Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-131/2023 22.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X2, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “avtomobilə dəymiş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh avtomobilinə dəymiş maddi ziyana görə 4600 manat və ödənilmiş 66 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi vəkil X3 gəlmişdir. Məhkəmə işə İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X2 iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X3 iddia tələbini müdafiə etmiş, Cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Qax rayonu, Qapıçay kəndi ərazisində özünə məxsus olan iribuynuzlu heyvanı günün qaranlıq vaxtı xüsusi olaraq ayrılmayan yerdə nəzarətsiz buraxmış və nəticədə idarə etdiyi “Mersedes-Benz Sprinter yük” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, bunun nəticəsi olaraq iribuynuzlu heyvan avtomobilə dəymiş və idarə etdiyi nəqliyyat vasitəsinə ciddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Qax rayon Polis şöbəsinin DYPB- nın əməkdaşları tərəfindən inzibati araşdırma aparılmış və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmişdir. Qax rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 3(024)-450/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İşin hallarından göründüyü kimi, avtomobilə dəymiş ziyan Cavabdeh təqsirli hərəkəti nəticəsində baş vermişdir. Buna görə hesab edir ki, Cavabdeh avtomobilimə dəymiş ziyanı ödəməlidir. Yol-nəqliyyat hadisəsi zamanı “Mersedes-Bcnz Sprinter yük” markalı, **-ST-*** dövlət nömrə nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin alınması və bərpası üçün ümumilikdə 4600 (dörd min altı yüz)manat vəsait tələb olunur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh avtomobilinə dəymiş maddi ziyana görə 4600 (dörd min altı yüz) manatın və ödənilmiş 66 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının göstərdiklərini əsassız hesab edir. İddiaçıya dəymiş ziyanı ödəməyə onun maddi imkanı yol vermir. Onun yaşamaq üçün evi yoxdur. İddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Qax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 3 (054)-450/2022 nömrəli qanuni qüvvəyə minmiş qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1614 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “X4” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4500 (dörd min beş yüz) təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 19 may 2023-cü il tarixli ekspertiza xərclərinə dair 50 (əlli) manatdır. İş materiallarına əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu. Ə.Əliyev küçəsi 26, 1956-1989, mənzil 87-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu Güllük kəndində yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 66 (altmış altı) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, iddiaçının etibarnamə üzrə nümayəndəsi vəkilinin və cavabdehin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Qax rayonu, Qapıçay kəndi ərazisində özünə məxsus olan iribuynuzlu heyvanı günün qaranlıq vaxtı xüsusi olaraq ayrılmayan yerdə nəzarətsiz buraxmış və nəticədə İddiaçı idarə etdiyi “Mersedes-Benz Sprinter yük” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin heyvanı vurması nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Cavabdeh həmin heyvanı nəzarətsiz buraxdığı üçün Qax Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 3 (054)-450/2022 nömrəli qanuni qüvvəyə minmiş qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın xx.xx.2023-cü il tarixli 9/1614 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “X4” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4500 (dörd min beş yüz) manat təşkil etmişdir. Beləliklə məhkəmə iş materiallarına, işin faktiki hallarına və tərəflərin izahatlarına hüquqi qiymət verərək və keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, baş vermiş yolnəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “X4” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi nəticəsində iddiaçıya 4500 (dörd min beş yüz) manat ziyan dəyməsi sübuta yetirilmişdir. Bundan başqa iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 66 (altmış altı) manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğ də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Eyni zamanda 50 (əlli) manat ekspertiza xərci cavabdehdən alınıb müvafiq hesaba ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus “Mercedes Sprinter” markalı, **-ST-*** qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 4500 (dörd min beş yüz) manatın və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumu, cəmi 4566 (dörd min beş yüz altmış altı) manat pul alınıb İddiaçı verilməli, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınıb müvafiq hesaba ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus “Mercedes Sprinter” markalı, **-ST-*** qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 4500 (dörd min beş yüz) manat və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumu, cəmi 4566 (dörd min beş yüz altmış altı) manat pul alınıb İddiaçı verilsin. İş üzrə 50(əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq aşağıdakı hesaba köçürülsün. (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az 41NABZ**********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34GCTRE********************) Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-131/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-131/2023
22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver