Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-269/2025 17.06.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İddiaçı1, Cavabdeh1 və Cavabdeh2, X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyan və ödənilmiş dövlət rüsumu» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyan və ödənilmiş dövlət rüsu mu tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 vurulmuş ziyana görə 20.025 manat pulun və 152 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini belə əsaslandırmışlar ki, o və oğlu uzun illərdir dənli birtkilərin əkibbecərilməsi və satışı ilə məşğul olurlar. Vətəndaşlarla şifahi və yazılı qaydada icarə müqaviləsi bağlayaraq onları torpaqlarını icarəyə götürür və həmin torpaqlara qarğıdalı taxıl, arpa əkirlər. 2023-cü ilin sentyabr və oktyabr aylarında Qax rayonu, Əlibəyli kəndində İlqar Mamedovla, İsmət Hafisovla, Xviça Zəmail və digər ayrı-ayrı şəxslərlə şifahi və yazılı müqavilə bağlayaraq 30 hektar torpaq sahəsini icarəyə götürərək 20 ha hissəsinə arpa 8 ha hissəsinə qarğıdalı əkmişlər. 2 ha hissəsi isə boş qalmışdır. Onlar qarğıdalı bitkisi əkiləndən biçilənə qədər olan bütün aqrotexniki qulluqları etməklə və icarə haqqını da ödəməklə birlikdə hər bir hektar üçün 1.700 manat xərc çəkmişlər. Cavabdeh1 vətəndaşların torpaq sahəsini digər Cavabdeh2 icarəyə vermiş və cavabdehlərin də həmin ərazidə torpaqları olmuşdur. Lakin onlar Mamuka ilə birlikdə sahədəki əraziləri öz aralarında dəyişərək sərhəd müəyyən etmişlər. Onlar 08 sentyabr 2024-cü il tarixdə qarğıdalını biçmək üçün sahəyə getdiyi zaman 8 ha qarğıdalının 5 hektarının biçildiyini görmüşlər. Bundan sonra oranın kimin biçdiyini maraqlandıqda həmin qarğıdalının cavabdehlərin biçdiyini bilmişlər. Bundan sonra o Qax rayon Polis şöbəsinə müraciət etmiş, işi Qax rayon Polis şöbəsinin müstəntiqi araşdırmış və iş mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o təkrarən X12 cənab Vilayət Eyvazovun qəbuluna getmiş və işə yenidən baxılmışdır. İşə Qax rayon Polis şöbəsinin müstəntiqi Zöhrab Abdullazadə baxmış və Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Belə olan halda onlar məhkəməyə müraciət etməli olmuşlar. Həmin ərazidə qalan 3 hektar sahədən 30.840 kq qarğıdalı biçmişdir. 1 hektar qarğıdalı sahəsindən 10.280 kq qarğıdalı olmuşdur. Lakin rayon ərazisində 1 ha torpaq sahəsindən 8,9 ton qarğıdalı dəni əldə olunmuşdur. Cavabdehlər 5 ha qarğıdalı sahəsindən 44.500 kq qarğıdalı biçmişlər. 44.500x0.45=20.025 manat təşkil edir. Hazırkı iddianı qaldırmaq üçün o 152 manat dövlət rüsumu ödəmiş və ödədiyi dövlət rüsumunu da cavabdehdən tələb edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş və əlavə olaraq onu da göstərmişdir ki, düzdür onlar deyir ki, yeri şumlamışlar. Onun dörd hektar yeri əkilmişdir. Bu yanda deyir doqquz hektar, lakin səkkiz hektardır. Oranın bütün işlərini, toxum, dərman, suvarılma, becərilmə işlərini o görmüşdür. Halbuki onlar oranı biçərək pullarını götürüb getmişlər. Ona görə də, xahiş edir ki, onun tələbi nəzərə alınsın. Torpaq sahəsi böyükdür. Otuz hektarı onundur. O, həmin torpaqla birlikdə 28 hektar əkmişdir. Onda yerində sürüşmə olmuşdur. Əslində notariusdan keçməyən müqavilədir. Camaatdan götürmüş, ancaq yerində sürüşmə etmişlər. Çünki 5 sot olmaqla hissələrlə oraya texnikanı salıb əkmək mümkün deyildir. Ona görə də, sürüşdürüb bir tərəfdən o, digər tərəfdən başqa adamlar əkmişdir. Orada 3-4 nəfər yer əkmişlər. Ümumi sahə haradasa 74-75 hektardır. İçərisində onun alqı-satqı etdiyi torpaqlar da vardır. Bəlkə də o yeri heç o yox, başqası əkmişdir. Ancaq onlar sürüşmə etmişlər. Lakin camaatla öz aralarında razılıq müqaviləsi olub. İddianın təmin edilməsini xahiş edir. Ruhid 8 hektar yeri əkib, 4.400 manat pul xərcləyib, əvəzində 20.000 manat pul götürüb. O. isə pul xərcləmiş və heç bir xeyir götürməmişdir. Ruhid heç olmasa deməmişdir ki, o heç bir xeyir götürmədiyi üçün 1.000 manat da ona versin və halallaşsınlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o gürcülərdən torpaq yığmışdır. Gürcüləri tanıyır. O, səkkiz hektar doxsan sot torpaq əkmiş və vergisini də vermişdir. 3.50 manatdan bundan alır, 3 manat vətəndaşlara verir və 50 qəpik pul qazanır. Şum olan vaxrtı o əməliyyata düşmüşdür. Şumdan sonra gəlib görmüşlər ki, torpaq sahəsi səpilibdir. Demişdir ki, gedib vətəndaşların yanına pullarını geri alsınlar. Lakin vətəndaşlar demişdir ki, pulları yoxdur. Onlar torpaq sahibinə məhsulu biçib verirlər. Vətəndaşların siyahısını təqdim etmişdir. Sonra vətəndaşlar gəlib biçmişlər. Doqquz hektar yox, dörd hektarı biçmiş, demişlər ki, qalanını İddiaçı1 ora pul xərcləmişdir, o ziyana düşməsin. Ziyanı ödəmək üçün dörd hektarını İddiaçı1 saxlamışlar. Ruhid saxlamış və o yeri biçməyə gürcülərə vermiş, qalan hissəni Mənəfova xərc üçün vermişdir. Mənəfov bütün o torpağın pulunu istəyir. O da bilmir ki, Novruz nə istəyir. Torpaq vətəndaşlara məxsusdur. Həmin torpaqları vətəndaşlardan götürüb Cavabdeh2 vermişdir. O, vətəndaşlardan torpaq alıb vermişdir. Onun başqa heç nədən məlumatı yoxdur. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 973-dən 1163-ə qədər olan tam başqa ərazidir. Novruz deyir ki, sürüşmə ilə əkmişlər. Həmin ərazidə onda 8.90 ha torpağı var. Yəni başqa yerdən onun torpağı yoxdur. İddiaçı1 aşağı başqa sahələrdə torpağı bitmədi, gəldi onun səkkiz hektar torpağını səpdi. Bəs o haradan səpsin? Bu sualı İddiaçı1 da vermişdir. Yəni onun başqa yerlərdə torpağı yoxdur, sürüşmə ilə o tərəf bu tərəfdən. onun yerini kimsə səpmişdirsə, İddiaçı1 onun yerinimi səpməlidir?. İddia tələbi qanunsuz və əsassızdır. İddiaçıların heç bir sübutu yoxdur. İddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq X10 məhkəmə iclasında iştirakı təmin olunmamış, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə iddiaçı X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş JN-1096, KOD 40309005 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, 0.97 ha torpaq sahəsi X6, X3, X2 və X5 ümumbirgə mülkiyyətindədir. 09 sentyabr 2023-cü il tarixli X7 İddiaçı1 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, o JN-1096, KOD 40309005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktınıa əsasən onlara verilmiş 0.1990 ha torpaq sahəsini bir illik müddətə İddiaçı1 məhsulun 100 manatı həcmində icarəyə vermişdir Qax RPŞ-nin İQ-un müstəntiqi Zöhrab Abdullazadənin 7 fevral 2025-ci il tarixli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlrəə əsasən HK-1/565 nömrəli mateiral üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı1 aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüqunun olması izah edilmişdir. Qax Bazar MMC-in xx.xx.2025-ci il tarixli 03/25 №-li məktubundan görünür ki, 2024cü ilin sentyabr ayında 1kq qarğıdalının orta bazar qiyməti 0.45 manat olmuşdur. Qax DAİM-in verdiyi rəydən görünür ki, İddiaçı1 ilə əlaqə saxlanıldı.Danışıq zamanı vətəndaş bildirdi ki, həmin icarə «əsasında istifadə edilən sahədə 2024-cü ildə qarğıdalı əkini həyata keçirilmişdir. Bu səbəbdən qeyd edir ki, 2024-cü ildə rayon ərazisində hər hektar yazlıq dən qarğıdalı sahəsinin hər hektarından orta məhsuldarlıq 86.9 sentner təşkil etmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, JN-1096, KOD 40309005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.97 ha torpaq sahəsi X6, X3, X2, X5 ümumbirgə mülkiyyətinə verilmişdir. 09 sentyabr 2023-cü il tarixli X7 İddiaçı1 arasında bağlanmış icarə müqaviləsinə əsasən o JN-1096, KOD 40309005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onlara verilmiş 0.1990 ha torpaq sahəsini bir illik müddətə İddiaçı1 məhsulun 100 manatı həcmində icarəyə vermişdir. Cavabdeh1 isə vətəndaşların torpaq sahəsini onlarla razılaşaraq Cavabdeh2 şifahi qaydada icarəyə vermişdir. İddiaçı 08 sentyabr 2024-cü il tarixdə qarğıdalını biçmək üçün sahəyə getdiyi zaman 8 ha qarğıdalının 5 hektarının biçildiyini görmüş qarğıdalının cavabdehlərin biçdiyini əsas gətirərək Qax RPŞ-nə müraciət etmişdir. Onun şikayəti araşdırılaraq Qax RPŞ-in İQ-un müstəntiqi Zöhrab Abdullazadə tərəfindən 7 fevral 2025-ci il tarixli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla HK-1/565 №li material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı1 aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraiciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı cavabdehlər tərəfindən biçilən 5 ha torpaq sahəsinin ona məxsus olması və yaxud özünün icarəyə götürdüyü şəxslərə məxsus torpaq sahəsi olması, həmçinin ona cavabdehlərin təqsiri ucbatından maddi ziyan dəyməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehlər məhkəmə iclasında biçilmiş torpaq sahəsinin onların vətəndaşlardan şifahi qaydada icarəyə götürdüyü torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin 5 ha hissəsini biçdiklərini, qalan 4 ha hissəsinə toxunmadıqlarını bildirmişlər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı iddianın predmeti olan mübahisə üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Beləliklə iddiaçı məhkəməyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsiri ucbatından maddi ziyan dəyməsi barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmiş, eyni zamanda da işin məhkəmə tərəfindən araşdırılan halları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Məhz buna görə də Konstitusiyanın 68-ci maddəsində əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında zərərin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Mülki qanunvericilikdə bu konstitusiya hüququnun həyata keçirilməsinin hüquqi bazası yaradılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ ilə yanaşı, zərərin hüquqi anlayışı da verilmişdir. Şərh olunan maddədə nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi, qanunvericilik real zərərə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Bu, o deməkdir ki, hüququ pozulmuş şəxs imkanı olduqda müəyyən xərc çəkməklə öz pozulmuş hüququnu bərpa edib, çəkdiyi xərcin əvəzini hüququ pozan şəxsdən ala bilər. Buna görə də mülki qanunvericilikdə öhdəliyin borclunun hesabına icra edilməsi imkanı nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Porsessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 216.2-ci maddəsinə əsasən məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Həmin Məcəllənin 216.3-cü maddəsinə əsasən qətnamə məhkəmə iclasında işə baxıldıqdan sonra hakimlərin ayrıca müşavirə otağında çıxarılır. İşə kollegial formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur. Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim, yaxud məhkəmə ola bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanunilyi və əsaslığı onların qarşılıqlı olmasını və sıx əlaqədə olmasını ehtiva edir. Qətnamənin qanuniliyi dedtikdə, onun mübahisəli hüquq münasibətinin yaratdığı zaman qüvvədə olan prosessual hüquq normarlarının tələblərinə əməl edilməklə çıxarılması başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 152 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyan və ödənilmiş dövlət rüsumu» tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 152 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-269/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-269/2025
17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver