Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-10/2024 24.01.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmmməd oğlunun katibliyi ilə. İddiaçı X1 cavabdeh NəzərCavabdeh qarşı “NəzərCavabdeh cinayət əməli nəticəsində vurulmuş 3150 manat məbləğində maddi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın ödənilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 cavabdeh NəzərCavabdeh qarşı ərizə ilə müraciət edərək, NəzərCavabdeh qəsdən tamah niyyəti ilə mənim yaşadığım Qax rayonu Turaclı kəndində yerləşən evə daxil olaraq mənə məxsus hər biri 5 qr olan 585 əyarlı ümumi dəyəri 300 manat olan 6 ədəd qadın qızıl üzüyü, bir ədəd 10 qr olan 585 əyarlı ümumi dəyəri 600 manat olan kişi üzüyünü, bir ədəd 20 qr olan 750 əyarlı ümumi dəyəri 1500 manat olan qızıl boyun bağını, hər biri 5 qr olan 750 əyarlı ümumi dəyəri 375 manat olan iki ədəd qızıl qolbağı və iki ədəd hər biri 5 qr olan 750 əyarlı ümumi dəyəri 375 manat olan qızıl sırğanı gizli yolla talayaraq mənə ümumilikdə 3150 manat maddi ziyan və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın cavabdehdən alınaraq özünə verilməsi barədə”qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş, tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutlmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələblərinə əsasən hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 – 264, 266 – 268, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh NəzərCavabdeh qarşı “NəzərCavabdeh cinayət əməli nəticəsində vurulmuş 3150 manat məbləğində maddi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın ödənilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı X2 cavabdeh NəzərCavabdeh qarşı “NəzərCavabdeh cinayət əməli nəticəsində vurulmuş 3150 manat məbləğində maddi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın ödənilməsi tələbi”nə dair iddia ərizsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X3 geri qaytarılsın. İddiaçıyə izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-10/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-10/2024
24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver