Məhkəmə qərarları › İş №2(023)-987/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-987/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-987/2024 27.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 20000,0 (iyirmi min) manat məbləğində pulun və ödənilmiş 151,0 (yüz əlli bir) manat dövlət rüsumunun, cəmi 20151,0 (iyirmi min yüz əlli bir) manat pulun tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, cavabdehi əvvəllərdən tanıyır, münasibətləri həmişə normal olmuşdur. Cavabdehlə uzaqdan qohumluq münasibəti var. Cavabdehin xahişini nəzərə alaraq, ona ayrı-ayrı vaxtlarda ümumilikdə 20.000 manat məbləğində pulu borc vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə 1700,0 (bir min yeddi yüz) manat, xx.xx.2021-ci il tarixdə 2000,0 (iki min) manat, xx.xx.2021-ci il tarixdə 2500,0( iki min beş yüz) manat, xx.xx.2021-ci il tarixdə 605,0 (altı yüz beş) manat (X5 vasitəsi ilə),xx.xx.2021-ci il tarixdə 380,0 (üç yüz səksən) manat (X7 vasitəsi ilə) xx.xx.2021-ci il tarixdə 11300,0 (on bir min üç yüz on beş) manat məbləğində pulları borc verib. Həmin pullardan 7715,0(yeddi min yeddi yüz on beş) manatı cavabdehin adına olan ******************** nömrəli kart hesabına ödəmə aparatı vasitəsi ilə göndərib, 11300,0 (on bir min üç yüz) manatı cavabdehə əlbəəl vermişdir. 605,0 (altı yüz beş) manatı cavabdehin xahişi ilə özünün qohumu X5 adına olan ******************** nömrəli kart hesabına və 380,0 (üç yüz səksən) manatı cavabdehin xahişi ilə özünün tanışı X7 adına olan ******************** nömrəli kart hesabına ödəmə aparatı vasitəsilə göndərib. Cavabdeh ondan aldığı ümumilikdə 20000,0 (iyirmi min) manat pulu tezliklə qaytaracağı barədə söz vermiş olsa da, o, sözünə əməl etməmiş, ondan borc aldığı pulları bu günədək qaytarmamışdır.Hər dəfə ondan pulları qaytarmasını tələb etdikdə isə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan boyun qaçırmışdır. Hətta onunla aralarında aparılmış whatsapp yazışmaları və cavabdehin səs yazıları da mövcuddur ki, bu sübutlar da, cavabdehin faktiki olaraq ona 20000,0 manat məbləğində borcunun olmasını təsdiq edir. Ona görə də məcbur olub, məhkəməyə müraciət etmək qərarına gəlib. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddiaçının izahatına uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. İddiaçı onun qonşusudur. Cavabdeh da sonradan tanımışdır. Belə ki, o, 2021-ci ilin dekabr ayında Ülviyyənin evində olarkən, bir nəfər qadın oraya gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, həmin şəxs Cavabdehdır. O, Cavabdeh İddiaçı borc pul almağa gəldiyini bilmişdir. İddiaçı onun, X2 və X4 yanında Cavabdeh 11300,0 manat məbləğində pulları vermişdir. Cavabdeh həmin pulları İddiaçı aldıqdan sonra sonuncuya bundan sonra ümumilikdə 20000,0 manat məbləğində borcunun qaldığını demişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh indiyədək İddiaçı olan 20000,0 manat məbləğində borcunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. İddiaçı onun qonşusudur. Cavabdeh 2021-ci ilin dekabr ayında İddiaçı evində olarkən tanımışdır. Belə ki, Cavabdeh həmin vaxt İddiaçı evinə gələrək, onun, X3 və X4 yanında İddiaçı 11300,0 manat məbləğində pul vəsaitlərini borc alıb, getmişdir. Cavabdeh həmin pulları alarkən, İddiaçı bildirmişdir ki, bundan sonra ona ümumilikdə 20000,0 manat borcu qalmışdır. Bundan sonra İddiaçı dəfələrlə ona demişdir ki, Cavabdeh borclu olduğu 20000,0 manat məbləğində pulları ona qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. 2021-ci ilin dekabr ayında iş yoldaşı İddiaçı yaşadığı evdə olarkən, Cavabdeh oraya gəlmişdir. Həmin vaxt X6 və X8 da orada olmuşlar. Onların yanında İddiaçı Cavabdeh 11300,0 manat pul vermişdir. Cavabdeh gedən zaman İddiaçı 20000,0 min borcu olduğunu bildirmişdir. Bundan sonra hər dəfə İddiaçı onun yanında Cavabdeh ona borclu olduğu 20000,0 manat məbləğində pulları qaytarmadığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək bildirmişdir ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. Cavabdeh ona borcu olmuşdur. O, hər dəfə Cavabdeh borcunu tələb etmişdir. xx.xx.2021-ci il tarixdə yenə borcunu istədikdə, Cavabdeh ondan kart hesab nömrəsini istəmiş və bildirmişdir ki, İddiaçı onun kart hesab nömrəsinə ona borclu olduğu pullara görə 380,0 manat məbləğində pul göndərəcək. Həqiqətən də bir qədər sonra onun kart hesabına İddiaçı tərəfindən 380,0 manat məbləğində pul köçürülmüşdür. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh İddiaçı təxminən 20000,0 manat məbləğində borcu vardır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və onun nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərin surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə 1700,0 (bir min yeddi yüz) manat, xx.xx.2021-ci il tarixdə 2000,0 (iki min) manat, xx.xx.2021-ci il tarixdə 2500,0( iki min beş yüz) manat məbləğində pullar Cavabdeh adına olan ******************** nömrəli kart hesabına, xx.xx.2021-ci il tarixdə 605,0 (altı yüz beş) manat məbləğində pullar X5 adına olan ******************** nömrəli kart hesabına və və xx.xx.2021-ci il tarixdə 380,0 (üç yüz səksən) manat məbləğində pullar X7 adına olan ******************** nömrəli kart hesabına ödəmə aparatı vasitəsilə köçürülmüşdür. İddiaçı tərəfindən həmçinin məhkəməyə təqdim edilmiş bir ədəd diskdə olan bir ədəd fayldan ibarət səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Səs yazısında Cavabdeh iddiaçıya 20000,0 manat borcunun olduğunu etiraf edərək, qısa vaxt ərzində həmin pulu qaytaracağına söz vermişdir. Eyni zamanda, Cavabdeh həmin səs yazısında iddiaçı tərəfindən X1 hesabına göndərilmiş 605,0 manat məbləğində pulların onun K.Əhmədovaya borclu olduğu pullara görə göndərildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda ümumilikdə 20000,0 manat məbləğində borc pul vermişdir. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 20000,0 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi qismində 151 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 20000,0 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 151,0 (yüz əlli bir) manat, cəmi 20151,0 (iyirmi min yüz əlli bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar