Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-941/2025 12.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qazax Rayon Notariat Ofisinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), üçüncü şəxs Cavabdeh3 qarşı «icra qeydinin ləgv edilməsi və zaminliyə xitam verilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qazax Rayon Notariat Ofisinə, "xxxx" MMC-yə, üçüncü şəxs Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, Qazax Rayon Notariat Ofisi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli, 8İ-5749 reyestr nömrəli icra qeydi ləğv edilsin. Onunla "xxxx" MMC arasında 2019-cu ildə bağlanmış 0303-090429-02 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, hazırki işlə bağlı yaranmış mübahisə aradan qalxdığından iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh Qazax Rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli, 0303-090429-02/01 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə 01 saylı xx.xx.2025-ci il tarixli əlavə razılaşma imzalanmışdır. Razılaşmaya əsasən, xx.xx.2019-cu il tarixli 02/01 saylı zaminlik müqaviləsinə iddiaçının zaminlik öhdəliyi ilə bağlı hissədə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir.Həmçinin mülki işin baxılmamış saxlanılmasına etiraz etmirlər. Üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Qazax Rayon Notariat Ofisinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, üçüncü şəxs Cavabdeh3 qarşı «icra qeydinin ləgv edilməsi və zaminliyə xitam verilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-941/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-941/2025
12.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver