Məhkəmə qərarları › İş №2(024)-273/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-273/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-273/2024 21.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məsləhətçi iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək 5-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh 265 manat borcun, 200 manat faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmdan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mobil telefonların satışı ilə məşğul olur və onun Qax şəhəri, avtovağzal ərazisində özünə məxsus olan mağazası vardır. O, həmin mağazada müxtəlif növ telefon satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə Cavabdeh “SAMSUNG” A03S markalı, 315 manat dəyərində olan mobil telefonu kreditlə əldə etmişdir. Cavabdeh 50 manat məbləğində ilkin ödəniş etmiş və qalıq 265 manat pulu 4 ay müddətinə ödəməyə razılaşaraq 5-22 saylı kredit müqaviləsi bağlamışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada vaxtında icra etməmiş və nəticədə borc ödənilməmiş qalmışdır. Hazırda cavabdehin 265 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən 5-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh 265 manat borcun, 200 manat faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. X1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və Qax Avtovağzalında dayanır. Nizaminin telefon mağazası da avtovağzaldadır. Cavabdeh Nizamiyə məxsus mağazadan telefon alarkən o da orada olmuş və Nizami ilə söhbət etmişdir. Həmin vaxtı Xatın Nizamini şirin dilə tutaraq maddi vəziyyətinin pis olduğunu və 50 manat ilkin ödəniş etdikdən sonra hər ay ödəniş edəcəyini bildirərək telefon almışdır. Lakin Xatın telefonu aldıqdan sonra həmin mağazaya gəlməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli № 5-22 nömrəli nisyə alqısatqı müqaviləsindən görünür ki, fiziki şəxs İddiaçı tərəfindən Cavabdeh dəyəri 315 manat olan “Samsung A03S” markalı mobil telefonu 50 manat ilkin ödəniş edilməklə kreditə verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli № 5-22 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən fiziki şəxs İddiaçı tərəfindən Cavabdeh dəyəri 315 manat olan “Samsung A03S” markalı mobil telefonu 50 manat ilkin ödəniş edilməklə 4 ay müddətə kreditə verilmişdir. Cavabdeh tərəfindən kredit borcundan hazırki tarixədək heç bir məbləğ ödənilməmiş və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Müqavilənin 3.4 bəndinə əsasən malın satış qiymətinin ödənilməmiş hissəsini alıcı tərəfindən və ya alıcının müvəkkil etdiyi şəxs tərəfindən birmənalı şəkildə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Beləliklə məhkəmə iclasında işin faktiki halları və işdə olan əsaslı və mötəbər sübutlarla Cavabdeh İddiaçı 265 manat kredit borcunun olması sübuta yetirilmişdir. İddia tələbinin 200 manat faiz borcuna dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə əsas kreditə hesablanmış faizlərin ödənilməsi ilə bağlı müddəa qeyd olunmamış, tərəflər arasında belə razılaşma yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, tələbin həmin hissəsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5-22 saylı kredit müqaviləsi üzrə 265 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5-22 saylı kredit müqaviləsi üzrə 265 manat borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar