Məhkəmə qərarları › İş №2(024)-216/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №2(024)-216/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № 2(024)-216/2024 07.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “7900 manat maddi ziyan və dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı 7900 manat maddi ziyan və dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş 7900 manat maddi ziyanın və dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 alınaraq özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin iddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutlmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “7900 manat maddi ziyan və dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçının xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 97 (doxsan yeddi) manat dövlət rüsumu məbləği ona qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “7900 manat maddi ziyan və dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “7900 manat maddi ziyan və dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair” mülki iş üzrə məhkəməyə müraciət etmək üçün iddiaçının xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən ödədiyi 97 (doxsan yeddi) manat dövlət rüsumu məbləği ona qaytarılsın. Qərardadın dövlət rüsumunun geri qaytarılması hissəsinin icrasını təmin etmək müvafiq icra hakimiyyəti orqanına həvalə edilsin. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10(on)gün müddətində Qax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar