Məhkəmə qərarları › İş №2(024)-271/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-271/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-271/2024 21.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ilkin, Cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2000 (iki min) manat məbləğində pulun və 40 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı 950 (doqquz yüz əlli) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmişdir. İddiaçı ilkin iddia ərizəsində göstərmişdir ki, Cavabdeh onun qayınıdır. 2022-ci ildə həyat yoldaşı X3 ilə Qax rayonunda yaşayarkən qayını Cavabdeh məxsus Qax rayonu, Qax İngiloy kəndində yerləşən obyekti icarəyə götürüb kafe kimi işlətmək istəmişdir. Həmin obyekt təkər təmiri sexi idi. O, təklif etmişdir ki, obyekti təmir edib birlikdə işlətsinlər. Cavabdeh razılaşmış və o təmir işlərinə başlamışdır. 10 dekabr 2022-ci ildə təmirə başlamış və mətbəx, tualet tikmiş, elektrik işlərini görmüş, zalı təmir etmişdir. 2023-cü ilin fevral ayında işlər tamamlanmışdır. Təmir qurtarandan sonra Cavabdeh işlərinin çox olduğunu bildirərək kafenin onun işlətməsini demişdir. Onlar icarə haqqı olaraq ayda 200 manata razılaşmış və işə başlamışlar. Onlar təmir xərcini icarə haqqından çıxacaqları barədə razılaşmışlar. 2023-cü ilin mart ayında Cavabdeh 300 manat icarə pulu tələb etmiş, o isə bildirmişdir ki, 300 manat sərf etmir və işi dayandırmış, açarları təhvil vermişdir. Cavabdeh onu məhkəməyə verərək icarə pulunu tələb etmişdir. Qax rayon Məhkəməsinin № 2(024)-419/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər X3 və İddiaçı qarşı “pul tələbi”nə dair iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X1 müştərək qaydada 900 (doqquz yüz) manat icarə haqqı, 30.40 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh kafeni ona icarəyə verilməsi və kafenin onun tərəfindən təmir edilməsi öz təsdiqini tapmışdır. O, kafenin təmirinə ümumilikdə 2000 manat məbləğində pul xərcləmiş, 600 manat məbləğində müxtəlif tikinti materiallarını nisyə almış, 350 manata plastik qapı almış, 700 manat nağd şəkildə Cavabdeh vermişdir. 200 ədəd evindən kərpic gətirib işlətmiş, 200 ədəd də kərpic əlavə almış və s. O, dəfələrlə Cavabdeh müraciət edərək təmir pulunun verilməsini tələb etmiş, lakin o, qərəzli şəkildə boyun qaçırmış və onu əsassız olaraq məhkəmələrə vermişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 2000 (iki min) manat məbləğində pulun və 40 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı 950 (doqquz yüz əlli) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, İddiaçı mənə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək ondan 2000 (ıkı min) manat məbləğində pulun və 40 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, 2022-ci ilin sentyabr ayında cavabdeh İddiaçı ona müraciət edərək işsiz olduğunu və ona görə də ona məxsus Qax rayonu, Qax İngiloy kəndində yerləşən kafeni icarəyə götürmək istədiyini bildirmişdir. O da bacısına görə oranı Familə icarəyə vermişdir. Bu barədə aralarında şifahi razılaşma olmuşdur. Beləliklə o 2022-ci ilin sentyabr ayında kafenin açarını İddiaçı vermişdir. Həmin vaxtdan ona məxsus kafe cavabdehin icarəsində olmuşdur. O, 2022-ci ilin sentyabr ayından kafeni onlara icarəyə verməsinə baxmayaraq cavabdehlər hər ay ödəməli olduqları icarə haqqını müxtəlif bəhanələr gətirərək ona ödəməmişlər. Buna görə də o 2023-cü ilin mart ayının 31-də onları kafedən çıxartmışdır. Lakin İddiaçı kafeni boşaldarkən ona məxsus bir sıra əşyaları da özü ilə aparmışdır. Həmin əşyalar 4 ədəd 1sm qalınlığında dik taxta, 2 ədəd su krantı, 2 qutu 4 kq çəkidə taxta lakı, Plastik su boruları və 30 ədəd oda davamlı kərpicdən ibarətdir. O, dəfələrlə İddiaçı ona məxsus əşyaları geri qaytarmasını tələb edəndə bildirmişdir ki, həmin əşyalar evdədir qaytaracaqdır. Lakin bir müddət keçməsinə baxmayaraq həmin əşyaları qaytarmadıqda o yenidən həmin əşyaları tələb etdikdə o əşyaları qaytarmayacağını bildirmişdir. Bundan əlavə cavabdeh İddiaçı kafeni icarəyə götürərkən ona bildirmişdir ki, bəzi əşyalar lazımdır, o onları öz vəsaiti hesabına düzəltdirsin, ona pulunu verəcəkdir. Buna görə də o öz vəsaiti hesabına 4 ədəd mətbəx üçün dəmir stol, 1 ədəd manqal düzəltdirmişdir. Lakin cavabdeh həmin əşyaların düzəlməsinə çəkilmiş xərci ödəməməklə bərabər kafedən çıxarkən həmin əşyaları da aparmışdır. Ona görə də cavabdeh yuxarıda qeyd edilən ona məxsus apardığı əşyaların dəyərini və onun üçün hazırlanmış stol və manqala çəkdiyi xərci ona qaytarmaqdan imtina edir. Göründüyü kimi cavabdehin ona verəcəyi var. Ona görə də o hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ilkin iddianın rədd edilməsin xahiş edir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdeh İddiaçı 950 (doqquz yüz əlli) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq onu da göstərdi ki, İddiaçı ona məxsus obyektdən 2023-cü ilin mart ayının 31-i çıxmışdır. Həmin vaxtı ona məxsus əşyaları aparıb getmişdir. Familə həmin əşyaları bir yerdə çıxarmalarını demişdir. Famil dikt taxtaları, iki dənə su kranlarını, su borularını, oda davamlı kərpic, manqal və stolları aparıb getmişdir. Famil həmin obyekti 7 ay işlətmişdir. Familin “Whatsapp messencer” proqramında səs yazıları vardır. Onları məhkəməyə təqdim edir. Su kranı mətbəx üçündür. Bir ədədi 70 manat, bir ədədi isə 38 manat təşkil edir. Təxminən 8-10 ədəd 4 metrəlik boru olmalı idi. 32 metrlik su borusunun 1 metrəsinin qiyməti 1.50 manat təşkil edir. Oda davamlı kərpiclər 30 ədəd olmuş, 1 ədədinin qiyməti 2.50 manat şəkil edir. 1 ədəd manqal var. 2 qutu lakın dəyəri ümumilikdə 50 manat təşkil edir. İlkin iddianı qəbul etmir. Rədd edilməsini xahiş edir. Qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İşə əlavə edilmiş Qax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(024)- 419/2023 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, cavabdeh İddiaçı və X1 müştərək qaydada 900 (doqquz yüz) manat icarə haqqı və 30.40 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Quliyev X2 şəhəri, Təbriz küçəsi, ev 70 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət etmək üçün 41 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, ilkin iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən İddiaçı Cavabdeh məxsus kafeyə 2000 manat məbləğində pul xərcləməsi-600 manat məbləğində müxtəlif tikinti materialları, 350 manata plastik qapı, 700 manat nağd şəkildə Cavabdeh verməsi, 200 ədəd evindən kərpic gətirib işlətməsi, 200 ədəd əlavə kərpic alması ilə əlaqədar məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, məhkəmə iclasında Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı “whatsapp messenger” proqramı vasitəsi ilə Cavabdeh göndərdiyi səs yazıları elan olunmuş və İddiaçı su kranlarını, dikt taxtaları, 2 qutu lakı, su borularını və kərpiclərini aparması səs yazışmaları ilə müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə iclasında müəyyən olunmuşdur ki, 1 ədəd su kranı 75 manat, 1 ədəd su kranı 35 manat, 4 ədəd dikt taxta (30x20)120 manat, 2 qutu lak cəmi (25x2) 50 manat, 32 metrlik su borusu (32x1.5) 48 manat, 30 ədəd kərpic (30x2.5) 75 manat olamqla ümumilikdə 395 manat təşkil edir. İddia tələbinin 4 ədəd mətbəx üçün dəmir stol, 1 ədəd manqal tələbinə dair hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələbin həmin hissəsi ilə bağlı məhkəməyə Cavabdeh tərəfindən hər hansı bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə qarşılıqlı iddia tələbinin qismən sübuta yetirilməsi qənaətinə gəlir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, cavabdeh İddiaçı 398 manat pul və 30 manat dövlət rüsumu alınaraq Cavabdeh verilməli, qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 398 manat pul və 30 manat dövlət rüsumu alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar