Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-219/2025 22.05.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh «Toyota Prius» (Hibrid) markalı, «az ** LY ***» dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq olaraq 1.920 manat manat məbləğində pulun, 3.000 manat mənəvi ziyan, məhkəmə xərcləri 100 manat, evakuatoru maşının aparılması üçün 75 manat və 100 manat manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan «Toyota Prius» (Hibrid) markalı, «az ** LY ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 16 noyabr 2024cü il tarixdə, saat 10:10 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 9-cu km-də yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq sağa manaver edib avtomobilin arxa sağ hissəsi sağda eyni istiqamətdə hərəkətdə olan «Honda İnsight» (Hibrid) minik markal, «az ** DY ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qəflətən avtomobilimi vurması nəticəsində onun avtomobilinin müxtəlif hissələrinə ziyan dəymişdir. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən cavabdehin hadisəni törətməsi təsdiq edilmişdir. Hadisə nəticəsində hadisə yerinə gələn "xxxx" şirkəti hadisəni qeydə almışdır. Şirkət tərəfindən avtomobilimin qəzalı vəziyyəti hər tərəfdən çəkilmiş, həmçinin avtomobilimin qəza nəticəsində sıradan çıxmış, bütün xarici və daxili detalları barədə qüsur aktı tərtib edilmişdir. Bunun nəticəsində isə şirkət tərəfindən müvafiq qaydada sığorta müqaviləsi üzrü məlumatlar bazası yaradılmışdır. Sığorta şirkətinin sığorta müqaviləsinə aid məlumatlardan görünür ki, qəza nəticəsində mənim avtomobilimə 5.995 manat maddi ziyan yetirilmişdir. Həmin vurulmuş maddi ziyandan 4.075 manat sığorta şirkəti tərəfindən mənə ödənilmişdir. Qalan 1.920 manat məbləğində pul isə bugünədək müxtəlif bəhanələr ilə cavabdehlər tərəfindən ödənilməmişdir. Həmçinin bildirmək istəyir ki, cavabehin onun maşınına vurduğu ziyandan əlavə olaraq o həmin hadisədə bədən xəsarəti alaraq evdə qalmış, bu qəza səbəbindən müxtəlif həkimlərə gedərək əlavə xərcləri çıxıb. Qəzadan sonra bel nahiyəmdə ağrılar əməl gəlib bunun nəticəsind karsetlə gəzmək məcburiyyətində qalmışam. Eyni zamanda qeyd etmək istəyirəm ki, o həmin ərəfədə işini dəyişərək baş aşbaz kimi fəalyyət göstərəcəkdi. Qəza nəticəsində işə çıxa bilmədiyindən bu işindən də olmuşdur. Bunların hamısın nəzərə alaraq cavabdehdən əlavə olaraq 3.000 manat mənəvi ziyanı ödənilməsini tələb etmişdir. Dəfələrlə vurulmuş maddi və mənəvi ziyanın cavabdehlərdən tələb etsə də, onlar həmin məbləği ödəməkdən yayınmışdırlar. Bu günki gündə avtomobilinin bazar qiyməti 12.000 təşkil etdiyindən, maşını qəzalı olduğuna görə bazar dəyəri düşərək 7.000 manat olur. Bütun bunları nəzərə alınmasını və dəyərləndirilməsini cavabdehə bildirsə də nəzərə almamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı Bəyəlı oğlu iddia tələbinə uyğun izahat verərək, o Dövlət qapalı tədbirlər üzrə baş aşpaz olmuşdur. Daha əvvəllər də o polis şöbəsində bunu bildirmişdir ki, məhkəməyə müraciət etməzdən əvvəl cavabdehin dayısı ilə əlaqə saxlamışdlır ki, dəymiş ziyanla bağlı razılığa gəlsinlər və məsələni öz aralarında həll etsilnər. Ancaq əfsuslar olsun ki, onlar bir qərara gələ bilməmişlər. Qəza baş verən zaman o cavabdehin şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Cavabdeh əvvəl ona bildirmişdir ki, dəymiş ziyanla bağlı köməklik göstərəcəkdir. Lakin sözünə əməlı etməmişdir. Cavabdehlə bir-iki dəfə mobil telefonla əlaqə saxlamış, bundan sonra cavabdeh mesaj yazımışdır ki, onu bir də narahat etsə, Azərbaycan Respublikasının DİN-in 102 xidmətin məlumat verəcəkdir. Hətta Cavabdeh dayısına da müraciət etmişdir ki, bir ağsaqqal olaraq köməklik göstərsin ki, ortaq məxrəcə gəlsinlər. Bundan sonra ona demişlər ki. bir də narahat etsə gör nə olacaq. O da bildirmişdir ki. məhkəməyə müraciət edəcəkdir. İndiyə qədər hədə qorxudan başqa cavabdeh tərəfdən heç bir şey eşitməmişdir. 15 ildir ki, həm Dövlət qapalı tədbirlərində həm də beş ulduzlu otellərdə baş aşpazlıq edir. Hadisə baş verən zaman həmin ərəfədə işini dəyişirdi. Qəza nəticəsində belindən aldığı zədədən sonra karsetlə gəzməli olmuşdur. Yəni ayaq üstə dayana bilmir. Ona görə də, işini dəyişə bilməmişdir. Aylar ərəfəsində də cavabdeh bir dəfə olsa zəng vurub onunla maraqlanmamışdır ki, maşınla bağlı ona necə kömək etsin, ona ziyan vurmuşdur. Bu müddət ərzində ancaq həkimlərdə qalmışdır. Bir də peşə fəaliyyətinə aid olmayan işlə məşğul olur. Səbəbi də çox sadədir. Cavabdeh onu birbaşa avtobus yolunun üstünə atmış, avtobus da hərəkət etdiyi sürətlə onun avtomobilinə dəyərək zədə vurmuşdur. Yəni bərpa olunmayan bir zədə vurmuşdur. Avtomobilə dəymiş ziyan sığorta şirkəti tərəfindən dəyərləndirilmişdir. Standart olaraq qoyulmuş bir təlbənamə vardır, hər maının bir sığortası vardır. Avtomobil sığortaya aparılmış, orada dəymiş ziyan çıxarılmış, sadəcə olaraq bildirildi ki, qaydalara uyğun olaraq 5.000 manat məbləğdir və onun qalan hissəsinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Çünki avtoqəzadə iki nəqliyyat vasitəsi iştirak etmişdir. avtomus və onun avtomobili. Onun nəqliyyat vasitəsi avtobus yolunun üzərinə çıxdığı üçün avtobusa da ziyan dəymişdir. Sığorta üzrə ona ödənilən məbləğ 4.075 manat olmuşdur. 1.980 manat məbləğ isə ödənilmədi. O, həm maddi, həm də mənəvi ziyan tələbi ilə bağlı məhkəməyə müraciət etdi. Mənəvi ziyanla bağlı bildirir ki, iki aya yaxın özünü müalicə etdirmişdir. Karsetlə gəzir, həmin ərəfədə də iş yerini dəyişmək istəyirdi, ona görə də işsiz qalmışdır. Bununla bağlı məhkəməyə sübut təqdim edə bilməsə də, o göz qabağılndadır və cavabdehin etdiyi də göz qabağındadır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-in zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Toyota Prisu markalı, 2008-ci il buraxılışlı «az 10 LY 50» dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə lazım olan ehtiyat hissələrinin qiyməti 2.955.00 manat, avtomobilin təmiri üçün görüləcək işlər isə 3.040.00, yekun məbləğ 5.995 manat təşkil edir. Paşa Sığorta ASC tərəfindən iddiaçıya ödənilmiş sığorta ödənişini təsdiq edən məlumatdan görünür ki, iddiaçıya 4.075.46 manat ödəniş edilmişdir. 543481 nömrəli ödəniş qəbzindən görünür ki, 40 manat evakuator xərci ödənmişdir. 54290 nömrəli ödniş qəbzindən görünür ki, 35 manat evakuator xərci ödənimişdir. 04 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd olunmuş, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə işin faktiki hallarına, işdə olan əsaslı və mötəbər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbinin 1.920 manat maddi ziyanla bağlı hissəsi məhkəməyə təqdim olunmuş "xxxx" ASC-in zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan və sığorta tərəfindən iddiaçıya 4.075.46 manatın ödənilməsini əks etdirən məlumatla, avtomobilin daşınması üçün 75 manat evakuatora çəkilmiş xərclər isə 54348 və 54290 nömrəli ödəniş qəbzləri ilə sübuta yetirlmişdir. Məhkəmə iddianın 100 manat məhkəmə xərclərinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı 100 manat məhkəmə xərcinin nədən ibarət olması və həmin xərci ödəməsi barədə məhkəməyə əsaslı və mötəbər sübut təqdim etməmişdir. Tələbin 3.000 manat mənəvi ziyan və mənəvi ziyana dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbin həmin hissəsini baş vermiş qəza nəticəsində iki ay müalicə alması, həkimlərə müracıət etməsi bununla bağlı xərclər çəkməsi və xəsarət alması ilə əlaqədar istədiyi işə girə bilməməsi və gəlirdən məhrum olması ilə izah etmiş etmişdir. Lakin iddiaçı gətirdiyi dəlillərlə bağlı-yəni hansı xəstəxanaya və yaxud həkimə müraicət etməsi, müalicə və dərman reseptləri, işləyə bilməməsi və içşdən məhrum olnuduğu üçün gəlirlərdən məhrum olması barədə məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında»Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum qeyd etmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkmişin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, onların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Bu mənada məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Cavabdeh S.C. Rəhimovun qanunsuz hərəkətləri nəticəsində İddiaçı hansı xəstəlikdən əziyyət çəkdiyi, mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə əsəb, stress keçirməsi və məhz bu xəstəlik növünün cavabdehin hərəkətləri nəticəsində əmələ gəlməsi, nə qədər ona maddi ziyan dəyməsi barədə iddiaçı tərəfindən heç bir sübut növü məhkəməyə təqdim edilməmiş, həmin sübutlar iş materiallarında öz əksini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözü gedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.920 manat maddi ziyan, 75 manat evakuatorla bağlı daşınma xərcləri və 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. İddianın qalan hissəsi təmin olunmamalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1.920 manat maddi ziyan, 75 manat evakuatorla bağlı daşınma xərcləri və 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-219/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-219/2025
22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver