Məhkəmə qərarları › İş №2(023)-993/2025

Qazax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(023)-993/2025

25.04.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qazax rayon İş № 2(023)-993/2025 25.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, Kreditor Borclu qarşı “aliment alınması tələbi barədə” məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq,məhkəmə Müəyyən etdi: Kreditor məhkəməyə ərizə təqdim edərək xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Borclu əmək haqqı və digər gəlirlərinin ¼ miqdarında aliment tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 276.2.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında işlər üzrə məhkəmə əmri verilə bilər. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə X3 adlı bir uşağı anadan olmuş, ata qrafasında Borclu, ana qrafasında isə Kreditor kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə uyğun olaraq 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi aliment tutulur. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət etdiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM)-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçrilmədən və izahatları dinlənilmək üçün tərəflər çağrılmadan çıxarılır. MPM-nin 10.8-1-ci maddəsinə əsasən həmin Məcəllənin 280-ci maddəsində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçrilmədən və tərəflərin və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun dərəcəsinin 100 manat olmasını, kreditorun dövlət rüsumu ödəməkdən azad olunmaslı nəzərə alınaraq 100 manat məbləğində dövlət rüsumu Borclu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə əmri dərhal icraya yönəlməlidir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275, 276,280-282 və 284-cü maddələrini rəhbər tutaraq məhkəmə ƏMRETDİ: xx.xx.1994-cü il tarixdə Qazax rayonu Qarapapaq kəndində anadan olmuş, Qazax rayonu Qarapapaq kəndində qeydiyyatda olan Borclu 24 aprel 2025-ci ildən başlayaraq, 24 oktyabr 2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ (dörddə bir) miqdarında aliment tutularaq xx.xx.1997-ci ildə Ağstafa rayonu Dağkəsəmən kəndində anadan olmuş, Ağstafa rayonu Dağkəsəmən kəndində qeydiyyatda olan Kreditor xeyrinə ödənilsin. Borclu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Məhkəmə əmri dərhal icraya yönəldilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar