Məhkəmə qərarları › İş №2(024)-156/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-156/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-156/2023 17.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu. Kreditor X2 Borclu qarşı “məhkəmə əmrinin çıxarılmasına dair” ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəmə əmrinin verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, borclu Veysəlli X1 (Rabitel) ilə 10 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən POCO X3 markalı mobil telefon almışdır. Mobil telefonun qiyməti 650(altı yüz əlli) manat olmuş, lakin ilkin ödəniş kimi Borclu 150(yüz əlli) manat ödəniş etmişdir. Alıcı ilə yerdə qalan 500(beş yüz) manat pulu 06 ay müddətinə hissə-hissə hər ay 50(əlli) manat ödəmək şərti ilə 10 aprel 2021-ci il tarixdə 5355 nömrəli müqavilə bağlanmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə görə Borclu ödənişləri gecikdirdikdə hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 1% həcmində cərimə faizi hesablanır. Borclu ödəniş cədvəli təqdim edilsə də, heç bir ödəniş etməmişdir. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş və ünvanına bildiriş göndərilmişdir. Lakin Borclu müqavilənin şərtlətini pozmuş və nəticədə alqı-satqı müqaviləsinə əsasən 15 iyun 2022-ci il tarixə 370(üç yüz yetmiş) manat əsas borc və 94(doxsan dörd) manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 276-cı maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3(üç) gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edir, Borclu kreditor Rabitel (Narmobile) X2 xeyrinə 10 aprel 2021-ci tarixli müqavilə üzrə POCO X3 markalı telefon üçün 370(üç yüz yetmiş) manat əsas borc və 94(doxsan dörd) faiz borcu, ümumilikdə 464(dörd yüz altmış dörd) manat və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılsın. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443, 445, 448, 449, 453, 460, 465.2, 275-280-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1998-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan Borclu kreditor Rabitel (Narmobile) X2 xeyrinə 10 aprel 2021-ci tarixli müqavilə üzrə POCO X3 markalı telefon üçün 370(üç yüz yetmiş) manat əsas borc və 94(doxsan dörd) faiz borcu, ümumilikdə 464(dörd yüz altmış dörd) manat və 30(otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq kreditor Rabitel (Narmobile) X3 verilsin. Borclu məhkəmə əmrinin surətini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmr vermiş məhkəməni yazılı xəbərdarlıq etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar