Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-1/2023 17.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Cavabdeh Borclu2 iştirakı ilə. İddiaçı “FİNCA Azərbaijan” MM QBKT-nın cavabdehlər Borclu1, Borclu2 və Borclu3 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı “FİNCA Azərbaijan” MM QBKT məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Borclu1, Borclu2 və Borclu3 birgə qaydada əsas borc üzrə 1033.53 USD məbləğində borcun və 20 AZN məbləğində ödənilmiş dövlət rüsumunun FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən tələb təmin edilmişdir. Cavabdeh Borclu3 məhkəmə əmrinə etiraz edərək işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Qax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(024)-286/2017 saylı qərardadına əsasən xx.xx.2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, cavabdehlər Borclu1 və Borclu3 məhkəmə iclasına gəlməmiş və Borclu1 gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Digər cavabdeh Borclu3 isə öldüyü müəyyən olmuşdur. Həmçinin iddiaçı “FİNCA Azərbaijan” MM QBKT-nin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram vuraraq işə özlərinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq iddiaçı “FİNCA Azərbaijan” MM QBKT-nin etibarnamə üzrə nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “FİNCA Azərbaijan” MM QBKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor “FİNCA Azerbaijan” X1 Bank Kredit Təşkilatı ilə borclular “Xəzər EO” adlı hüquqi şəxs olmayan kredit qrupunun üzvləri Borclu1, Borclu2 və Borclu3 arasında 21 noyabr 2014-cü il tarixində bağlanmış **********13001-2 saylı kredit müqaviləsinə əsasən borclulara illik faiz dərəcəsi 28% olmaqla 18 ay müddətinə 3000 USD məbləğində kredit verilmişdir. Belə ki, borcluların bu günə əsas borc üzrə 1033.53 USD məbləğində borcu yaranmışdır. Həmin kredit müqaviləsinin 6.4-cü bəndinə əsasən qrup üzvləri bu müqavilə üzrə borclarına görə ümumi və birgə məsuliyyət daşıyırlar. Borclular çox saylı müraciətlərə baxmayaraq borcu ödəməkdən imtina etmişdirlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən cavabdehlər Borclu1, Borclu2 və Borclu3 birgə qaydada əsas borc üzrə 1033.53 USD məbləğində borcun və 20 AZN məbləğində ödənilmiş dövlət rüsumunun F İNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Borclu2 izahat verərək göstərdi ki, o, Borclu1 və Borclu3 2014-cü ildə “FİNCA Azərbaijan” MM QBKT-dan 3000 USD kredit almışlar. O özünə düşən hissədə borcunu tam olaraq ödəmişdir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “FİNCA Azerbaijan” MM QBKT ilə cavabdehlər Borclu1, Borclu2 və Borclu3 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən cavabdehlər Borclu1, Borclu2 və Borclu3 illik faiz dərəcəsi 28% olmaqla 18 ay müddətinə 3000 USD məbləğində kredit götürmüşlər. İş materiallarında olan xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə cavabdehlərin “FİNCA Azerbaijan” MM QBKT-na 1033.53 USD məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi tərəfindən verilmiş ərizədən görünür ki, o, cavabdehlər Borclu1, Borclu2 və Borclu3 1036.92 USD borcun həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “FİNCA Azerbaijan” X1 Bank Kredit Təşkilatı ilə borclular “Xəzər EO” adlı hüquqi şəxs olmayan kredit qrupunun üzvləri Borclu1, Borclu2 və Borclu3 arasında 21 noyabr 2014-cü il tarixində bağlanmış **********13001-2 saylı kredit müqaviləsinə əsasən borclulara illik faiz dərəcəsi 28% olmaqla 18 ay müddətinə 3000 USD məbləğində kredit verilmişdir. Cavabdehlər üzərinə düşən öhdəlikləri yetərincə yerinə yetirməmiş və cavabdehlərin hazırki vaxta əsas borc üzrə 1036.92 USD məbləğində borcları yaranmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 6.4-cü bəndinə əsasən qrup üzvləri bu müqavilə üzrə borclarına görə ümumi və birgə məsuliyyət daşıyırlar. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh Borclu3 öldüyü müəyyən olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia Borclu3 münasibətdə xitam edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (cavabdeh)başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə cavabdehdan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə cavabdehdur. Cavabdehnun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş cavabdeh gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehnun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırlmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Borclu1 və Borclu2 birgə qaydada əsas borc üzrə 1036.92 USD məbləğində borc və 20 AZN məbləğində ödənilmiş dövlət rüsumu “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Borclu1 və Borclu2 birgə qaydada əsas borc üzrə 1036.92 USD məbləğində borc və 20 AZN məbləğində ödənilmiş dövlət rüsumu “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulsun. İddianın cavabdeh Borclu3 münasibətdə olan hissəsi xitam edilsin. Qətnamədən 1(bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-1/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-1/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver