Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-128/2023 14.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı X1 Cavabdeh qarşı “zəbt edilmiş gediş gəliş yolunun açılması və oradan manelərin aradan qaldırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş gediş gəliş yolunun açılması və oradan manelərin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı X3 məhkəməyə ərizə göndərərək iddiadan imtina etdiyini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunursa hakim işin icraatına xitam verir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X2 Cavabdeh qarşı “zəbt edilmiş gediş gəliş yolunun açılması və oradan manelərin aradan qaldırılması tələbinə” dair mülki işin icraatına iddiaçı X2 iddiasından imtina etməsi barədə ərizəsi qəbul edilməli və işin icraatına xitam verilməli və iddiaçının AsanPay vasitəsi ilə xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu məbləği ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : İddiaçı X2 Cavabdeh qarşı zəbt edilmiş gediş gəliş yolunun açılması və oradan manelərin aradan qaldırılması tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı X2 Cavabdeh qarşı zəbt edilmiş gediş gəliş yolunun açılması və oradan manelərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə məhkəməyə müraciət etmək üçün iddiaçının AsanPay vasitəsi ilə xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan elan edildiyi gündən 10(on) gün müddətinə Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-128/2023
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-128/2023
14.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver