Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-2/2023 17.01.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 iştirakı ilə. İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 cavabdehlər Cavabdeh1 Aşur qızına, Cavabdeh2, Cavabdeh3, X13, Cavabdeh5 Əliskəndər qızına qarşı “özlərinin və ailə üzvlərinin mərhum atasına məxsus olan Qax rayonu Tasmalı kəndində yerləşən evdə yaşamaq hüququnun tanınması, həmin evdə olan sanitar qovşağından, mətbəxdən və hamamdan istifadə qaydalarının müəyyən edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 və X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara və ailə üzvləri X15 və X17 mərhum atasına məxsus olan Qax rayonu Tasmalı kəndində yerləşən evdə yaşamaq hüququnun tanınması, həmin evdə olan sanitar qovşağından, mətbəxdən və hamamdan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 Aşur qızı, Cavabdeh2, Cavabdeh3 əvvəlki məhkəmə iclasına gəlmiş, so nuncu məhkəmə iclasına gəlməmiş, digər cavabdehlər X21 və Cavabdeh5 Əliskəndər qızı məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin üzürül səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o xx.xx.1975-ci ildə Qax rayonu Tasmalı kəndində anadan olmuşdur. X19, anası isə Cavabdeh1 Aşur qızıdır. X16 məxsus olan evdə böyüyüb boya başa çatmışdır. Həyat yoldaşı İddiaçı2 ilə 2003-cü ildə ailə həyatı qurmuş və Gülşən də həmin vaxtdan etibarən atasına məxsus həmin evdə yaşamağa başlamışdır. Həmin evdə övladları dünyaya gəlmişdir. X1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra cavabdehlər onu və ailə üzvülərini həmin evdə yaşamağa qoymurlar. Cavabdehlər onu və ailə üzvlərini həmin evdən müxtəlif bəhanələr gətirərək qovub çıxarmaq istəyirlər və orada yaşamaq hüququnun olmadığını bildirirlər. Lakin o hesab edir ki, onun və ailə üzvülərinin həmin evdə yaşamaq hüququ vardır. Bundan əlavə olaraq qeyd edir ki, onun mərhum atasından qalan miras əmlakda məcburi payı vardır. Lakin cavabdehlər bunu anlamaq istəmir və onları həmin evdən çıxarmaq istəyirlər. Hansı ki, həmin evdə özünə və ailəsinə məxsus məişət avadanlıqları var. Cavabdehlərlə qeyd olunan səbəblərə görə münasibətləri yaxşı olmadığı üçün cavabdehlər onların həmin evdə yaşamalarına şərait yaratmır. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən onlara və ailə üzvləri X15 və X17 mərhum X16 məxsus olan Qax rayonu Tasmalı kəndində yerləşən evdə yaşamaq hüququnun tanınması, həmin evdə olan sanitar qovşağından, mətbəxdən və hamamdan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, o İddiaçı1 həyat yoldaşıdır. İddiaçı1la 2003-cü ildə ailə həyatı qurduqdan sonra həmin vaxtdan da mərhum qaynX16 məxsus evdə yaşamağa başlamışdır. Həmin evdə övladları dünyaya gəlmiş və orada yaşamağa başlamışlar. Cehiz əşyaları və digər avadanlıqları da qaynX16 məxsus evdədir. Hazırda cavabdehlər mərhum qaynatasına məxsus evdə onların yaşamalarına imkan vermirlər. Onun və övladlarının mübahisəli evdən isitfadə hüququ vardır. Ona görə də, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı X18 məhkəmə iclasında izahat verərə göstəri ki, o İddiaçı1 oğludur. Mərhum babasından miras qalmış fərdi yaşayış evində doğulduqdan bəri yaşayır. Cavabdehlər isə həmin evdə yaşamalarına maneçilik törədirlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 Aşur qızı izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Həmin fərdi yaşayış evi ərindən miras qalmışdır və onlara məxsusdur. İddiaçılara məxsus avadanlıqlar ərinə məxsus evdə qalsa da, onlar başqa yerdə yaşayırlar və onlara ərinə məxsus evdən istifadə hüququ düşmür. İddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2, izahatında göstərmişdir ki, iddia tələbində göstərilənləri əsassız hesab edir. Onlara mərhum X16 məxsus evdən istifadə hüququ düşmür. İddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 izahatında göstərmişdir ki, o da iddia tələbində göstərilənləri qəbul etmir. İddiaçıların mübahisli evdə istifadə hüququ yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Qax rayonu Tasmalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 Qax rayonu Tasmalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı2 Qax rayonu Tasmalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* saylı biometrik şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, X3 rayonu Tasmalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE № 10995851 saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X10 rayonu Tasmalı kəndində qeydiyyatdadır. İş materiallarında olan İİ-JQ № 424986 saylı doğum haqqında şəhadətanamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 X1, anası isə X27r. İş materiallarında olan AZ-İİ № 284368 saylı ölüm haqqında şəhadətanamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə ölmüşdür. İş materiallarında olan Qax rayon Qeydiyyat şöbəsnin verdiyi 19 sentyabr 2022-ciil tarixli № 05/76-291/69 saylı nikah haqqında arayışdan görünür ki, İddiaçı1 oğu ilə İddiaçı2 nikahları 20 oktyabr 2003-cü il tarixdə rəsmi qeyd edilmişdir. İş materiallarında olan Reyestr nömrəsi **********58-10301 saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Tasmalı kəndində yerləşən fərdi yaşayış evi 15.0.2022-ci il tarixdə X2 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçıların məhkəmə iclasında, cavabdehlər Cavabdeh1 Aşur qızı, Cavabdeh2, Cavabdeh3 əvvəlki məhkəmə iclasında verdiyi izahatları dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 xx.xx.1975-ci ildə Qax rayonu Tasmalı kəndində anadan olmuş və mərhum X1nun mülkiyyətində olan Qax rayonu Tasmalı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. İddiaçı1 2003-cü ildə digər İddiaçı2 ilə ailə həyatı qurmuş və İddiaçı2 həmin vaxtdan X2 mülkiyyətində olan Qax rayonu Tasmalı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Digər iddiaçı X14 və İddiaçı1 digər övladları X22 və X26 anadan olduqdan sonra həmin fərdi yaşayış evində yaşamışlar. İddiaçılar hazırda mərhum X4 məxsus olan Qax rayonu Tasmalı kəndində yerləşən evdə yaşamaq hüququnun tanınması, həmin evdə olan sanitar qovşağından, mətbəxdən və hamamdan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Belə ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir: Göründüyü kimi, İddiaçı1 xx.xx.1975-ci ildə anadan olmuş və həmin vaxtdan mərhum X16 məxsus Qax rayonu Tasmalı kəndində yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Digər İddiaçı2 2003-cü ildən mübahisəli evə gəlin köçmüş və həmin evdə yaşamağa başlamış, İskəndər Qurbanov isə anadan olduğu xx.xx.2003-cü ildən etibarən mübahisəli evdə yaşamağa başlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında göstərilir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması: Lakin iş materillarında olan Çıxarışdan görünür ki, həmin Çıxarış xx.xx.2022-ci il tarixdə X2 adına verilmişdir. Bu səbəbdən də İddiaçı2 evə köçdüyü vaxtı mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işi barədə qərarında (ərizə 46934/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X) və X5rşı iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Belə ki, İddiaçı2 2003-cü ildən etibarən öz övladları ilə mübahisəli evdə yaşayır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 və yetkinlik yaşına çatmamış övladları X22 və X26 mübahisəli evdən istifadə hüququna məhdudiyyətlər yaradılması və iradəsinin ziddinə olaraq evdən istifadə hüququndan məhrum edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və iddiaçılar İddiaçı1, İddiaçı2, İskəndər Qurbanov və onların ailə üzvləri Rufan Qurbanov və Rüfanə Qurbanovaya həmin yaşayış evindən istifadə hüququ verilməli və onlar həmin evsə olan sanitar qovşağından birgə istifadə etməlidirlər. Bununla belə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların İddiaçı1 və İddiaçı2 övladları birlikdə yaşayış yeri ilə təmin edilməsi, onlara yaşayış yerindən istifadə hüququnun verilməsi ilk növbədə iddiaçının və övladının layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəldilməldir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir, Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konstitusiyanın 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırıması hüququ”) 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, X9 və ailə üzvləri olan X15 və X17 mərhum X4 məxsus olan Qax rayonu Tasmalı kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququ verilməli və həmin evdə olan sanitar qovşağından birgə istifadə etməlidirlər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X9 və ailə üzvləri olan X15 və X17 mərhum X4 məxsus olan Qax rayonu Tasmalı kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququ verilsin və həmin evdə olan sanitar qovşağından birgə istifadə etsinlər. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №2(024)-2/2023
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-2/2023
17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver