Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-155/2023 17.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu. Kreditor X1 Borclu qarşı “məhkəmə əmrinin çıxarılmasına dair” ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəmə əmrinin verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, borclu Məmmədov X3 (Rabitel) ilə 29 dekabr 2020-ci il tarixli müqaviləsinə əsasən Samsung A11 (32 gb) markalı mobil telefon almışdır. Mobil telefonun qiyməti 420(dörd yüz iyirmi) manat olmuş, lakin ilkin ödəniş kimi Borclu 60(altmış) manat ödəniş etmişdir. Alıcı ilə yerdə qalan 360(üç yüz altmış) manat pulu 06 ay müddətinə hissə-hissə hər ay 60(altmış) manat ödəmək şərti ilə 29 dekabr 2020-ci il tarixdə 4612 nömrəli müqavilə bağlanmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə görə Borclu ödənişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində cərimə faizi hesablanır. Borclu ödəniş cədvəli təqdim edilsə də, heç bir ödəniş etməmişdir. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş və ünvanına bildiriş göndərilmişdir. Lakin Borclu müqavilənin şərtlətini pozmuş və nəticədə alqı-satqı müqaviləsinə əsasən 15 iyun 2022-ci il tarixə 120(yüz iyirmi) manat əsas borc və 65(altmış beş) manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3(üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edir, Borclu kreditor Rabitel (Narmobile) X1 xeyrinə 29 dekabr 2020-ci tarixli müqavilə üzrə Samsung A11 (32 gb) markalı telefon üçün 120(yüz iyirmi) manat əsas borc və 65(altmış beş) faiz borcu, ümumilikdə 185(yüz səksən beş) manat və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılsın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445, 448, 449, 453, 460, 465.2, 275-280-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1988-ci ildə Qax rayonu Oncallı kəndində doğulmuş, Qax rayonu Oncallı kəndində pasport qeydiyyatında olan Borclu kreditor Rabitel (Narmobile) X1 xeyrinə 29 dekabr 2020-ci tarixli müqavilə üzrə Samsung A11 (32 gb) markalı telefon üçün 120(yüz iyirmi) manat əsas borc və 65(altmış beş) faiz borcu, ümumilikdə 185(yüz səksən beş) manat və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq kreditor Rabitel (Narmobile) X2 verilsin. Borclu məhkəmə əmrinin surətini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmr vermiş məhkəməni yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-155/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-155/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver