Məhkəmə qərarları › İş №2(024)-261/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-261/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-261/2023 07.06.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı ASC-nin Cavabdeh qarşı “əsas kredit limiti razılaşmasının ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi tələb”inə dair iddia ərizəsi mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 32240***-*******02L saylı əsas kredit limiti razılaşmasının ləğv edilməsi, Cavabdeh 5186.91 manat məbləğində əsas kredit borcunun, 107.09 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 1.32 manat məbləğində cərimə borcunun, cəmi 5295.32 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 72.96 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə uyğun olaraq Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı ASC-nin nümayəndəsi İlkin Kaltayev iddia tələbini müdafiə etmişdir. İddiaçı ASC-nin nümayəndəsi İ.Kaltayev məhkəmə iclasında izahat verib göstərdi ki, iddiaçı “Bank Respublika“ ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 32240***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 19% dərəcəsi ilə (aylıq ödəniş 293.31 manat olmaqla hər ayın 12-dək ödənilmək şərti ilə) 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə iddiaçı “Bank Respublika" ASC-yə 5186.91 manat məbləğində əsas kredit borcu, 107.09 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 1.32 manat məbləğində cərimə olmaqla, cəmi 5295.32 manat məbləğində borcu qalmaqdadır. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 32240***-*******02L saylı əsas kredit limiti razılaşmasının ləğv edilməsi, Cavabdeh 5186.91 manat məbləğində əsas kredit borcunun, 107.09 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 1.32 manat məbləğində cərimə borcunun, cəmi 5295.32 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 72.96 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan iddiaçı “Bank Respublika“ ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 32240***-*******02L saylı əsas kredit limiti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən əsasən Cavabdeh iddiaçı tərəfindən 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 19% dərəcəsi ilə (aylıq ödəniş 293.31 manat olmaqla hər ayın 12dək ödənilmək şərti ilə) 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli Pretenziya məktubundan görünür ki, cavabdehə kredit məbləğini geri qaytarılması təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət edilcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixə 5186.91 manat məbləğində əsas kredit borcu, 107.09 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 1.32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5295.32 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 73.36 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Bank Respublika“ ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 32240***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 19% dərəcəsi ilə (aylıq ödəniş 293.31 manat olmaqla hər ayın 12-dək ödənilmək şərti ilə) 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə iddiaçı “Bank Respublika" ASC-yə 5186.91 manat məbləğində əsas kredit borcu, 107.09 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 1.32 manat məbləğində cərimə olmaqla, cəmi 5295.32 manat məbləğində borcu qalmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 32240***-*******02L saylı əsas kredit limiti razılaşması ləğv edilməli, Cavabdeh 5186.91 manat məbləğində əsas kredit borcu, 107.09 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 1.32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5295.32 manat məbləğində pul, həmçinin iddia qaldırılması üçün ödənilmiş 72.96 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrinə əsasən məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 32240***-*******02L saylı əsas kredit limiti razılaşması ləğv edilsin. Cavabdeh 5186.91 manat məbləğində əsas kredit borcu, 107.09 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 1.32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5295.32 manat məbləğində pul, həmçinin iddia qaldırılması üçün ödənilmiş 72.96 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən alındığı vaxtdan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar