Məhkəmə qərarları › İş №2(023)-989/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-989/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-989/2024 03.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qasımov X1 Qoşqar Alı oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının alınması üçün ödənilmiş, cavabdeh tərəfindən ödənilməmiş qalıq qalan 53839 manat pulun eləcədə dövlət rüsumu 251.52 manat məbləğində pulun cavabdeh X2 alınaraq ona ödənilməsinə barədə barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X6 onun dostudur X4 isə onun yaxın qohumu olmuşdur. Təxminən 2021-ci ilin noyabr ayınca Qoşqar və Xanlar ona yaxınlaşaraq maddi imkanlarının yaxşı olmadığını, yük daşımaq məqsədi ilə yük avtomobili almaq istədiklərini və bunun üçün onlara borca pul verməyimi xahiş etmişdirlər. Münasibətləri yaxşı olduğundan o onlara etiraz etməyərək tələb olunan pulu verəcəyini, lakin alınacaq avtomobilin onun adına rəsmiləşdirilməsini tələb etmişdir. Qoşqar və Xanlar buna etiraz etməyərək cəmi 60504 manat məbləğində pulu borc olaraq Qoşqara vermişdir. Aralarında olan razılığa əsasən hər ayın 28-də borcdan 2521 manat pulu mənə ödəməyi öhtəsinə götürmüşdür. Lakin Cavabdeh Bakı şəhərində 17 dekabr 2021-ci il tarixdə DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının öz adına rəsmişlədirmiş, bundan xəbər tutduqdan sonra o Qoşqara avtomobili onun mülkyyətinə keçirməsini tələb etmişdir. Lakin Qoşqar bundan müxtəlif bəhanələrlə yayınmağa nail oldu. O bunun müqabilində Xanlar və Qoşqarı dəvət edərək əqd bağlamağı tələb etdi olnarlda heç bir etiraz etməyərək 07 fevral 2022-ci il tarixdə onunla əqd bağladılar. Aralarında bağlanmış əqdə əsasən Qoşqar və Xanlar hər ayın 28-i, 23 ay müddətində 2521 manat məbləğində pulun avtomobil alınması üçün onlara verildiyini, həmin pulun ödənilmədiyi təqdirdə avtomobilin satılaraq həmin pul məbləğinin ödənilməsini təmin edəcəklərini öz öhdələrinə götürdülər. Ümumi müqavilə 24 ay müddətinə olsa da, Qoşqar 28 yanvar 2022-ci il tarixdə 2521 manat ona ödəniş etdiyindən həmin ayın ödənişi aralarında bağlanmış əqddə göstərilməyərək 23 ay müddət müəyyyən edilmişdir. Bundan sonra Qoşqar 2022-ci ilin fevral ayında 1000 manat və iyun ayında isə 1500 manat pul ödəniş etmişdir. Daha sonra dəfələrlə müraciət etməyinə baxmayaraq Qoşqar 2024-cü ilin yanvar ayında 1020 manat və aprel ayında 624 manat olmaqla əqd bağlandığı gündən hazırki vaxtadək cəmi olaraq 4144 manat pul ödəmişdir. Hazırda DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının borcundan monaənə 53839 manat Cavabdeh borcu qalmışdır. Ona görə də, DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının alınması üçün ödənilmiş, cavabdeh tərəfindən ödənilməmiş qalıq qalan 53839 manat pulun eləcədə dövlət rüsumu 251.52 manat məbləğində pulun cavabdeh X2 alınaraq ona ödənilməsinə barədə barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən 2521 manat müqavilə bağlanmamışdan qabaq ödənilib. Ümumilikdə cavabdeh tərəfindən 4144 manat pul qaytarılıbdır. Lakin 53839 manat borc qalmışdır. Cavabdeh tərəfindən ödənilən 2000 manat tərəflərin arasında yanacaqla bağlı olmuşdur. Cavabdeh tərəfindən sonuncu dəfə 624 manat ödəniş edilib, hansı ki, 1000 manat göstərilsə də, o digər şifahı neft alveri ilə olub, hazırki borcla bağlı deyil. Odur ki, iddia tələbinin tam həcmində təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətəndə cavabdeh iddiaçıdan DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının alınması üçün 50000 manat pul alıbdır. Lakin həmin puldan 11500 manat geri qaytarmışdır. Geri qaytarılan 11500 manat pulun 2000 manatına dair qəbz təqdim edə bilir, lakin digər qaytarılan pullarla bağlı sübut təqdim edə bilmir. İddiaçıya 2000 manatdan başqa 1000 ABŞ dolları bir dəfə, bir dəfə 600 ABŞ dolları və birdəfə də 500 ABŞ dolları pul ödəyibdir. Odur ki, nəzərə alınmasılnı xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndə (vəkillərin) dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan aktdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının alınması üçün hər ayın 28-də, 23 ay müddətində İddiaçı 2521 manat pul ödəmək barədə razılaşmışlar. İş materiallarında olan aktdan görünür ki, İddiaçı, X5 və Cavabdeh akt imzalayaraq göstəriblər ki, DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşının alınması üçün İddiaçı götürülən pulu 23 ay müddətibə hər ay 2521 manat ödəmək şərtilə ümumilikdə 53839 manatı X5 və Cavabdeh ödəmək öhdəliyi götümüşlər. İş materiallarında olan diskdəki səs yazısından görünür ki, Cavabdeh İddiaçı olan borcu qaytaracağına dair söz verir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü il tarixdə İddiaçı 416973******6747 hesab nömrəli kartına 2000 manat pul köçümüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli A.R.D.N. Baş Yol Plos İdarəsinin məktubundan görünür ki, DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomaşın xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeyd edilmişdir. X3 adına heç bir nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. İş materiallarında olan etiraz ərizəsindən görünür ki, Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərək göstəmişdir ki, iddiaçının irəli sürdüyü tələbi əsassız və qanunsuzdur. Belə ki, X6 onun yeznəsidir. İddiaçı onunla dost olmuşdur. X.Lalayev ölənə qədər o İddiaçı tanımamışdır. O İddiaçı heç vaxt borc pul almamışdır. Əgər o avtomaşın üçün borc pul vermişdirsə yəqin ki, yeznəsi X.Lalayevə vermişdir. Onun bundan heç bir xəbəri yoxdur. Yeznəsi avtomaşın almağa getməmişdən əvvəl ona demişdir ki, o Bankıdan kredit götürmüş və ona avtomaşın almaq üçün 50000 manat pul vermişdir. Eyni zamanda iddaçı məntiqsiz bir şərt irəli sürür ki, onun razılaşmasına görə guya onlar həm ondan borc aldığınızı etiraf etməli idi ki, o da avtomaşını onun adına almalı idi. Əslində isə yeznəsi ona bidirmişdir ki, o Access Bankdan 50000 manat kredit olaraq pul götürmüş və onlar həmin pula Bakı şəhərində 45000 manat dəyərində DAF markallı ** LX *** qeydiyyat nişanlı avtomaşın və 25000 manat dəyərində qoşqu alacaqdır, ancaq qoşqu sahibinə 15000 manat borclu qalmışdır. Avtomaşınla yük daşınmanı o həyata keçirirdi. Yeznəsi tələbi ilə hər ay banka ödəmək üçün ona 2500 manat pul ödəyirdi. O yeznəsinə iki ay 2500 manat pul ödədikdən sonra iş olmadığına görə və qoşqu sahibinə də 15000 manata görə əlavə pul ödəmək məçburiyyətində qaldı üçün qoşqunu qaytarmalı olmuşdur. Qoşqu sahibi qoşqu üçün ondan aldığı 10000 manat pulu geri qytardı.O da həmin məbləği X.Lalayevə vermişdir. Bundan sonra qoşqu olmadığına görə işləyə bilməmiş və yeznəsinə pul verə bilməmişdir. Eyni zamanda iş olmadığına görə o avtomaşını X8 adlı şəxsə içarəyə vermişdir. Avtomaşın 3 ay müddətində onda icarədə oldu həmin müddətdə yeznəsi İddiaçı nə qədər pul verdyini bilməmiş o İddiaçıla özü heşablaşırdı. İddiaçı təqdim etdiyi akt onun iştirakı ilə tərtib edilməmiş və onun harada nə vaxt tərtib edilməsindən heç bir məlumatı olmamşdır. Həmin aktı yeznəsi 2022-ci ilin fevral ayında gətirib ona təqdim etdi və imza etməyini xahiş etmişdir. O akta nə yazıldığını oxumadan yeznəsinin xatirinə imza etmiş və ona demiş ki, onun bankdan borç götürdüyü pula görə o zamin kimi akta imza edir. Yeznəsi X.Lalayev 2022-ci ilin aprel ayında vəfat etmişdir. O həmin vaxtadək İddiaçı tanımırdim. Yeznəsinın yas mərasiminin 7-si günü İddiaçı ona dedi ki, o avtomaşın üçün yeznəsinə 50000 manat pul vermiş və bundan sonra o hər ay ona 2500 manat pul verməliydi. O da ona bildirmiş ki, onu tanımır və o hər ay işlədiyi müqabilində nə qədər pul İsa baçısına verəcəkdir. O bacısı ilə hesablaşaçaqdır. Həmin vaxtdan sonra demək olar ki o qoşqu olmadığı üçün işsiz qalmışdır. Həmin vaxtdan hal hazıradək o İddiaçı bacısının tələbi ilə müxtəlif vaxtlarda 1500 manatı onun kartına ödəmiş, 1000 ABŞ dollarını onun özünə, Qazax şəhərindəki ofisində vermiş, 600 ABŞ dollarını Birinci Şıxlı kəndində ona məxsus Yanacaq doldurma məntəqəsində işçisinə vermişdir. 500 ABŞ dollarını Heydər Əliyev adına parkda yenə İddiaçı özünə vermişdir. Eyni zamanda 2000 manat pulu 2024pü ilin aprel ayında İddiaçı məxsus karta ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ümumilikdə 23 ay müddətində hər ay 2521 manat ödəmək şərtilə 57983 manat məbləğində borc pul vermişdir. Həmin pulun müqabilində cavabdeh DAF FTXF-105 markalı 99LX287 qeydiyyat nişanlı yük avtomobili alaraq mülkiyyətinə keçirmişdir. Həmin borc puldan cavabdeh ümumilikdə 6144 manat pul vəsaitini iddiaçıya geri qaytarmışdır. Hazırki vəziyyətdə Cavabdeh İddiaçı 51839 manat borcunun qaldığı iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 51839 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi qismində 245,52 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 51839 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 245,52 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar