Məhkəmə qərarları › İş №2(023)-967/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-967/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-967/2023 27.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin sədri Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Vəfa Şubet qızı Cəbiyevanın katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul vəsaitlərinin cavabdehdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, Cavabdeh qarşı pul vəsaitlərinin cavabdehdən tutulması tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona geri qaytarılmasını xahiş etmişdir. İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin geri qaytarılması barəsində ərizə verdiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul vəsaitlərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul vəsaitlərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar