Məhkəmə qərarları › İş №2(024)-191/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-191/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-191/2024 15.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Ləkit Malax kənd sakini Cavabdeh tərəfindən vurulan 1980 manat məbləğində maddi ziyanı ondan alınaraq özünə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin tərəflərdən İddiaçı məhkəməyə ərizə göndərərək cavabdehin ona vurmuş olduğu maddi ziyanı ödədiyindən işin icraatına xitam verilməsini, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim işin icraatına xitam verir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki işin icraatına İddiaçı iddiasından imtina etməsi barədə ərizəsi qəbul edilməli, işin icraatına xitam verilməli və iddiaçının xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 40.20 (qırx manat iyirmi qəpik) manat dövlət rüsumu məbləği ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki işin icraatına xitam verilsin. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki iş üzrə məhkəməyə müraciət etmək üçün iddiaçının AsanPay vasitəsi ilə xx.xx.2024cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 40.20 (qırx manat iyirmi qəpik) manat dövlət rüsumu məbləği ona qaytarılsın. Qərardaddan elan edildiyi gündən 10(on) gün müddətinə Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar