Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-166/2025 08.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 2000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin iddia ərizəsinin forma və məzmunundan bəhs edən 149-cu maddəsində göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. (149.1), ərizədə aşağıdakılar göstərilməlidir (149.2), ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1.), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5). İş materiallarından görünür ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmiş, ərizədə cavabdehlərin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları göstərilməmişdir. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adı, soyadı, onun ünvanı qeyd olunsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron Məhkəmə” İnformasiya Sistemində cavabdehlərin şəxsi məlumatları barədə, habelə rəsmi qeydiyyat ünvanı barədə məlumat tapılmamışdır. İddiaçı tərəfindən cavabdehlərin qeydiyyatda olduğu və yaşayış yeri barədə Arayışı iddia ərizəsinə əlavə ediməmişdir. Belə ki, MPM-nin 9.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi məhkəmə mülki prosesin çəkişmə şəraitində həyata keçirilməsini təmin etməyə borcludur, lakin cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatları tapmaq məhkəmənin vəzifəsi deyildir. Bu cür vəzifə iddiaçının üzərinə qoyulmuşdur. Məhz buna görə MPM-nin 149.2.2-ci maddəsində cavabdehin şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlarının iddia ərizəsində göstərilməsi tələb olunur. Nəzərə alınmalıdır ki, iddia ərizəsində cavabdehlərin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatların göstərilməsi formal xarakterli məlumat olmayıb, məhkəmə prosesinin çəkişmə prinsipinin təmin olunmasına yönələn, cavabdehin məhkəmədə iştirakını təmin etməsi üçün şərait yaratmaq kimi səmərəli nəticəyə xidmət edən ilkin prosessual tələblərdən biridir. Eyni zamanda bu hal gələcəkdə qətnamənin icrasını təmin etmək, ədalət mühakiməsinin xəyali xarakter almamasına yönələn atılmış addımdır. Həmçinin iddiaçı tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı ödənilmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsində göstərilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri). İddia ərizəsi qaytarıldığı üçün hesab edirəm ki, ərizənin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 28083 nömrəli qəbzlə "xxxx" ASC-nin ödəniş sistemi vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddiaçının özünə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən “2000 manat pulun alınıb ona verilməsi barədə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizənin verilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 28083 nömrəli qəbzlə "xxxx" ASC-nin ödəniş sistemi vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-166/2025
Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-166/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver