. Məhkəmə iddiaçının əldən çıxmış zərər kimi tələb etdiyi 12000 manat məbləğində olan pul vəsaitinə münasibətdə qeyd edir ki, iddiaçı "xxxx" MMC ilə xidmət müqaviləsi bağlamasına baxmayaraq, özünə məxsus olan X6 markalı **-KN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin taksi fəaliyyəti ilə məşğul olması üçün xüsusi lisenziyasının mövcud olmasını və həmin qanuni fəaliyyətdən əldə etdiyi qazancının davamlı olaraq aylıq 2000 manat təşkil etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdə “X6” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində 2779,69 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş manat rüsumunun 47,79 manatı iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, Cavabdeh 50 manat pul tutularaq iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2779,69 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47,79 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat pul tutularaq iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-94/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-94/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver