Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-180/2024 02.04.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyan tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş 2000 manat maddi ziyanı və 40 manat dövlət rüsumunu cavabdeh Qax rayonu Qaratala kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh iddianı qismən qəbul etmişdir. İddiaçı X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, o ailəsi ilə birlikdə Qax rayonu Qaratala kəndində yaşayır. Qaratala kəndində mal növbəsində olan zaman həmin ərazidə Cavabdeh özünə məxsus traktorla yer şumlamışdır. Otardığı mal-qara isə traktorun şumladığı sahənin yaxınlığında olmuşlar. İnəklərdən bəziləri isə yatılı vəziyyətdə olmuşlar. Həmin vaxtı traktorun kotanı yatılı vəziyyətdə olan malın baldır hissəni kəsmişdir. O, yaxınlaşdıqda inəyin özünə məxsus olduğunu görmüşdür. O, traktoru saxlatmış, traktorun sürücüsü Cavabdeh inəyi gördüyünü, lakin kotanın inəyə zərər yetirə biləcəyini zənn etmədiyi üçün saxlamadığöını bildirdi. Onlar həmin vaxtı cavabdehlə razılığa gəlmişlər ki, inəyi kəsib ətliyə versinlər və cavabdeh əldə olunan pulun üzərinə əlavə edərək ona təzə heyvan alsın. Lakin cavabdeh razılığa əməl etməmişdir. Beləliklə cavabdeh ona 2000 manat ziyan vurmuşdur. Belə olan halda o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona dəymiş 2000 manat maddi ziyanı və 40 manat dövlət rüsumunu cavabdeh Qax rayonu Qaratala kənd sakini Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahat verərək göstərdi ki, iddiaçının göstərdikləri ilə qismən razılaşır. O iddiaçıya məxsus iribuynuzlu heyvana görə bir dəfəyə iddiaçıya 500 manat ödəməyə razıdır. Hissə-hissə isə 1000 manat ödəyə bilər. Çünki istifadə etdiyi traktoru kreditlə almışdır. İddianı qismən qəbul edir. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdehin şumladığı ərazi ona məxsus olmuşdur. Hadisə günü Cavabdeh traktorla sahə şumlamış, o isə şumlanan ərazini malalamışdır. Traktorun dayandığını gördükdə yaxınlaşmış və bir baş iribuynuzlu heyvanın baldır hissəsinin qırıldığını görmüşdür. Heyvanı müayinə etdikdə isə aldığı xəsarətin sağalmayacağı qənaətinə gəlmişlər. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qaratala kəndində yaşayır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, X5 rayonu Qaratala kəndində yaşayır. İşə əlavə edilmiş Zaqatala rayon Əliabad qəsəbə həftəlik mal bazarının verdiyi xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, 1 baş boğaz inəyin qiyməti 2000-2200 manat arasında dəyişir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edildi ki, Cavabdeh özünə məxsus traktorla yer şumlayarkən traktora qoşulmuş kotan iddiaçıya məxsus 1 baş iribuynuzlu heyvanın baldırını qıraraq heyvana xəsarət yetirmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıya məxsus bir baş iribuynuzlu heyvana dəymiş ziyana görə bir dəfəyə 500 manat, hissə-hissə isə 1000 manat ödəyə biləcəyini göstərməklə iddiaçıya məxsus heyvana xəsarət yetirdiyini dolaysı yolla etiraf etmiş, lakin ziyan məbləğini mübahisələndirmişdir. Məhkəmə sorğusu əsasında Zaqatala rayon Əliabad qəsəbə həftəlik mal bazarının xx.xx.2024-cü il tarixli Arayışı ilə 1 baş boğaz inəyin qiyməti 2000-2200 manat arasında dəyişməsi müəyyən edilmişdir. Beləliklə cavabdeh təərəfindən iddiaçıya məxsus bir baş iribuynuzlu heyvana ziyan dəyməsi cavabdehin etirafedici izahatı və şahid ifadəsiilə, həmin heyvana dəymiş maddi ziyanın məbləğinin 2000 manat olması isə Zaqatala rayon Əliabad qəsəbə həftəlik mal bazarının xx.xx.2024-cü il tarixli Arayışı ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 2000 manat pul və 40 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 2000 manat pul və 40 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev
Məhkəmə qərarları › İş №2(024)-180/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-180/2024
02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver