Məhkəmə qərarları › İş №2(024)-202/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-202/2023

27.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-202/2023 27.04.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı, X4 Baqratoviçin iştirakı ilə. İddiaçı Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri tərəfindən müayinə və ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri tərəfindən müayinə və ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, \\\\\\\\\\\\\\\\\\\\cavabdehCavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, Cavabdeh məhkəməyə ərizə göndərərək hazırda mübahisəli ferma binasında yaşadığını, iddia təmin edilərsə məskunlaşdığı yerdə narahatçılıq yaranacağını göstərərək, qayıdış proqramı təmin edilənə qədər iddianın rədd edilməsini və sağlamlığı ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyinin nəzərə alnınmasını xahiş etmiş, maraqlı tərəfin nümayəndəsi isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə uyğun olaraq \\\\\\\\\\\\\\\\\\\\cavabdehCavabdeh və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, o ailəsi ilə birlikdə Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozda aqrar islahatın aparılması ilə əlaqədar subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması barədə kənd sakinlərinin xx.xx.2001-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə Qax rayonu Kötüklu kəndində yerləşən ferma binasından və əmlakdan iddiaçiya və üçüncü şəxslər X6, X7, X8, X3, X9, X1, X5, X10, X2 verilən əmlak payının öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıı tələbinə dair iddia ərizəsi vermişdir. Həmin mülki işlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakin Dövlət Kadastrı va Reyestri” publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri ferma binasına ölçü işləri aparmaq üçün getdikdə Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssislərinin ölçü işləri aparılmasına mane olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri ölçməkdən imtina etmişlər Bunun nəticəsində ona məxsus olan ferma binasına çıxarış ala bilməsi mümkün deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmədən Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri tərəfindən müayinə və ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Qax, Zaqatala, Balakən rayonları üzrə Nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli 2249 saylı Arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh məcburi köçkün kimi Qax rayonunda qeydiyyatdadır, hal-hazırda Qax rayonunun Kötüklü kəndində Turulu fermasında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qax rayonu, İngiloy-Kötüklü kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia əsasslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qax rayonu Kötüklu kəndində yerləşən ferma binasından və əmlakdan iddiaçiya və üçüncü şəxslər X6, X7, X8, X3, X9, X1, X5, X10, X2 verilən əmlak payının öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıı tələbinə dair iddia ərizəsi vermişdir. Həmin mülki işlə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakin Dövlət Kadastrı va Reyestr” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri ferma binasına ölçü işləri aparmaq üçün getdikdə Cavabdeh ölçü işləri aparılmasına mane olmuşdur. Cavabdeh ərizəsində hazırda sözügedən ferma binasında məcburi köçkün kimi məskunlaşdığını, iddia təmin edilərsə məskunlaşdığı yerdə narahatçılıq yaranacağını, qayıdış proqramı yekunlaşana qədər iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin ərizəsinin məzmunundan məlum olur ki, o iddiaçının sözügedən ferma binasına Çıxarış almasından narazıdır və iddianın təmin edilməsinə etiraz edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət toxunulmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublıkası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri tərəfindən müayinə və ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələr aradan qaldırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri tərəfindən müayinə və ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən edilmiş maneələr aradan qaldırılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar