Məhkəmə qərarları › İş №2(023)-962/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-962/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-962/2024 20.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, müstəqil tələb sürməyən üçünçü şəxslər X2 və X3 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 30000 (otuz min) manat məbləğində pulun və həmin puldan adi mülki dövriyyə şəraitində istifadə edib gəlir əldə edə bilmədiyi 5000 (beş min) manat əldən çıxmış fayda, həmin pulun vaxtında qaytarılmamasına, gecikdirilməsinə görə 3000 manat faiz (illik 5 %) borcu və iddianın verilməsi üçün ödənilmiş 204(iki yüz dörd) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh 24 mart 2022-ci il tarixində 30000 (otuz min) manat məbləğində vəsaiti 01 may 2022-ci il tarixində qaytarmaq şərti ilə borc kimi vermişdir. Bununla əlaqədar Cavabdeh hər ikisinin iştirakı ilə xx.xx.2022-ci il tarixində Akt (Qəbz) imzalayaraq təsdiq etmişdir.Bundan başqa onun ona olan borcunun etirafını və borcu qaytaracığına dair vədlərini əks etdirən video görüntülər vardır. Amma bütün bunlara baxmayaraq cavabdeh borcun qaytarılması tarixinin tamam olmasına baxmayaraq göstərilən müddətdə borc ödənilməmişdir. Borcun qaytarılması barədə cavabdehlə dəfələrlə söhbət etməyinə baxmayaraq hər dəfə “darıxma imkan olan kimi ödəyəcək deyərək” müxtəlif bəhanələrlə imtina etmiş və hazırda da imtina etməkdədir. Cavabdehin onu bu qədər aldatdığını və borcu ödəmək fikrində olmadığını tam başa düşəndən sonra o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, cavabdehdən 30000 (otuz min) manat məbləğində pulun və həmin puldan adi mülki dövriyyə şəraitində istifadə edib gəlir əldə edə bilmədiyi 5000 (beş min) manat əldən çıxmış fayda, həmin pulun vaxtında qaytarılmamasına, gecikdirilməsinə görə 3000 manat faiz (illik 5 %) borcu və iddianın verilməsi üçün ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, iş materiallarında olan qəbzdən və diskdə olan səs yazmalardan göründüyü ki, cavabdehin borcu vardır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o iddiaçıdan yalnız 17200 manat pul götürmüş və ondan bir necə ay ödənişlər etmişdir. Borcun faizini verə bilmədiyindən 30000 manata qəbz imzalayıblar. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında X2 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə müstəqil tələb irəli sürməyən üçünçü şəxs X2 məhkəməyə teleqram ünvanlayaraq göstərdi ki, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmir, lakin onu qeyd edib ki, Cavabdeh oğlu X6 vasitəsilə verdiyi pul vəsaitləri onun deyil, İddiaçı məxsus olduğundan onun göstərişi əsasında borc kimi verilmişdir. Pul vəsaitlərini oğlu evin həyətində vermişdir. xx.xx.2024-cü il tarixdə müstəqil tələb irəli sürməyən üçünçü şəxs X6 məhkəməyə teleqram ünvanlayaraq göstərdi ki, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmir, lakin onu qeyd edib ki, anası X1 göstərişi əsasında qohumu İddiaçı məxsus pul vəsaitlərini həyətlərində gözləyən Cavabdeh iki dəfə olmaqla (yeddi min və on min) borc olaraq vermişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 30000 manat pul götürmüş və xx.xx.2022-ci il tarixədək qaytarmağı barədə razılaşmışlar. İş materiallarında olan diskdəki videogoruntulərdən görünür ki, Cavabdeh İddiaçı olan 30000 (otuz min) borcu qaytaracağına dair söz verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ümumilikdə 30000 manat məbləğində borc pul vermişdir. Məhkəmə iddia tələbinin mülki dövriyyə şəraitində istifadə edib gəlir əldə edə bilmədiyi 5000 manat əldən çıxmış fayda, həmin pulun vaxtında qaytarılmamasına və gecikdirilməsinə görə 3000 manat faiz (illik 5 %) borcuna dair aid hissədə belə qənaətə gəlir ki, İddiaçı lazımı qaydada sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1 və 1091.2-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 30000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi qismində 180 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 180 (yüz səksən) manat, cəmi 30180 (otuz min yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar